Kartdan karta köçürmələrdə yüksək komissiya: 2 manata 1 manat tutulur - İQTİSADÇIDAN AÇIQLAMA

Kartdan karta köçürmələrdə yüksək komissiya: 2 manata 1 manat tutulur - İQTİSADÇIDAN AÇIQLAMASon dövrlərdə bank xidmətləri ilə bağlı artan narazılıqların əsas səbəblərindən biri də kartdan karta pul köçürmələri zamanı tətbiq edilən yüksək komissiya haqlarıdır. Xüsusilə cüzi məbləğlərdə - məsələn, 2 manat köçürmə zamanı 1 manat xidmət haqqının tutulması istifadəçilər arasında ciddi suallar doğurur. Bu isə faktiki olaraq 50 faiz komissiya deməkdir və gündəlik maliyyə əməliyyatlarını həyata keçirən vətəndaşlar üçün əlavə yük yaradır.

Rəqəmsal bankçılığın geniş yayıldığı bir dövrdə bu cür tarif siyasəti həm müştəri məmnuniyyəti, həm də maliyyə əlçatanlığı baxımından müzakirələrə səbəb olur. İstifadəçilər daha şəffaf və ədalətli xidmət şərtləri gözlədiyi halda, yüksək komissiyalar bank sektoruna olan etimadı da müəyyən dərəcədə sarsıda bilər.
Kartdan karta köçürmələrdə yüksək komissiya: 2 manata 1 manat tutulur - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, 2 və ya 1 manatlıq pul köçurməsindən 1 manat komissiya tutmaq qanuna zidd deyil, amma ədalətli də deyil. Onun sözlərinə görə, banklar kartdan karta köçürmədə adətən 1 faiz götürür, lakin minimum 1 manat limit qoyurlar: "2 manatın 1 faizi 2 qəpik eləyir, amma minimum 1 manat işə düşdüyü üçün 50 faiz çıxır. Bank bunu əməliyyat xərcləri ilə izah edir, çünki hər köçürmədə prosessinq, təhlükəsizlik yoxlaması, SMS xərci var.
Problem ondadır ki, kiçik məbləğlər üçün bu haqq çox ağırdır və adamları nağd pula qayıtmağa məcbur edir. Bu isə nağdsız iqtisadiyyat siyasətinə ziddir. Dünyada da oxşar minimumlar var, amma bizdə bütün bankların 1 manat qoyması rəqabəti azaldır, müştərini razılaşmağa zorlayır.

Əgər xırda məbləğ göndərirsənsə, eyni bankın kartları arasında köçürmə adətən pulsuz olur. Ən yaxşı yol Ani Ödəniş Sistemi (AÖS) ilə mobil nömrəyə göndərməkdir, 100 manata qədər çox bankda komissiya tutmur. 2 manat göndərəndə heç nə itirmirsən.

Qısası, bankın texniki baxımdan haqqı var, amma 2 manata 1 manat tutmaq sosial baxımdan haqsızdır, cibə girməkdir. Minimum hədd ya aşağı salınmalıdır, ya da kiçik köçürmələr üçün AÖS məcburi pulsuz olmalıdır. Fikrimizcə bu cür ədalətsiz davranışlar zamanı Azərbaycan Mərkəzi Bankı müdaxiləsi ilə öz qaydalarıni qoymaqla ədaləti bərpa etməlidir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 6591   Tarix: 29 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mərkəzi Afrika Respublikasında faciə: Şəhər silahlıların nəzarətinə keçdi

Naməlum silahlı şəxslər Mərkəzi Afrika Respublikasının (MAR) Vakaqa prefekturasında yerləşən Am Dafok şəhərini ələ keçiriblər. xəbər verir ki, bu barədə Ndeke Luka radiosu yerli mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, hücum nəticəsində azı 28 nəfər həlak olub, daha 25 nəfər isə yaralanıb. Yerl

10:51 78
.

Yenilənmiş 100 manatlıqlar bu tarixdə tədavülə buraxılacaq

Cari ilin 15 iyul tarixində yenilənmiş 100 manatlıq pul nişanının tədavülə buraxılması nəzərdə tutulub. Bunu Trend-ə müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Məmmədov deyib. O bildirib ki, Mərkəzi Bank tərəfindən yenilənmiş pul nişanları və ya mövcud pul nişanlarında hər hans

10:10 122
.

SEA BREEZE-də CASPIAN MOTOR SHOW keçirildi

Azərbaycan Avtomobil Dilerləri Assosiasiya təşkilatçılığı 26-28 iyun tatixlərində Sea Breeze Resortda "Caspian Motor Show 2026"ı avtomobil sərgisi keçirildi. Sərgidə 17 avtomobil markasını təmsil edən 50 dən çox müxtəlif modellər nümayiş olundu. Bununla yanaşı golf avtomobilləri, motosikl v

02.07.2026 303
.

Sevgilisi İkardidən ayrıldı - Qısqanclığa görə

"Qalatasaray"ın keçmiş futbolçusu Mauro İkardi ilə aktrisa Çin Suaresin münasibətinin başa çatdığı iddia olunur. xarici KİV-ə istinadla xəbər verir ki, iddialara görə, ayrılığın əsas səbəbi cütlüyün şəxsi həyatında davam edən problemlər və İkardinin bəzi davranışları olub. Gündəlik həyatd

02.07.2026 328
.

İsrail Qəzza zolağında HƏMAS hədəflərinə zərbələr endirib

İsrail ordusu Qəzza zolağında HƏMAS-a məxsus olduğu bildirilən bir sıra hədəflərə hava zərbələri endirib. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, İsrail ordusunun açıqlamasına görə, əməliyyat zamanı HƏMAS-ın hərbi infrastruktur obyektləri və silahlı qruplaşmanın fəaliyyət göstərdiyi iddia edilə

02.07.2026 286
.

"Nuka" MTK yaşayış binasını sökür, sakinlər isə narazıdır (VİDEO)

Masallı rayonu, Heydər Əliyev prospektində yerləşən 36 nömrəli binanın sakinləri yaşadıqları binada "Nuka" MTK-nın apardığı söküntü işlərindən narazıdırlar. Onlar bildiriblər ki, binada yaşadıqları halda söküntü işlərinə başlanılıb. Sakinlər iddia edirlər ki, ötən illər ərzində bina qəzal

11:01 76
.

Əri onun aldığı pendirdən zəhərlənib öldü - Firmadan təzminat TƏLƏBİ

Böyük Britaniyada bir qadın sevgililər günündə həyat yoldaşına hədiyyə etdiyi pendirin onun ölümünə səbəb olduğunu iddia edərək istehsalçı şirkətə qarşı 200 min funt sterlinqdən çox məbləğdə təzminat iddiası qaldırıb. xarici mediaya istinadla xəbər verir ki, iddiaya görə, Karina Parksın həyat yoldaş

02.07.2026 302
.

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.29% azalaraq 4.070 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.18% ucuzlaşaraq 60.40 ABŞ dolları təşkil edib

02.07.2026 246
.

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında iyulun 3-də hava şəraiti yağmursuz olacaq. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündüz 30-35 isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək

02.07.2026 228
.

TOP MP3