Atəşkəsə baxmayaraq qlobal böhran təhlükəsi qalır - İQTİSADÇIDAN AÇIQLAMA

Atəşkəsə baxmayaraq qlobal böhran təhlükəsi qalır - İQTİSADÇIDAN AÇIQLAMAABŞ-İran arasında əldə olunan müvəqqəti atəşkəs qlobal bazarlarda ilk baxışdan rahatlama effekti yaradıb. Xüsusilə enerji bazarında kəskin reaksiya müşahidə olunub - "Brent" markalı neftin qiyməti bir neçə saat ərzində təxminən 13% ucuzlaşaraq 95 dollar ətrafına enib. Bununla belə, aparıcı beynəlxalq nəşrlər, o cümlədən Financial Times və The Wall Street Journal xəbərdarlıq edir ki, bu ucuzlaşma qlobal iqtisadi risklərin aradan qalxması demək deyil. Əksinə, ekspertlərin fikrincə, atəşkəs yalnız müvəqqəti fasilədir və enerji bazarındakı qeyri-sabitlik, inflyasiya təzyiqləri və geosiyasi risklər hələ də qalmaqdadır.

Analitiklər qeyd edir ki, Hörmüz boğazı kimi strateji marşrutların təhlükəsizliyi tam bərpa olunmayıb və bu, dünya üzrə neft təchizatına təsir edən əsas amil olaraq qalır. Hətta qiymətlər 90-95 dollar səviyyəsinə düşsə də, bu göstərici müharibədən əvvəlki dövrlə müqayisədə hələ də yüksəkdir və qlobal iqtisadiyyat üçün əlavə inflyasiya yükü yaradır. Məhz bu səbəbdən beynəlxalq maliyyə dairələri hesab edir ki, hazırkı "sakitlik" bazarlarda yalnız qısa müddətli optimizm yaradıb və istənilən anda yenidən gərginlik fonunda həm neft qiymətlərində, həm də qlobal iqtisadi göstəricilərdə kəskin dalğalanmalar baş verə bilər.
Atəşkəsə baxmayaraq qlobal böhran təhlükəsi qalır - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, atəşkəs razılaşmasından sonra neftin qiymətinin kəskin düşməsi bazarın risklərin azaldığını düşünməsi ilə bağlıdır. Amma bu daha çox qısamüddətli reaksiyadır, çünki vəziyyət hələ tam sabit deyil. Hörmüz boğazı tam və təhlükəsiz şəkildə əvvəlki kimi işləmədiyi üçün bazarda narahatlıq qalır və bu da qiymətlərin yenidən qalxmasına səbəb ola bilər.
Onun sözlərinə görə, hazırda neft bazarı çox həssasdır: "Kiçik bir gərginlik xəbəri qiyməti yenidən yüksəldə, müsbət xəbərlər isə aşağı sala bilər. Ona görə də yaxın dövrdə qiymətlərin sabit qalmasından çox, dalğalanması daha real görünür. Əgər vəziyyət tam sakitləşməzsə, neftin qiyməti yenidən arta bilər, amma risklər azalsa, müəyyən qədər aşağı səviyyədə sabitləşə bilər.

Qlobal böhran riskinin tam aradan qalxması üçün sadəcə atəşkəs kifayət deyil. Bölgədə uzunmüddətli siyasi razılaşma olmalı, Hörmüz boğazında daşınma tam təhlükəsiz və fasiləsiz bərpa edilməli, enerji infrastrukturu normal işləməlidir. Eyni zamanda böyük dövlətlər arasında gərginliyin azalması vacibdir. Bu şərtlər yerinə yetirilmədiyi müddətdə bazarda qeyri-müəyyənlik - böhran gözləntisi qalacaq".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 760   Tarix: 09 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf istiqamətlərini müəyyən edib

"Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı ölkənin keçdiyi tarixi mərhələyə, mövcud geosiyasi reallıqlara və qarşıdakı dövrün strateji prioritetlərinə kompleks baxışın ifadəsi kimi diqqəti cəl

12:56 176
.

Azərbaycanda həyat sığortası üzrə ödənişlər 33 %-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 639,427 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,7 % çoxdur. Hesabat dövründə həyat sığortası növlər

16:10 128
.

Azərbaycanda könüllü sığorta bazarı 13 % böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 901,903 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzr

22:00 53
.

DİN narkotiklə bağlı əməliyyatlar keçirib, saxlanılanlar arasında İran vətəndaşı da var

Bakı və Gəncədə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Bakı və Gəncə şəhərlərində keçirdiyi tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsind

19:50 135
.

"Kurtlar Vadisi"nin ssenaristi, keçmiş polis rəisinin ifadəsi ortaya çıxdı

Türkiyənin Silivri Respublika Baş Prokurorluğu tərəfindən Kaşif Kozinoğlunun şübhəli ölümü ilə bağlı başladılan istintaq çərçivəsində yeni faktlar ortaya çıxıb. bu barədə "Haber Global" istinadə xəbər verir. Belə ki, istintaq çərçivəsində keçmiş polis rəisi və ssenarist, istintaq çərçivəsind

19:40 144
.

YAP Azərbaycanın siyasi tarixində özünəməxsus yer tutur

Ötən əsrin sonlarında birpartiyalı sistemdən ayrılan müstəqil Azərbaycanda yeni siyasi təşkilatlar təsis olunmuşdu. Amma populizm yolunu tutan partiyalar ayrı-ayrı şəxslərin siyasi maraqlarından doğmuş, onların ətrafında formalaşmışdı. Bu qurumların yaranmasında şəxsi siyasi ambisiyalar əsas yer tuturd

14:26 160
.

Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var

Rusiya paytaxtı Moskvanın mərkəzində restoranın müştərisi qarnından bıçaqlanıb. Bu barədə -ya istinadən xəbər verir. Məlumata görə, hadisə oktyabrın 1-də axşam "Lubyanka" metrostansiyasının yaxınlığındakı Nikolskaya küçəsində yerləşən restoranda baş verib. Mənbələrin bildirdiyinə görə, ik

21:00 126
.

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Azərbaycanda oktyabrın 2-də cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub

21:30 98
.

Azərbaycanda 3 gün ardıcıl İŞ OLMAYACAQ: TARİXLƏR AÇIQLANDI

Bu ilin geridə qalan iş günlərini təqdim edirik. xəbər verir ki, qarşıdakı aylarda qeyri-iş günlərinin sayı iş həftəsinin formasından asılı olaraq dəyişəcək. Belə ki, oktyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün 9, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 4 istirahət günü olacaq. Noyab

14:57 424
.