Çində yoxa çıxmış qədim insan xəttinin izləri aşkarlandı
Çində alimlər indiyədək məlum olmayan və sonradan yoxa çıxmış qədim insan xəttinin izlərini müəyyən ediblər.
BAKU.WS xəbər verir ki, bu barədə Çin Elmlər Akademiyasının genetikləri məlumat yayıb. Tədqiqatın nəticələri Current Biology jurnalında dərc olunub.
Məlumata görə, alimlər Pekin yaxınlığındakı Dunxulin arxeoloji ərazisində tapılmış üç insanın DNT-sini analiz ediblər. Bu şəxslər son buzlaq dövründən sonra, iqlimin sürətlə dəyişdiyi istiləşmə mərhələsində yaşayıblar.
Araşdırma göstərib ki, qadınlardan biri Şərqi Asiyada indiyədək qeydə alınmamış genetik xəttə aid olub. Onun genetik xüsusiyyətləri təxminən 19 min il əvvəl Amur çayı ətrafında yaşamış insanlarla qismən oxşarlıq təşkil edir. Bu isə regionda uzun müddət mövcud olmuş qədim şimal populyasiyasının varlığını göstərir.
Eyni ərazidə təxminən iki min il sonra dəfn edilən gənc kişinin DNT-si isə tamamilə fərqli olub. Onun genetik mənşəyi daha çox Monqolustan yaylası ilə əlaqəli populyasiyalara yaxın çıxıb. Bu fakt bölgədə əhali tərkibinin zamanla dəyişdiyini göstərir.
Bununla yanaşı, arxeoloji tapıntılar mədəni davamlılığın qorunduğunu ortaya qoyur. Daş alətlər, keramika nümunələri və bitki emalı üsulları demək olar ki, dəyişməyib. Alimlər həmçinin darının erkən əhliləşdirilməsinə dair ilkin izlər də aşkar ediblər.
Tədqiqatçılar hesab edir ki, bu dəyişikliklərdə buzlaq dövründən sonrakı iqlim transformasiyaları mühüm rol oynayıb. Bu proseslər qədim icmaları yeni yaşayış və resurslardan istifadə üsulları axtarmağa məcbur edib.
Alimlərin qənaətinə görə, aşkar olunan qədim insan xətti zamanla digər populyasiyalar arasında demək olar ki, tamamilə itib. Müasir Şərqi Asiya əhalisinin genetik strukturunda isə bu xəttin izlərinə yalnız nadir hallarda rast gəlinir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1012 Tarix: 06 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş3 oktyabr Azərbaycanın gələcək yolunu müəyyənləşdirən tarixi gündür
"3 oktyabr Azərbaycan xalqının və müstəqil dövlətçiliyimizin tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. 1993-cü il oktyabrın 3-də keçirilmiş ümumxalq səsverməsi nəticəsində Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin taleyində mühüm dönüş nöqtəs
03.10.2026 206 Sorğu: Böyük Britaniya əhalisinin yarısı Aİ-yə qayıtmaq istəyir
Böyük Britaniyada seçicilərin demək olar ki, yarısı Leyboristlər partiyasının lideri Endi Börnhemin növbəti ümumi seçkilərdən sonra ölkənin Avropa İttifaqına mümkün qayıdışı ilə bağlı mövqeyini dəstəkləyir. "Report" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, bunu "Messin
03.10.2026 130 Azərbaycan banklarının xalis xarici aktivləri 20 %-dən çox artıb
Bu ilin sentyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 32 milyard 462,2 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i müqayisədə 1,4 %, ilin əvvəlinə nisbətən 25,6 %, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə is
03.10.2026 145 Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi
Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. BİG.AZ -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək
03.10.2026 166 Prezident Vizeri qəbul edib ordenini təqdim etdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizeri qəbul edib. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı Azərbaycanda cüdonun inkişafına, həmçinin Bakıda bu idman növü üzrə dünya çempionatının keçirilməsinə göstərdiyi dəstəy
03.10.2026 166 Məşhur rusiyalı bloqerin Türkiyədə faciəli ölümü: Təqsirkara hökm oxundu
Məşhur rusiyalı bloqer Tatyana Ozolinanın ölümündə təqsirli bilinən türkiyəli bayker Onur Obut təxminən üç ilə qədər həbs cəzasına məhkum edilib. -ın xəbərinə görə, bu barədə mərhumun keçmiş əri Stanislav Fedorçenko sosial şəbəkə hesabında məlumat verib. "Məhkəmə onu təqsirli bildi və 2 il 11 a
03.10.2026 125 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - AÇIQLAMA
Azərbaycanlı hərbçi Nəsimi Musayev naməlum şəraitdə Ermənistan ərazisinə keçib. Oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Zəngəzurun Şəki kəndində Azərbaycan əsgəri Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Oktyabrın 2-də Ermənistanın Baş Prokurorluğu naməlum şəraitdə sərhədi keçərə
03.10.2026 199 DİN narkotiklə bağlı əməliyyatlar keçirib, saxlanılanlar arasında İran vətəndaşı da var
Bakı və Gəncədə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Bakı və Gəncə şəhərlərində keçirdiyi tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsind
03.10.2026 156 3 oktyabr 1993-cü il: Azərbaycanın müasir dönüş nöqtəsi
"3 oktyabr 1993-cü il Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan bir tarixdir. Çünki həmin gün Heydər Əliyev xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Amma bu hadisəni yalnız prezident seçkisi kimi qiymətləndirmək düzgün olmaz. Söhbət Azərbaycanın dövlətçilik tarixini
03.10.2026 314