Qrenlandiyanın paytaxtı dünyanın ən yaxşı sərin yay istirahət məkanı seçilib
2026-cı ildə sərin yay istirahəti üçün dünyanın ən yaxşı istiqaməti uzaq Qrenlandiyanın paytaxtı Nuuk şəhəri seçilib. Əhalisi 20 mindən az olan bu şəhər son vaxtlar turistlərin diqqətini daha çox cəlb edir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmanın aparılmasına səbəb "sərin iqlimdə istirahət" mövzusunda axtarışların 2024-cü ilin əvvəlindən bəri 3500 faiz artması olub. Portalın komandası yay istisindən qaçmaq istəyən turistlər üçün ən yaxşı istiqamətləri müəyyənləşdirmək məqsədilə dünyada 200-dən çox sərin iqlimli məkanı təhlil edib.
Reytinqin lideri Nuuk şəhəri olub. Son bir ildə bu şəhərlə bağlı axtarış sorğuları 48,39 faiz artıb. Bu uzaq və gözəl ada regionuna marağın artmasının əsas səbəblərindən biri onun daha əlçatan olmasıdır. 2025-ci ildə burada yeni hava limanı açılıb. Maraqlıdır ki, ABŞ prezidenti Donald Trampın vaxtilə Qrenlandiyanı Danimarkadan almaqla bağlı səsləndirdiyi fikirlər belə turistlərin marağını azaltmayıb.
2026-cı ilin yayında sərin istirahət üçün dünyanın ən yaxşı 10 məkanı
Ümumilikdə siyahıya dünyanın müxtəlif yerlərindən 20 sərin iqlimli istiqamət daxil edilib. İlk onluq belə görünür:
Nuuk, Qrenlandiya
Le Kontamin-Monjua, Fransa
Beara yarımadası, İrlandiya
Yotunheymen Milli Parkı, Norveç
Tasiilak, Qrenlandiya
Voss, Norveç
Bohin gölü, Sloveniya
Lex, Avstriya
Dolomit Alpları, İtaliya
Arinsal, Andorra
Qrenlandiyada istirahət planlaşdıran turistlər nələri nəzərə almalıdır
Məlumata görə, Qrenlandiya Avropada hələ də kütləvi turizm probleminin olmadığı azsaylı yerlərdən biridir. Əksinə, yerli sakinlər turistləri görməkdən məmnundurlar. Lakin adanın uzaq yerləşməsi səbəbindən Qrenlandiyaya səyahət kifayət qədər bahalı hesab olunur.
Bir müddət əvvəl səyahət jurnalisti Anna Riçards Qrenlandiyaya "büdcə" səfəri etməyə çalışıb. O, turizm şirkətindən istifadə etmədən səyahəti özü təşkil edərək xərcləri xeyli azalda bilsə də, ümumi məbləğ yenə də yüksək olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 683 Tarix: 18 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə
18.09.2021 2874 Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is
18.09.2021 789 Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18.09.2021 988 "Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi
Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"
18.09.2021 3137 Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497 Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568 Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO
Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini
17.09.2021 1467 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831