"Kontakt Home" köhnə məhsullar satır - "Şeş-Qoşa" layihəsi ifşa edildi

"Kontakt Home" köhnə məhsullar satır - "Şeş-Qoşa" layihəsi ifşa edildi"Kontakt Home" mağazalar şəbəkəsi yenidən müştəri şikayətləri ilə gündəmə gəlib.

Modern.az xəbər verir ki, alıcılar mağazada satılan bəzi məhsulların öncədən istifadə edildiyini iddia edirlər.

Belə iddialardan biri Aybəniz Ramazanova adlı istifadəçinin sosial şəbəkədə paylaşımında yer alıb. O bildirib ki, "Şeş-Qoşa" kampaniyası çərçivəsində endirimlə aldığı telefonun artıq istifadə edildiyini sonradan aşkar edib.

Onun sözlərinə görə, cihazı aktiv edərkən son avtomatik yaddaş təmizlənməsinin 116 gün əvvəl - 9 dekabr 2025-ci ildə həyata keçirildiyi barədə bildiriş görünüb:

"Sizin etdiyinizin adı nədir? Köhnə, işlənmiş telefonu kiməsə sırımaq nədir? Bu neçənci haldır? "Şeş-Qoşa" kampaniyası da ona görədir ki, köhnə telefonları satanda geri qaytarılma olmasın? Dünən hədiyyə üçün alınmış telefondur. Bu gün aktiv edəndə belə halla üzləşdik".

Şikayətçi bildirib ki, məhsulu geri qaytarıb və mağaza tərəfindən ona bunun "zavod qüsuru" olduğu bildirilib.

Paylaşımın şərh bölməsində digər istifadəçilər də oxşar hallarla üzləşdiklərini yazıblar. Onlar iddia edirlər ki, geri qaytarılan problemli məhsullar yenidən satışa çıxarılır.

Cavid Mirzəliyev adlı istifadəçi yazıb:

"Bu qədər şikayət var, geri qaytarılan mallar var. Belə mallar məhv edilmir. Kimi aldada bilsələr, ona satırlar. Onsuz da Azərbaycanda insanların çoxu haqqını tələb etmir və ya edə bilmir. Onlar da bundan istifadə edirlər".

Xanım Qurbanova isə noyabr ayında aldığı telefonda əvvəl istifadə izlərinin olduğunu bildirib:

"Açılış tarixi avqust göstərirdi, üstəlik çəkilişində də problem var idi. Neçə dəfə apardım, dedilər, belə olur".

Digər bir istifadəçi Cəlil Cəlil televizor alarkən oxşar vəziyyətlə qarşılaşdığını qeyd edib:

"Televizor almışdım. Bolt yerlərinə baxdım, gördüm yeyilib. Baxmasaydım, problemi gizlədəcəkdilər. Sən demə, cihaz təmirdə olub. Sonradan özləri də təsdiqlədilər. Təxminən 3 saat gözlədikdən sonra normal, zavod qablaşdırmasında olan televizor gətirdilər".

Aysel Yusup adlı istifadəçi isə belə yazır:

"Oradan alış-veriş etmək peşmanlıqdır. Telefon almışdım, zavod qüsuru var idi, enerji yığmırdı. Dedilər ki, guya düzgün qoşmuram. Sanki ilk dəfə telefon görürəm. Güclə qaytara bildim".

Nigar Şirin adlı izləyici də oxşar problemlə üzləşdiyini qeyd edib:

"Mart ayında münasib qiymətə telefon almışdım. Amma cihaz tez-tez donurdu. Əlaqə saxladım, dedilər ki, Wi-Fi aktiv edilibsə, qaytarılmır. Sonradan başa düşdüm ki, bu, onlar üçün normal hal sayılır".

Məsələ ilə bağlı "Kontakt Home" mağazalar şəbəkəsinin mövqeyini dərc etməyə hazırıq.

Maraqlıdır ki, "Kontakt Home" mağazalar şəbəkəsi ilə bağlı oxşar şikayətlər son dövrlər demək olar ki, hər gün mətbuatda və sosial şəbəkələrdə yer alır.

Buna baxmayaraq, şirkətin bu iddialara münasibəti və ya ictimaiyyətə açıq izahları müşahidə olunmur.

Bu isə suallar yaradır:

"Kontakt Home" niyə bu qədər geniş yayılmış narazılıqlara reaksiya vermir?
İstehlakçıların iradları niyə aradan qaldırılmır?
Şirkət ictimai rəyə və tənqidlərə qarşı məsuliyyət hiss edirmi?

Müştəri məmnuniyyətinin əsas göstərici sayıldığı bir dövrdə bu cür şikayətlərin davamlı xarakter alması və cavabsız qalması ciddi narahatlıq doğurur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1359   Tarix: 06 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

3 oktyabr Azərbaycanın gələcək yolunu müəyyənləşdirən tarixi gündür

"3 oktyabr Azərbaycan xalqının və müstəqil dövlətçiliyimizin tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. 1993-cü il oktyabrın 3-də keçirilmiş ümumxalq səsverməsi nəticəsində Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin taleyində mühüm dönüş nöqtəs

03.10.2026 206
.

Sorğu: Böyük Britaniya əhalisinin yarısı Aİ-yə qayıtmaq istəyir

Böyük Britaniyada seçicilərin demək olar ki, yarısı Leyboristlər partiyasının lideri Endi Börnhemin növbəti ümumi seçkilərdən sonra ölkənin Avropa İttifaqına mümkün qayıdışı ilə bağlı mövqeyini dəstəkləyir. "Report" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, bunu "Messin

03.10.2026 130
.

Azərbaycan banklarının xalis xarici aktivləri 20 %-dən çox artıb

Bu ilin sentyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 32 milyard 462,2 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i müqayisədə 1,4 %, ilin əvvəlinə nisbətən 25,6 %, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə is

03.10.2026 145
.

Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi

Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. BİG.AZ -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək

03.10.2026 166
.

Prezident Vizeri qəbul edib ordenini təqdim etdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizeri qəbul edib. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı Azərbaycanda cüdonun inkişafına, həmçinin Bakıda bu idman növü üzrə dünya çempionatının keçirilməsinə göstərdiyi dəstəy

03.10.2026 166
.

Məşhur rusiyalı bloqerin Türkiyədə faciəli ölümü: Təqsirkara hökm oxundu

Məşhur rusiyalı bloqer Tatyana Ozolinanın ölümündə təqsirli bilinən türkiyəli bayker Onur Obut təxminən üç ilə qədər həbs cəzasına məhkum edilib. -ın xəbərinə görə, bu barədə mərhumun keçmiş əri Stanislav Fedorçenko sosial şəbəkə hesabında məlumat verib. "Məhkəmə onu təqsirli bildi və 2 il 11 a

03.10.2026 125
.

Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - AÇIQLAMA

Azərbaycanlı hərbçi Nəsimi Musayev naməlum şəraitdə Ermənistan ərazisinə keçib. Oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Zəngəzurun Şəki kəndində Azərbaycan əsgəri Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Oktyabrın 2-də Ermənistanın Baş Prokurorluğu naməlum şəraitdə sərhədi keçərə

03.10.2026 199
.

DİN narkotiklə bağlı əməliyyatlar keçirib, saxlanılanlar arasında İran vətəndaşı da var

Bakı və Gəncədə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Bakı və Gəncə şəhərlərində keçirdiyi tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsind

03.10.2026 156
.

3 oktyabr 1993-cü il: Azərbaycanın müasir dönüş nöqtəsi

"3 oktyabr 1993-cü il Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan bir tarixdir. Çünki həmin gün Heydər Əliyev xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Amma bu hadisəni yalnız prezident seçkisi kimi qiymətləndirmək düzgün olmaz. Söhbət Azərbaycanın dövlətçilik tarixini

03.10.2026 314
.