Görünməyən idxalçılar və saxta məhsullar: təhlükə böyüyür - EYYUB HÜSEYNOVDAN AÇIQLAMA

Görünməyən idxalçılar və saxta məhsullar: təhlükə böyüyür - EYYUB HÜSEYNOVDAN AÇIQLAMASon dövrlərdə Azərbaycanda məişət və şəxsi qulluq məhsulları bazarında diqqətçəkən bir tendensiya müşahidə olunur. Dünyaca məşhur şirkətlər - Procter & Gamble, Henkel, Unilever, Johnson & Johnson və Reckitt Benckiser - tərəfindən istehsal olunan məhsulların bazarda geniş yayılmasına baxmayaraq, onların idxalı ilə bağlı suallar artır. Müşahidələr göstərir ki, rəsmi distribyutorlarla yanaşı, mənşəyi tam aydın olmayan idxal kanalları vasitəsilə də bu məhsullar ölkəyə daxil olur.

Eyni zamanda, bazarda bu brendlərə məxsus saxta və ya keyfiyyət baxımından şübhəli məhsulların artması istehlakçılar üçün ciddi risklər yaradır. Bu vəziyyət həm məhsulun keyfiyyətinə inamı sarsıdır, həm də bazarda rəqabət mühitinə mənfi təsir göstərir. Belə bir şəraitdə əsas sual ortaya çıxır: məşhur brendlərin məhsulları ölkəyə kimlər tərəfindən və hansı yollarla gətirilir və niyə saxta məhsulların qarşısını almaq hələ də mümkün olmur?
Görünməyən idxalçılar və saxta məhsullar: təhlükə böyüyür - EYYUB HÜSEYNOVDAN AÇIQLAMAMövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov BiG.AZ-a açıqlamasında bildirdi ki, Azərbaycan bazarının bir çox seqmentləri o cümlədən təmizlik məhsulları seqmenti, parfumeriya məhsulları seqmenti həddindən artıq çirklənmiş və istehlakçını aldadan mallarla dolu olan bir seqmentlərdir. Çox təssüflər olsun ki, biznes qurumları Azərbaycan bazarı kiçik bazar olduğu üçün üç muşketyor qanunu ilə işləyirlər - birimiz hamımız üçün, hamımız birimiz üçün və ortada istehlakçı aldadılır. Sanki bir-birilərinə maneçilik etmək istəmirlər və burda bir qorxu hissidə var. Onun sözlərinə görə, çünki üzərində Azərbaycan dilində məlumat olmayan və brendləri saxtalaşdıran məhsulları gətirən insanların arxasında yüksək dərəcəli dövlət məmurları dayanır: "Məsələn, biz dəfələrlə parfumeriya bazarını araşdırdıq və illər öncə məlum oldu ki, parfumeriya bazarını zibilləyən vaxtı ilə gömrükdə işləmiş bir nəfərdir və o bu işləri görür. Təsadüfi deyilki 3 ay əvvəl bir neçə şəxs həbs olundu və brend siqaretləri Azərbaycana gətirən insanlar dövlət məmurları idi. Dövlət məmurlarının qorxusundan brend məshulların nümayəndəlikləridə səslərini çıxartmırlar. Lakin onları çağırıram ki, cəsarətli olsunlar. Vəziyyəti dəyişmək olar və burda da medianın müstəsna rolu ola bilər. Həmin adamları ifşa etmək olar. Lakin onlar qorxurlar, yəni qorxurlarki öz brend mallarınada problem yaranar. Ona görədə səslərini çıxartmırlar. Təsadüfi deyilki Azad İstehlakçılar Birliyi 4 ay əvvəl saxta Hyundai avtomobil hissələrini ifşa etmək üçün məsələ qaldırdı və dövlət orqanlarıda çox ciddi dəstək verdilər bu məsələdə. Lakin digər avtomobil hissələrinində saxtaları var və həmin avtomobil istehsalçılarının nümayəndəlikləri səslərini çıxartmırlar. Mütləq yaxşı mübarizə aparıb nəticə əldə etmək olar. Bu brend mallar adı altında satılan saxta malların satış mənbəyi Sədərək Ticarət Mərkəzidir. Orda bütün bu məsələlər geniş yayılıb, o cümlədən yuyucu vasitələrin saxtaları geniş yayılıb. Azərbaycanda da yuyucu məhsullar istehsal edən müəssisələr var. Təssüfki onlarda sakit durublar.

Düşünürəm ki, yuyucu məhsullar istehsal edən müəssisələrin Azərbaycandakı rəsmi nümayəndəlikləri cəsarətli olmalıdırlar. Bilməlidirlər ki, dövlətin qanunları onların tərəfindədir və burda əsas məsələlərdən biri həmin brendlərin Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirilməsi məsələsidir. Mütləq onlar Əqli Mülkiyyət Agentliyində mallarını qeydiyyatdan keçirməlidirlər. Bundan sonra isə effektiv mübarizə aparmaq işi dahada rahat olur. Bəzəndə təcrübə göstərir ki, elə bu nümayəndəliklərin özləri maraqlı olur saxta məhsulların satılmasında. Bəzi hallarda şərik olurlar bu cür işlərlə. Üzərində Azərbaycan dilində informasiyası olmayan yuyucu məhsullar birmənalı şəkildə qaçaqmal yolu ilə gətirilir. Birinci göstəricilərdən biridə elə budur və bu kimi şübhəli məhsullara rast gələn istehlakçılar 012-599-76-00 telefonu ilə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə məlumat vermələrini tövsiyyə edirəm.

Birdə çağırış edirəm brend məhsulların Azərbaycanda olan nümayəndəlikləri cəsarətli olsunlar, qorxmasınlar. Dövlətin qanunları onların tərəfindədir. Mal nişanlarını Əqli Mülkiyyət Agentliyində qeydiyyata aldırsınlar və mübarizə aparsınlar. Beləliklə bazarı təmizləmək olar. Bazarın belə xaos içərisində olmasınında ciddi məsələlərdən biri qanunvericilikdəki boşluqlardır. Ölkədə istehlakçı siyasəti bərbad vəziyyətdədir. İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında qanun 1995-ci ildə qəbul olunub. Bundan sonra qanunda edilən dəyişikliklərin hamısı istehlakçıların zərərinə olub. Baxmayaraq ki, istehlakçı hüquqlarını qoruyan dövlət təşkilatı artıq prezidentə tabe olan bir quruma çevrilib. Lakin onlarda qanunun dəyişməsi üçün heç bir təşəbbüs göstərmirlər.

Hansı ölkədə istehlakçı hərəkatı, istehlakçı qanunları öndədir orda bazar daha çox inkişaf etmiş olur. Liberal bazarın əsas devizi "İstehlakçı haqlıdır" devizidir. Qeyri-liberal bazarın devizi isə "Biznes qurumları haqlıdır" devizidir. Biz görürük ki, dövlətin bir tərəfli siyasəti yalnız biznesin inkişafı, istehlakçı hüquqlarının arxa planda qalması gətirib bazarı bu cür anormal hala salıb. Təsadüfi deyil ki, 5 gün əvvəl Özbəkistanda "İstehlakçı evi" deyilen beşmərtəbəli bir bina təhvil verildi qeyri-hökümət təşkilatlarına. İstehlakçı hüquqlarının müxtəlif sahələri üzrə eskpertlər oturub, istehlakçılara kömək edəcəklər. Azərbaycanda isə ümumiyyətlə belə bir şeydən əsər-əlamət yoxdur".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1134   Tarix: 09 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

TOP MP3