Torpaq zəbt edənlərə XƏBƏRDARLIQ
Sənədsiz tikinti faktı aşkar edildikdə məsələ qanunvericiliyə uyğun şəkildə rəsmiləşdirilir və mərhələli tədbirlər görülür.
Bu barədə məlumat BAKU.WS-in sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.
Xidmətin məlumatına görə, torpaq sahələrinin zəbt edilməsi və qanunazidd istifadəsi ilə bağlı qurumun əməkdaşları tərəfindən ölkə ərazisində mütəmadi monitorinqlər aparılır:
"Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında" Əsasnamənin tələblərinə əsasən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra-Xidmət) üzərinə bu sahədə dövlət nəzarətinin həyata keçirilməsi, o cümlədən tikinti işlərinin aparılması ilə müşahidə olunan torpaq sahələrinin zəbt edilməsi və qanunazidd istifadəsinin qarşısının alınması vəzifə olaraq qoyulmuşdur".
Bildirilir ki, aşağıdakı hallarda akt rəsmiləşdirilir:
"Monitorinq zamanı qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahələrinin özbaşına tutulması (zəbt edilməsi) ilə nəticələnən tikinti işlərinin aparılması faktları aşkar olunduğu təqdirdə bu hal Xidmətin əməkdaşları tərəfindən müvafiq aktla rəsmiləşdirilir".
"Bundan sonra, torpaq qanunvericiliyinin pozulması halının xarakterindən asılı olaraq Xidmət tərəfindən torpaq sahələrinin özbaşına tutulması (zəbt edilməsi) hallarının qarşısının alınması üçün tədbir görülməsi məqsədilə yuxarıda qeyd olunan Əsasnamənin 9.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının daxili işlər orqanlarına məlumat verilməsi, habelə Əsasnamənin 11.5-ci bəndinə uyğun olaraq vəzifələri və fiziki şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb edilməsi təmin edilir.
Eyni zamanda, torpaq üzərində aparılan qanunsuz tikinti faktları ilə bağlı toplanmış material səlahiyyətləri daxilində müvafiq tədbirlərin görülməsi məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə, rayon (şəhər) icra hakimiyyəti orqanlarına və digər aidiyyəti qurumlara göndərilir", - deyə məlumatda qeyd olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 497 Tarix: 19 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPaytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb
Bakı Şəhər İcra Hakimiyyəti, Regional İnkişaf İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan Bakı şəhər rayonlarını əhatə edən məhəllələrarası 3x3 basketbol turnirinə yekun vurulub. 2011-2012-c
13:48 143 Pensiya yaşı 65, amma ömür qısalır: Azərbaycanda yaş həddi yenidən nəzərdən keçirilə bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda son illərdə orta ömür uzunluğu ilə bağlı statistik göstəricilər və sosial reallıqlar arasında yaranan ziddiyyətlər cəmiyyətdə yeni müzakirə mövzusu formalaşdırıb. Bir tərəfdən rəsmi olaraq pensiya yaşı 65 olaraq müəyyən edilib, digər tərəfdən isə əhalinin sağlamlıq vəziyyəti, həyat keyfiyyət
11:33 257 Bayramov Kallasla görüşdü - Fotolar
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla görüşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında bildirilib
15:13 150 Qubanın bu kəndlərinin rus mənşəli - Adları dəyişdirilir
Qubada üç kəndin adı dəyişdirilir. "Qafqazinfo" xəbər verir ki, bu barədə qanun layihəsi sabah Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirəyə çıxarılacaq. Layihəyə əsasən, Qubanın Vladimirovka kəndi Elbir, Alekseyevka kəndi Çinarlı, Timiryazev kəndi isə Bəhrəli adlandırılaca
10:53 212 Velizar yeni konsertə hazırlaşır!
Son günlər sosial şəbəkələrdə geniş müzakirə olunan mövzulardan biri də fenomen Velizarın Gəncə şəhərində planlaşdırılan konsertinin baş tutmaması oldu. Ötən ay yayılan məlumatlara görə, Velizar məşhur ifaçı Rəqsanə ilə birlikdə Gəncədə səhnəyə çıxacağını açıqlamış və bu tədbir üçün öz izləyici kütləsin
14:46 264 Bütün ağıllı insanların ortaq problemi
Yüksək intellektə malik insanlar çox vaxt bəzi ümumi problemlərlə qarşılaşırlar, xüsusilə də digər insanlarla münasibətlər qurmaqda çətinlik çəkirlər. Yüksək intellektə insana üstünlüklər versə də, eyni zamanda müəyyən çətinliklər də yarada bilər və psixoloqlar bildirir ki, belə insanlar tez-tez özlərin
19:30 1 Çinin Hunan əyalətində fişəng fabrikində partlayış baş verib, 21 nəfər ölüb, Si Cinpin araşdırma aparılmasını tələb edib, dövlət mediası xəbər verir
Çinin Hunan əyalətindəki fişəng fabrikində baş verən partlayış nəticəsində 21 nəfər ölüb, 61 nəfər yaralanıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, dövlət mediasının çərşənbə axşamı verdiyi məlumata görə, Prezident Si Cinpin hərtərəfli araşdırma tələb edib. CCTV və Xinhua-nın verdiyi məlumata görə
11:14 184 "Cabir ölümünü hiss edirdi"
"Onun böyük ürəyi var idi, olduqca həssas qəlbli idi. Məndən fərqli olaraq bütün ağrıları daxilində çəkirdi. Nə atasına, nə anasına, nə ailəsinə danışırdı. Ancaq mənə danışırdı". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist tahir İmanov "Söhbət var" proqramında danışıb. Aktyo
12:02 370 ABŞ və İran Körfəz sularına nəzarət uğrunda mübarizə apararkən yeni hücumlara başlayırlar
ABŞ və İran bazar ertəsi günü körfəzdə yeni hücumlara başlayıblar. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, onlar Hörmüz boğazı üzərində nəzarət uğrunda mübarizə apararkən dəniz blokadalarını davam etdiriblər və kövrək atəşkəsi pozublar. ABŞ prezidenti Donald Trampın boğazda qalan tankerləri və digə
10:42 162