AI mənim psixoloqumdur? - Mütəxəssislər xəbərdarlıq edir
"Süni intellektdən həyatın demək olar ki, bütün sahələrində istifadə edilir. Lakin indi bəzi insanlar süni intellekti öz psixoloqları kimi qəbul etməyə başlayıblar. Bu məsələyə həm texniki, həm də real həyat prizmasından yanaşmaq vacibdir".
Bunu BiG.AZ-a açıqlamasında İKT üzrə mütəxəssis Elvin Həsənov bildirib.
O, qeyd edib ki, süni intellektlə ünsiyyət qurmaq, ondan məsləhət almaq və fikirləri bölüşmək mümkündür və bu, bir çox insan üçün müəyyən dərəcədə rahatladıcı təsir göstərə bilər. Çünki AI 24/7 əlçatandır, mühakimə etmir və səbirli şəkildə cavab verir:
"Lakin mühüm nüans var: süni intellekt psixoloq deyil. Texniki baxımdan AI böyük həcmdə məlumat üzərində öyrədilmiş bir modeldir. O, emosiyaları hiss etmir, empati yaşamır, klinik diaqnoz qoymur və fərdi məsuliyyət daşımır. Sadəcə təqdim olunan məlumatlara əsaslanaraq ehtimal olunan cavablar formalaşdırır. Bu səbəbdən insanın daxili vəziyyətini dərin şəkildə analiz edib tibbi və ya psixoloji qərar vermək səlahiyyəti yoxdur.
Bu baxımdan süni intellekti "mənim psixoloqumdur" kimi qəbul etmək doğru yanaşma sayılmır.
Digər tərəfdən, AI müəyyən hallarda dəstək aləti kimi faydalı ola bilər. Məsələn, stressin idarə olunması, vaxtın düzgün planlaşdırılması və ya şəxsi inkişaf mövzularında ümumi tövsiyələr üçün istifadə oluna bilər.
Ancaq panik atak və travma kimi ciddi psixoloji vəziyyətlərdə mütləq canlı mütəxəssisə müraciət etmək lazımdır. Unutmaq olmaz ki, süni intellekt insan terapevtin yerini tam şəkildə verə bilməz.
Bundan əlavə, diqqət edilməli psixoloji risklərdən biri bəzi insanların real sosial münasibətlər əvəzinə AI ilə ünsiyyətə üstünlük verməsidir. Bu isə uzunmüddətli perspektivdə sosial izolyasiya və emosional asılılıq yarada bilər. Xüsusilə gənc nəsildə bu balansın qorunması olduqca vacibdir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 612 Tarix: 19 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə
18.09.2021 2874 Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is
18.09.2021 789 Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18.09.2021 988 "Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi
Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"
18.09.2021 3137 Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497 Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568 Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO
Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini
17.09.2021 1467 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831