Mikrodalğalı Sobalar: Rahatlıq, yoxsa Gizli Təhlükə? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Mikrodalğalı sobalar bu gün demək olar ki, hər mətbəxdə rast gəlinən texnoloji avadanlıqlardan biridir. Sürətli və praktik istifadə imkanı təqdim edən bu cihazlar xüsusilə vaxt qıtlığı yaşayan insanlar üçün əvəzolunmaz hesab olunur. Lakin son illər mikrodalğalı sobaların insan sağlamlığına təsiri ilə bağlı müxtəlif müzakirələr və narahatlıqlar da artmaqdadır. Bəzi insanlar bu cihazların qidaların tərkibini dəyişdiyini, vitaminləri məhv etdiyini və hətta zərərli şüalanma yaydığını iddia edir. Digər tərəfdən isə mütəxəssislər mikrodalğalı sobaların düzgün istifadə edildiyi halda təhlükəsiz olduğunu bildirirlər.
Bu ziddiyyətli fikirlər isə cəmiyyətdə suallar doğurur: Mikrodalğalı sobalar həqiqətən zərərlidirmi, yoxsa bu sadəcə mifdən ibarətdir? Mövzunun aktuallığını nəzərə alaraq, mikrodalğalı sobaların işləmə prinsipi, qidalara təsiri və sağlamlıq baxımından mümkün riskləri ətraflı şəkildə araşdırmaq zərurəti yaranır.
Mözvu ilə bağlı qida eksperti Fərid Səfərov BiG.AZ-a açıqlamasında bildirdi ki, mikrodalğalı sobalar keçmişdən bu günə qədər mətbəxlərimizdə istifadə olunub. Onun sözlərinə görə, praktikliyi və insanların həyatına gətirdiyi rahatlıq sayəsində məşhurlaşıb: "Sağlam olub olmadığı ilə bağlı müzakirələr hələ də davam edir, lakin araşdırmalara baxdığımızda mikrodalğalı sobaların düzgün istifadə edildiyi təqdirdə zərərsizdir.
Bunun üçün bəzi qaydaları bilmək və əməl etmək lazımdır.
Mikrodalğalı sobalar üçün uyğun və uyğun olmayan mətbəx materialları var.
İstifadə üçün uyğundur:
• Mikrodalğalı sobada istifadə üçün etiketlənmiş inqrediyentlər.
• İstiliyədavamlı şüşə və keramika qablar.
• Yağlı kağız, perqament kağızı.
• Mikrodalğalı sobada istifadə üçün uyğun olan ağır plastik qablar.
İstifadə üçün uyğun deyil:
• Pendir və qatıq qablaşdırması.
• Qəhvəyi kağız torbalar və qəzetlər.
• Metal qablar (alüminium, polad, mis və s.)
• Köpük süngərlə örtülmüş materiallar.
• Metal boya ilə üzlənmiş çini qablar.
• Metal qolları və ya tutacaqları olan materiallar.
• Alüminium folqa ilə örtülmüş qidalar.
Mikrodalğalı sobanın az yer tutması və asanlıqla təmizlənməsi, vaxta və enerjiyə qənaət olunması, mikroorqanizmlərin və bakteriyaların məhv olması kimi üstünlükləri var.
Həm də mikrodalğalı sobadan istifadənin mənfi cəhətləri də var:
• Mikrodalğalı sobada istifadə üçün uyğun olmayan materiallardan istifadə edərkən pis nəticələr yarana bilər.
• Qapağın tam bağlanmaması və ya zədələnməsi nəticəsində radiasiya sızmasının qarşısını almaq üçün son dərəcə diqqətli olmaq lazımdır.
• Mikrodalğalı sobaların katarojen təsirləri araşdırıldıqda bu şüalara uzun müddət məruz qalanlarda mənfi təsirlərin meydana gəldiyi müşahidə edilmişdir.
• Müəyyən bir temperatur tətbiq olunduğundan qida dəyərinin itirilməsi və zülalların strukturunda pozulma müşahidə edilmişdir. Ancaq bu, ənənəvi isitmə üsullarında da mövcuddur. Yüksək temperatur qida dəyərinin itirilməsinə səbəb olur.
Görülə biləcək ən yaxşı ehtiyat tədbirləri lazım olmadıqca plastikdən istifadə etməmək, keramika-şüşə qablardan istifadə etmək və istifadə qaydalarına diqqət yetirməkdir.
Sağlam qidalanaraq sağlam yaşayın!".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 702 Tarix: 19 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə
18.09.2021 2874 Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is
18.09.2021 789 Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18.09.2021 988 "Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi
Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"
18.09.2021 3137 Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497 Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568 Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO
Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini
17.09.2021 1467 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831