Valideyn Yenidən Evlənəndə Uşaqlarda Yarana Biləcək Psixoloji Problemlər - PSİXOLOQDAN AÇIQLAMA
Ailədə valideynlərdən biri dünyasını dəyişəndə və ya boşanma baş verdikdə, uşaqlar üçün həyat tamamilə dəyişir. Belə vəziyyətlərdə valideynin ikinci dəfə ailə qurması uşaqlar arasında qısqanclıq, narahatlıq və bəzən etiraz hisslərinin yaranmasına səbəb ola bilər. Xüsusilə həssas uşaqlar bu dəyişiklikləri travmatik şəkildə yaşayır, özlərini sevilmədiklərini və ya "yerlərinin itirildiyini" hiss edə bilirlər.
Kiçik yaşlı uşaqlar valideynin yeni həyat yoldaşını rəqib kimi qəbul edə bilər, yeniyetmələr isə bəzən açıq şəkildə etiraz edir və ailədə gərginlik yaradır. Bu isə həm valideyn, həm də yeni ailə üzvləri üçün çətin bir dövr deməkdir və münasibətlərin düzgün idarə olunmaması uşağın psixoloji travma almasına səbəb ola bilər. Belə vəziyyətlərdə uşaqla düzgün ünsiyyət, emosional dəstək və mərhələli adaptasiya uşağın yeni ailə strukturu ilə barışmasına kömək edə bilər.
Mövzu ilə bağlı psixoloq Samirə Bağırova BiG.AZ-a açıqlamasında bildirdi ki, bu çox həssas və ciddi mövzudur. Onun sözlərinə görə, boşanma təkcə ər və arvadın ayrılması deyil, uşaq üçün bu məsələ onun dünyasının dağılması kimi hiss oluna bilər, xüsusilə də həssas uşaqlarda: "Uşağın duyğuları sarsılır və "mən kimi seçməliyəm, bəlkə bu mənim günahımdır, mən olmasaydım bəlkə ayrılmazdılar?" kimi özünü günahlandırma sualları onda tərk edilmə hissi yaradır. Həm də uşaq bir valideynlə olanda digər valideyninə görə narahat olur. Hər iki tərəfi qorumağa çalışsa da, çox vaxt valideyn təzyiqi ilə bu onda alınmır və bir tərəfi seçmək məcburiyyətində qalır və emosiyalarını gizlətməyə çalışır. Bu hal psixologiyada bəzən emosional "yük daşıyan" uşaq kimi izah olunur.
Uşağa ümumiyyətlə "kimi çox istəyirsən ananı yoxsa atanı, kimlə qalmaq istəyirsən?" kimi suallar vermək olmaz. Uşaq valideynləri ilə özünü tam hiss edir. Belə sual onlarda daxili parçalanma yaradır. Boşanan valideynlər uşağın duyğularını sabit saxlamaq, təhlükəsizlik hissi yaratmaq üçün, "bu sənin günahın deyil, biz ayrı yaşayırıq, amma hər ikimiz səni sevirik,səni heç vaxt tərk etməyəcəyik" dəstək hissi yaradan cümlələr istifadə etmələri daha uyğundur".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 864 Tarix: 19 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiyada məmurların olduğu avtomobil partladıldı
Rusiyanın Kursk vilayətində rayon administrasiyasının əməkdaşlarını daşıyan avtomobil partladılıb. xəbər veirr ki, bu barədə Kursk vilayətinin qubernatoru Aleksandr Xinşteyn məlumat yayıb. Məlumata görə, partlayış Rılsk rayonunun mərkəzində məsafədən idarə olunan partlayıcı qurğunun işə düşməsi nəticəsind
03.07.2026 374 Çimərlikdəki çəyirtkələrlə bağlı rəsmi açıqlama - Nazirlik fotolar yaydı
Abşeron ərazisində müşahidə edilən çəyirtkələrlə bağlı vəziyyət Aqrar Xidmətlər Agentliyinin tam nəzarəti altındadır. BİG.AZ xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Bildirilib ki, son günlər Abşeron yarımadasında, xüsusən də dənizkənarı ərazilərdə çəyirtkələrin kütləvi şəkild
14:06 189 Azərbaycanda ZƏLZƏLƏ OLDU
Azərbaycanın İmişli rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Məlumatda bildirilib ki, yeraltı təkanın maqnitudası 3.2, dərinliyi isə 60 km olub
14:15 230 16 yaşlı yeniyetmə öldü, yaralılar var - Yasamalda partlayış
Bakı şəhəri, Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən yaşayış evində partlayış baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, partlayış ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsində qeydə alınıb. Yanğın nəticəsind
11:11 295 Zaur Kamal qəzaya düşdü - Foto
Aparıcı Zaur Kamal avtomobil qəzası keçirdib. Axşam.az-a açıqlama verən aparıcı bildirib ki, hadisə Gəncəyə gedərkən olub. "Gəncəyə çataçatda oldu. Salamatçılıqdır" deyə, Zaur əlavə edib. Aparıcı daha sonra "Geländewagen" markalı maşınının əzilmiş fotosunu paylaşaraq "Bu da bel
14:26 336 Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir
Abşeron ərazisində müşahidə edilən çəyirtkələrlə bağlı vəziyyət Aqrar Xidmətlər Agentliyinin tam nəzarəti altındadır. Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyindən bildirib. Məlumata əsasən, son günlər Abşeron yarımadasında, xüsusən də dənizkənarı ərazilərdə çəyirtkələrin kütləvi şəkild
16:00 151 Zamiq və oğlu Fatih Terimlə bir arada - Fotolar
Müğənni Zamiq Hüseynov Türkiyənin Bodrum şəhərində tanınmış simalarla görüşüb. Axşam.az xəbər verir ki, ifaçı "Qalatasaray"ın futbolçuları Yunus Akgün və Uğurcan Çakır, eləcə də əfsanəvi türkiyəli məşqçi Fatih Terimlə bir araya gəlib. Sənətçi oğlu Zeyn və özünün görüşdən çəkilən fotoların
11:39 269 ABŞ-də anomal istilər səbəbindən Müstəqillik Günü tədbirləri təxirə salındı
ABŞ-nin mərkəzi və şərq ştatlarını cənginə alan anomal istilər ölkənin Müstəqillik Gününə həsr edilmiş kütləvi tədbirlərin keçirilməsinə mane olub. xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Yüksək temperatur səbəbindən Vaşinqton və onlarla digər şəhərlərin rəhbərliyi ənənəvi bayra
20:45 78 ABŞ bu gün Müstəqillik Gününü qeyd edir - ölkə müstəqilliyinin 250 illiyi qeyd olunur
Bu gün ABŞ-da ölkənin ən mühüm milli bayramlarından biri olan Müstəqillik Günü qeyd edilir. Bu il bayram xüsusi əhəmiyyət daşıyır, çünki ABŞ 1776-cı ildə qəbul edilmiş Müstəqillik Bəyannaməsinin 250 illiyini qeyd edir. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, 1776-cı il iyulun 4-də qəbul edilə
09:53 182