"Crocus" terrorçularından biri öldü - Yenilənib
Rusiyada "Crocus City Hall" konsert zalında törədilmiş terror aktının iştirakçılarından biri olan Yakubjon Davlatxon Yusufzoda intihara cəhd edib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə REN TV öz teleqram kanalında məlumat yayıb.
"Matrosskaya tişina" istintaq təcridxanasında intihara cəhd edən 37 yaşlı məhkumun xəstəxanaya yerləşdirildiyi bildirilir.
Qeyd edək ki, Davlatxon konsert zalına hücum işi üzrə barəsində məhkəmə qərarı çıxarılmış 19 nəfərdən biridir. Məhkəmənin hökmü ilə ona cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilib. Hadisədən bir neçə gün əvvəl o, terror aktını icra edənlərin mənzil haqqını ödəmək üçün pul köçürüb, vəsaitin bir hissəsini isə artıq terror aktından sonra göndərib.
Xatırladaq ki, Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"da 2024-cü il martın 22-də törədilən terror aktı nəticəsində 149 nəfər həlak olub, 600 nəfərdən çox şəxs isə müxtəlif dərəcəli xəsarətlər alıb. Konsertdən əvvəl dörd silahlı şəxs zala basqın edərək atəş açıb, binanı yandırıb, sonra isə hadisə yerindən qaçıb. Hadisə zamanı konsert zalına dəyən maddi zərərin miqdarı təxminən 6 milyard rubl (təxminən 110 milyon AZN) dəyərində qiymətləndirilir.
***
Məlumata görə, o, tibb müəssisəsində dünyasını dəyişib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1032 Tarix: 06 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYaponiyada güclü zəlzələ oldu
Yaponiyanın cənub-qərbindəki Kume və Miyako adaları yaxınlığında 6,1 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb. Tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami xəbərdarlığı elan olunmayıb
03.07.2026 155 Birlikdə kirayədə qaldığı yoldaşını qətlə yetirən şəxs HAKIM QARŞISINDA
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə Bakıda kirayədə birlikdə yaşadığı Zəfər Məmmədovu 23 bıçaq zərbəsi ilə qətlə yetirməkdə təqsirləndirilən Hüseyn Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxsi
03.07.2026 186 Məşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar (SİYAHI)
Onlar bir vaxtlar mahnıları, televiziya çıxışları, gözəllik titulları və ya sosial şəbəkələrdəki paylaşımları ilə tanınırdılar. Ancaq sonradan adları tam fərqli yöndə hallandı. Kimisi dələduzluq, kimisi ölümlə nəticələnən qəza, insan alveri, kimisi isə digər cinayət işləri ilə bağlı həbs olundu. Bəzilər
03.07.2026 463 Şəkidə 5 nəfəri it dişlədi
Şəkidə biri azyaşlı olmaqla 5 nəfəri küçə iti dişləyib. BİG.AZ-ın "Report"a istinadən məlumatına görə, hadisə ötən gün axşam saatlarında Şəkinin Dodu məhəlləsi adlanan ərazisində baş verib. Belə ki, küçə iti 38 yaşlı Taleh Yusifov, 56 yaşlı Mehman Cabbarov, 36 yaşlı Xəyalə Mirzəyeva, 30 yaşl
03.07.2026 229 Abbas Bağırovdan restorana etiraz: Müştəriyə hörmətsizlik edirlər
Əməkdar artist Abbas Bağırov Hacıkənddə fəaliyyət göstərən restorandakı xidmətdən narazılığını ifadə edib. "Yeni Sabah" xəbər verir ki, o, sosial şəbəkə hesabında "Roofs" restoranı ilə bağlı paylaşım edib. Müğənni məkanda xidmət səviyyəsinin onu qane etmədiyini bildirib. O, sifarişləri
03.07.2026 207 Rusiyada benzin böhranı dərinləşir: Novorossiyskdə yanacaq yoxdur
Rusiyanın Novorossiysk şəhərində yanacaq qıtlığı yaranıb. xarici mətbuata istinadən xəbər veirr ki, şəhər administrasiyasının yaydığı məlumata görə, yanacaqdoldurma məntəqələrində benzin tamamilə tükənib, dizel yanacağı isə yalnız 8 məntəqədə məhdud həcmdə mövcuddur. Bildirilib ki, hazırda yanacaq yalnı
03.07.2026 171 Fransa, Belçika və Niderlandda isti hava səbəbindən ən azı 3700 ölüm hadisəsi qeydə alınıb
Fransa, Niderland və Belçika iyun ayında Avropada temperaturun kəskin şəkildə yüksəlməsinə səbəb olan isti hava dalğası zamanı 3700 ölüm hadisəsi qeydə alıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, hakimiyyət orqanları bu rəqəmlərin ilkin olduğunu və arta biləcəyi barədə xəbərdarlıq edib. Mütəxəssislər
03.07.2026 207 Ronaldo Dünya çempionatı pley-off mərhələsinin ən yaşlı qol vuran oyunçusudur
Portuqaliya və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasının hücumçusu Kriştiano Ronaldo Dünya çempionatı pley-off tarixində ən yaşlı qol vuran oyunçu olub. -ın məlumatına görə, 1/16 final mərhələsində Portuqaliya Xorvatiyanı 2:1 hesabı ilə məğlub edib. Ronaldo 68-ci dəqiqədə penaltini dəqi
03.07.2026 196 Dənizdə 2 nəfər batdı - Biri xilas edildi, digərinin meyiti tapıldı
Sumqayıt şəhəri, Corat qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 900 metr aralı, dənizdə nəzarətsiz ərazidə 2 nəfər batıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlə
03.07.2026 296