Şəxslərin tutulma müddətləri: əsas qaydalar və xüsusi hallar
"İnzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulma müddəti əsasən 3 saatdan çox ola bilməz. Lakin qanun bir sıra istisnalar da nəzərdə tutur. Belə ki, şəxs sərhəd rejimini, sərhədboyu zolağı və ya Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində rejimi pozduqda, avaralıqla məşğul olduqda, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qanunsuz qalmasına, ölkədə olma qaydalarını pozmalarına görə barəsində inzibati iş aparıldıqda, törətdiyi xətanın və şəxsiyyətinin müəyyən edilməsi, yaxud əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədən inzibati qaydada çıxarılması ilə bağlı qərarın icrasından boyun qaçırdıqda, inzibati qaydada tutma müddəti 24 saata qədər uzadıla bilər. Əgər həmin şəxsin şəxsiyyətini təsdiq edən sənədləri yoxdursa, hakim qərarı ilə bu müddət 3 günədək artırıla bilər".
Bunu BiG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib.
O, qeyd edib ki, fövqəladə və ya hərbi vəziyyət elan olunmuş ərazidə komendant saatı vaxtında xüsusi icazə olmadan küçələrdə və ictimai yerlərdə olan şəxslər şəxsiyyətləri müəyyən edilənədək tutulur. Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasında şəxsiyyətini təsdiq edən sənədləri olmayan şəxslər də şəxsiyyətləri müəyyən edilənədək inzibati qaydada saxlanılır. Əgər həmin şəxslər qanuni tələblərə mane olmağa yönəlmiş hərəkətlər törədiblərsə, onların tutulma müddəti 48 saata qədərdir:
"Barəsində inzibati həbs tətbiq olunan şəxslər ümumiyyətlə 24 saata qədər, bəzi hallarda isə inzibati işin mürəkkəbliyi, xətaların sayının çoxluğu və tibbi yoxlama məqsədilə bu müddət 48 saata qədər uzadıla bilər.
Cinayət təqibi çərçivəsində tutulmuş şəxslər isə orqan tərəfindən 48 saat saxlanılır. Bu müddət ərzində şəxsə ittiham elan edilməli, prokuror təqdimatı olduqda isə məhkəmə onu nəzərdən keçirməli və barəsində həbs qətimkan tədbiri seçməli və ya azad etməlidir.
Bəzi ağır və xüsusilə ağır cinayətlərdə isə şübhəli və ya təqsirləndirilən şəxslərin çoxluğu, işin xüsusi mürəkkəbliyi və ya toplanmış materialların həcminin böyük olması səbəbindən 48 saat müddəti kifayət etmədikdə, müstəntiqin əsaslandırılmış vəsatəti və prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə bu müddət 48 saatdan artıq olmamaq şərti ilə uzadıla bilər.
Beləliklə, inzibati və cinayət tutmalarında müddətlər qanunla dəqiq müəyyənləşdirilib, lakin xüsusi hallar və istisnalar mövcuddur ki, bu müddətlərə uyğunlaşdırılmış qaydada uzadıla bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 931 Tarix: 19 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə
18.09.2021 2874 Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is
18.09.2021 789 Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18.09.2021 988 "Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi
Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"
18.09.2021 3137 Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497 Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568 Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO
Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini
17.09.2021 1467 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831