Messinin formasını istədiyi "Neftçi"li - "Çox təəccüblənmişdim"

Messinin formasını istədiyi "Neftçi"li - "Çox təəccüblənmişdim"Hazırda "Neftçi"də çıxış edən malili müdafiəçi Falaye Sako maraqlı açıqlaması ilə gündəmə gəlib.

"Qafqazinfo" xəbər verir ki, futbolçu bir müddət öncə verdiyi açıqlamada argentinalı ulduz Lionel Messinin onun formasını istəməsindən söz açıb.

O, 2022-ci ildə PSJ və "Sent Etyen" arasında keçirilən Fransa Liqa 1 matçı zamanı Messinin bu istəyinə təəccübləndiyini deyib: "Lionel Messi mənim formamı istəyəndə çox təəccüblənmişdim. Bu günə qədər onun kimdənsə forma istədiyini eşitməmişdim, necə olur ki, mənimkini istəyir?

Yanıma gəldi və "formaları dəyişək?’ deyə soruşdu. Doğrudan da çox təəccübləndim, amma əlbəttə ki, qəbul etdim. Sonra ondan niyə mənim formamı istədiyini soruşdum. O isə mənə dedi ki, "afrikalı oyunçulardan çox formam yoxdur". Biz formaları dəyişdik və o getdi.

Messi kimi birinin mənim formamı istəməsinə nə mən, nə də komanda yoldaşlarım inana bildik. O forma hazırda Malidədir, təkcə mənim və ya ailəm üçün deyil, ölkəm və bütün Afrika üçün çox böyük məna daşıyır. Həmin forma dünyanın ən yaxşı oyunçularından biri ilə yaşanan o anı təmsil edir".

Qeyd edək ki, Falaye Sako ötən ilin yayından "Neftçi"də çıxış edir.

Messinin formasını istədiyi "Neftçi"li - "Çox təəccüblənmişdim"


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 941   Tarix: 17 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ - Paraqvay oyununun ən yaxşı futbolçusu bəlli olub

Futbol üzrə dünya çempionatında ABŞ və Paraqvay yığmaları arasında keçirilən D qrupunun matçının ən yaxşı oyunçusu müəyyənləşib. "Report" xəbər verir ki, amerikalıların heyətində Folarin Baloqan oyunun ən yaxşısı adına layiq görülüb. Qeyd edək ki, 24 yaşlı hücumçu sözügedən matçda dubl etməkl

14.06.2026 199
.

"Liverpul" klubu Arne Slotla yolları ayırdığını açıqlayıb

İngiltərənin "Liverpul" klubu baş məşqçi Arne Slotla yolları ayırdığını açıqlayıb. "Report" Liverpul təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq yeni məşqçi təyinatı prosesinə başlanılıb. O, İngiltərə Liqa Məşqçiləri Assosiasiyası tərəfindən ötən ilin ən yaxş

30.05.2026 280
.

"Bornmut" "Arsenal"ın futbolçusu Leandro Trossarla maraqlanır

İngiltərənin "Bornmut" klubu "Arsenal"ın futbolçusu Leandro Trossarla maraqlanır. "Report" yerli mətbuata istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi yay transfer dönəmində 31 yaşlı hücumçunu heyətinə qatmağı planlaşdırır. "Bornmut" belçikalı oyunçunun mümkü

13.06.2026 225
.

Toral Bayramov "Qarabağ"dan getdi - Türkiyə klubuna keçdi

Azərbaycan yığmasının müdafiəçisi Toral Bayramov "Qarabağ"dan ayrılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə klubun rəsmi səhifələri məlumat yayıb. O, Türkiyənin "Bursaspor" klubuna keçib. Qeyd edək ki, 2020-ci ildən "Qarabağ"da çıxış edən Bayramov bu müddətd

25.05.2026 524
.

Ulduzlar alleyasında artıq Bekhemin də adı var

Dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem "Şöhrət Xiyabanı"nda ulduza layiq görülən məşhurlar siyahısında yer alıb. Axşam.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Təntənəli mərasim ABŞ millisinin 2026-cı il futbol üzrə dünya çempionatındakı ilk oyunu ərəfəsind

14.06.2026 288
.

"Zirə" qapıçısı ilə yollarını ayırdı

"Zirə" futbol klubu qapıçısı Tiaqu Silva ilə yollarını ayırıb. xəbər verir ki, bu barədə klubun mətbuat xidmət məlumat yayıb. Qeyd edək ki, 26 yaşlı braziliyalı qolkiper 2023-cü ildən "Zirə"də çıxış edib

07.06.2026 294
.

Rza ölkə xaricindən təklifləri olduğunu gizlətmədi: "Neftçi"nin qapıçısı nə düşünür?

"Milliyə dəvət almaq hər zaman qürurverici hissdir və mən də çox xoşbəxtəm ki, milli komandanın futbolçusuyam. Əlbəttə, milli forma altında çıxış etmək, istər rəsmi oyun, istər yoldaşlıq görüşü olsun, hər zaman dəyərlidir". Bu sözləri "Neftçi"nin və millimizin futbolçusu Rza Cəfəro

14.06.2026 201
.

Lionel Messi DÇ-2026-da oynayacaq? - Baş məşqçidən AÇIQLAMA

Argentina milli komandasının baş məşqçisi Lionel Skaloni "İnter Mayami"nin ulduz hücumçusu Lionel Messinin səhhəti ilə bağlı məlumat verib. ESPN nəşrinə istinadən xəbər verir ki, may ayının sonunda əzələsindən zədə almasına baxmayaraq, təcrübəli forvardın 2026-cı ildə keçiriləcək dünya çempionat

06.06.2026 264
.

Ağ Evdə baş tutacaq UFC turnirində idmançılar nə qədər qazanacaqlar?

Mütləq Döyüş Çempionatının (UFC) rəhbəri Dana Uayt Ağ Evdə təşkil olunacaq turnir iştirakçılarının əldə edəcəyi bonusların həcmini ictimaiyyətə açıqlayıb. xəbər verir ki, mətbuat konfransının yayımı təşkilatın rəsmi "YouTube" kanalına yerləşdirilib. "Gecənin ən yaxşı döyüşünü nümayiş etdirə

13.06.2026 233
.

TOP MP3