Kofelər saxtalaşdırılır - İçərisinə bu məhsulu qatırlar

Kofelər saxtalaşdırılır - İçərisinə bu məhsulu qatırlarSon dövrlərdə internetdə məşhur brendlərin qablaşdırmasına bənzər saxta məhsulların sayı artıb. Bu məhsulları orijinaldan ayırmaq isə getdikcə daha çətinləşir. Fırıldaqçıların ən çox istifadə etdiyi üsullardan biri qəhvə dənələrini başqa məhsullarla əvəz etməkdir. Xüsusilə, bu məqsədlə soya istifadə olunur.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, saxta qəhvə istehsalçıları xərcləri azaltmaq üçün orijinal qəhvə dənələrini müxtəlif formalarda olan soya ilə əvəz edirlər.

Bu, un, ekstrakt və ya qovrulmuş dənə formasında ola bilər. Nəticədə məhsulun saxta olduğunu xüsusi laborator analiz olmadan müəyyən etmək demək olar ki, mümkün olmur.

Məqalədə qeyd olunur ki, qovrulmuş soya dənələri tünd rəngə və acı qoxuya malikdir. Bundan hazırlanan içki də qəhvəyə bənzər dad və görünüş yaradır. Bu üsulla istehsalçılar 1 kiloqram həqiqi qəhvədən daha çox "qarışıq" əldə edərək onu bazarda qəhvə adı ilə sata bilirlər.

Lavazza şirkətinin nümayəndəsi Cüzeppe Lavazza Avropa bazarında artıq onların brendinə aid saxta qablaşdırmaların ortaya çıxdığını təsdiqləyib. O bildirib ki, qiymət təzyiqlərinə baxmayaraq, şirkət reseptlərini ucuzlaşdırmaq üçün dəyişmək niyyətində deyil.

"Biz heç vaxt qarışıqlarımızı dəyişmirik. Qəhvənin tərkibinə hörmət edirik və istehlakçını aldatmaq istəmirik", - o vurğulayıb.

Saxta qəhvəni necə tanımaq olar?
Mütəxəssislər bir neçə vacib fərqə diqqət yetirməyi tövsiyə edir:

Qoxu: Həqiqi qəhvə özünəməxsus xoş aromaya malikdir, saxta məhsul isə daha çox torpaq qoxusunu xatırladır.

Rəng: Çox açıq rəngli üyüdülmüş məhsul qarışıqlardan xəbər verə bilər.

Konsistensiya: Üyüdülmüş soya suyu tez mənimsəyir, keyfiyyətli qəhvə isə daha yavaş çökmə xüsusiyyətinə malikdir.

Mütəxəssislər istehlakçılara yalnız etibarlı mənbələrdən alış etməyi və məhsulun keyfiyyətinə diqqət yetirməyi tövsiyə edir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 896   Tarix: 06 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

3 oktyabr Azərbaycanın gələcək yolunu müəyyənləşdirən tarixi gündür

"3 oktyabr Azərbaycan xalqının və müstəqil dövlətçiliyimizin tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. 1993-cü il oktyabrın 3-də keçirilmiş ümumxalq səsverməsi nəticəsində Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin taleyində mühüm dönüş nöqtəs

03.10.2026 206
.

Sorğu: Böyük Britaniya əhalisinin yarısı Aİ-yə qayıtmaq istəyir

Böyük Britaniyada seçicilərin demək olar ki, yarısı Leyboristlər partiyasının lideri Endi Börnhemin növbəti ümumi seçkilərdən sonra ölkənin Avropa İttifaqına mümkün qayıdışı ilə bağlı mövqeyini dəstəkləyir. "Report" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, bunu "Messin

03.10.2026 130
.

Azərbaycan banklarının xalis xarici aktivləri 20 %-dən çox artıb

Bu ilin sentyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 32 milyard 462,2 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i müqayisədə 1,4 %, ilin əvvəlinə nisbətən 25,6 %, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə is

03.10.2026 145
.

Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi

Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. BİG.AZ -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək

03.10.2026 166
.

Prezident Vizeri qəbul edib ordenini təqdim etdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizeri qəbul edib. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı Azərbaycanda cüdonun inkişafına, həmçinin Bakıda bu idman növü üzrə dünya çempionatının keçirilməsinə göstərdiyi dəstəy

03.10.2026 166
.

Məşhur rusiyalı bloqerin Türkiyədə faciəli ölümü: Təqsirkara hökm oxundu

Məşhur rusiyalı bloqer Tatyana Ozolinanın ölümündə təqsirli bilinən türkiyəli bayker Onur Obut təxminən üç ilə qədər həbs cəzasına məhkum edilib. -ın xəbərinə görə, bu barədə mərhumun keçmiş əri Stanislav Fedorçenko sosial şəbəkə hesabında məlumat verib. "Məhkəmə onu təqsirli bildi və 2 il 11 a

03.10.2026 125
.

Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - AÇIQLAMA

Azərbaycanlı hərbçi Nəsimi Musayev naməlum şəraitdə Ermənistan ərazisinə keçib. Oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Zəngəzurun Şəki kəndində Azərbaycan əsgəri Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Oktyabrın 2-də Ermənistanın Baş Prokurorluğu naməlum şəraitdə sərhədi keçərə

03.10.2026 199
.

DİN narkotiklə bağlı əməliyyatlar keçirib, saxlanılanlar arasında İran vətəndaşı da var

Bakı və Gəncədə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Bakı və Gəncə şəhərlərində keçirdiyi tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsind

03.10.2026 156
.

3 oktyabr 1993-cü il: Azərbaycanın müasir dönüş nöqtəsi

"3 oktyabr 1993-cü il Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan bir tarixdir. Çünki həmin gün Heydər Əliyev xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Amma bu hadisəni yalnız prezident seçkisi kimi qiymətləndirmək düzgün olmaz. Söhbət Azərbaycanın dövlətçilik tarixini

03.10.2026 314
.