67 yaşlı kişi pensiyasından narazıdır - Səhv hesablanıbmış

67 yaşlı kişi pensiyasından narazıdır - Səhv hesablanıbmışBakı şəhər sakini, 67 yaşlı Eynulla Bəbirovun güzəştli şərtlərlə yaşa görə aldığı əmək pensiyası dayandırılıb.

Bu barədə "Qafqazinfo"ya onun qohumu Azad Məmmədov məlumat verib.

O bildirib ki, Eynulla Bəbirov zərərli iş şəraitində işlədiyinə görə 2016-cı ildən, yəni 57 yaşı olarkən pensiyaya çıxıb: "2020-ci ilin noyabr ayınadək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alıb. Lakin 2020-ci ilin noyabr ayında onun pensiya ödənişi dayandırılıb. Həmin vaxt o, 1445 manat pensiya alırdı. Dedilər ki, "bu yaşda sənə pensiya düşmür". 2025-in may ayında 65 yaşı tamam oldu. Bundan sonra o yaşa görə pensiya almağa başladı və bu, 1175 manatdır. Bundan da 172 manat geri tutulma var.

Məhkəməyə müraciət edib və bütün məhkəmə instansiyaları tərəfindən onun xeyrinə qərarlar qəbul edilib. Son olaraq Ali Məhkəmə tərəfindən 11.09.2024-cü il tarixində çıxarılmış qərarla iddia təmin edilib. Buna baxmayaraq, Ali Məhkəmənin qeyd olunan qərarının icrası indiyədək təmin olunmayıb və pensiya ödənişlərinin bərpası həyata keçirilməyib. İndi özü də xəstədir. Bu məsələlərdən sonra sinir xəstəliyi tapdı".

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: "ƏƏSMN tərəfindən aparılan araşdırma zamanı Eynulla Cəlal oğlu Bəbirova qanunvericiliyə zidd olaraq 50 yaşının tamalandığı 25.05.2009-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi aşkarlanaraq pensiya ödənişi 01.11.2020-ci il tarixindən dayandırılıb.

⁠Həmçinin ona əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri ehtimalı olduğu nəzərə alınaraq məsələyə hüquqi qiymət verilməsi üçün materiallar Baş Prokurorluğa göndərilib.

Daha sonra E.Bəbirovun 50 yaşının deyil, 57 yaşının tamamlandığı 25.05.2016-cı il tarixindən hesablanmaqla qanunauyğun qaydada güzəştli şərtərlə pensiya hüququnun olduğu müəyyən edilib. Bununla əlaqədar olaraq, onun pensiya ödənişi 2024-cü ilin fevral ayında bərpa olunub.

Aparılmış yenidən hesablamalar nəzərə alınmaqla, hazırda E.Bəbirovun əmək pensiyası 1295,34 manat, qalıq artıq ödəməsi 85.662,11 manat təşkil edir.

Qanunvericiliyə zidd hallar üzrə aparılan araşdırmalar yekunlaşdırıldıqdan sonra E.Bəbirovun müraciətində qeyd etdiyi məhkəmə qərarı nəzərə alınmaqla, pensiyasının yenidən hesablanması məsələsinə baxılacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 967   Tarix: 10 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Moldovanın hava məkanı PUA-larla pozulub

Moldovanın milli hava məkanının monitorinq sistemi 5 dronun uçuşunu qeydə alıb. "Report" xəbər verir ki, bu barədə "Newsmaker" ölkənin Müdafiə Nazirliyinin məlumatına istinadən yazıb. Dronlar Aneniy-Noy, Ştefan-Vode, Hinçesti, Tudora və Kauşanı yaşayış məntəqələrinin yaxınlığınd

18:00 133
.

YAP Azərbaycanın siyasi tarixində özünəməxsus yer tutur

Ötən əsrin sonlarında birpartiyalı sistemdən ayrılan müstəqil Azərbaycanda yeni siyasi təşkilatlar təsis olunmuşdu. Amma populizm yolunu tutan partiyalar ayrı-ayrı şəxslərin siyasi maraqlarından doğmuş, onların ətrafında formalaşmışdı. Bu qurumların yaranmasında şəxsi siyasi ambisiyalar əsas yer tuturd

14:26 159
.

Azərbaycanda 3 gün ardıcıl İŞ OLMAYACAQ: TARİXLƏR AÇIQLANDI

Bu ilin geridə qalan iş günlərini təqdim edirik. xəbər verir ki, qarşıdakı aylarda qeyri-iş günlərinin sayı iş həftəsinin formasından asılı olaraq dəyişəcək. Belə ki, oktyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün 9, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 4 istirahət günü olacaq. Noyab

14:57 416
.

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

"Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı gələn il minimum əməkhaqqının artırılacağını və bununla bağlı göstərişin verildiyini bildirib. Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələr

17:53 184
.

Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var

Rusiya paytaxtı Moskvanın mərkəzində restoranın müştərisi qarnından bıçaqlanıb. Bu barədə -ya istinadən xəbər verir. Məlumata görə, hadisə oktyabrın 1-də axşam "Lubyanka" metrostansiyasının yaxınlığındakı Nikolskaya küçəsində yerləşən restoranda baş verib. Mənbələrin bildirdiyinə görə, ik

21:00 103
.

"Kurtlar Vadisi"nin ssenaristi, keçmiş polis rəisinin ifadəsi ortaya çıxdı

Türkiyənin Silivri Respublika Baş Prokurorluğu tərəfindən Kaşif Kozinoğlunun şübhəli ölümü ilə bağlı başladılan istintaq çərçivəsində yeni faktlar ortaya çıxıb. bu barədə "Haber Global" istinadə xəbər verir. Belə ki, istintaq çərçivəsində keçmiş polis rəisi və ssenarist, istintaq çərçivəsind

19:40 133
.

Yaponiya adasında 8 nəfər dayvinq zamanı itkin düşüb

Tokionun Xatidzyo adası sahillərində dayvinqlə məşğul olan 8 nəfər itkin düşüb. "Report" xəbər verir ki, bu barədə Yaponiya mediası Sahil mühafizəsinə istinadən məlumat yayıb. "Dayvinqlə məşğul olan 8 nəfər səhər saat 11 radələrində suya dalmağa başlayıb, onların saat 18:00 radələrind

19:00 138
.

Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu

Ucar rayon sakini toya pul yazdırmaq üçün qonşusunun evini qarət edib. -ın məlumatına görə, hadisə rayonun Şilyan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Cəbi Qarayevi (adı və soyadı şərtidir) qonşusu Əfqan qızının toyuna çağırıb. O, həyat yoldaşı ilə birlikdə toya getmək istəsə də, pul

20:45 110
.

Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz

Yağışlı havalarda yollarda yaranan gölməçələr piyadalar üçün ciddi narahatlıq yaradır. Bəs avtomobil gölməçədən keçərkən su və ya palçıq piyadanın üzərinə sıçrayarsa, sürücü buna görə məsuliyyət daşıyırmı?. xatırladır ki, sözügedən hərəkət sürücülərdə hüquqi məsuliyyət yaradır. Belə ki, İnzibati Xətala

21:15 76
.