Tramp: ABŞ və İran razılığa gəlib - Hörmüz boğazı açıq qalacaq

Tramp: ABŞ və İran razılığa gəlib - Hörmüz boğazı açıq qalacaqABŞ Prezidenti Donald Tramp Truth Social hesabında paylaşım edərək bildirib ki, Vaşinqton Tehranla nüvə proqramı və Hörmüz boğazının açıq saxlanılması ilə bağlı məsələlərdə razılığa gəlib. Onun sözlərinə görə, razılaşmaya əsasən İran nüvə silahı əldə etməyəcək, boğaz isə açıq və təhlükəsiz qalacaq.

Tramp qeyd edib ki, bu məsələlər əvvəlcədən razılaşdırılıb. Ağ Ev rəhbəri əlavə edib ki, ABŞ qüvvələri hazırda resurslarını bərpa edir və növbəti mərhələni gözləyir.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Trampın xüsusilə Hörmüz boğazı ilə bağlı açıqlamaları diqqət çəkir. Belə ki, atəşkəs dövründə boğazdan keçən gəmilərin İrandan icazə alacağına dair iddialar səslənir. Məlumata görə, Tehran "tranzit haqqı" tətbiq etmək üçün mexanizm üzərində işləyir. Hətta bu imtiyazın Oman Sultanlığına da şamil oluna biləcəyi bildirilir:

"Lakin bu iddialar beynəlxalq hüquq baxımından ciddi suallar doğurur. Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş Dəniz Hüququ Konvensiyasına (UNCLOS) əsasən, beynəlxalq gəmiçilik üçün istifadə olunan boğazlarda sahilyanı dövlətlərin suverenliyi məhdud xarakter daşıyır və bu məhdudiyyət "tranzit keçid" prinsipi ilə tənzimlənir.

Hörmüz boğazı coğrafi və funksional baxımdan klassik beynəlxalq boğaz sayılır. Bu isə onu avtomatik olaraq Konvensiyanın tranzit keçid rejiminə tabe edir. Beləliklə, İran kimi sahilyanı dövlət nə keçidi dayandıra, nə icazə rejimi tətbiq edə, nə də birtərəfli qaydada "tranzit haqqı" kimi fiskal mexanizmlər tətbiq edə bilər.

Mövzunu daha aydın anlamaq üçün "tranzit keçid" və "zərərsiz keçid" anlayışlarını fərqləndirmək vacibdir. "Zərərsiz keçid" rejimi müəyyən hallarda sahilyanı dövlətə məhdudiyyətlər tətbiq etmək imkanı versə də, tranzit keçid bu cür məhdudiyyətləri qəbul etmir. Hörmüz kimi boğazlarda məhz tranzit keçid rejimi qüvvədədir. Bu baxımdan, İranın gəmilərdən əvvəlcədən icazə tələb etməsi və ya keçidi milli qanunvericiliklə şərtləndirməsi beynəlxalq hüququn pozulması kimi qiymətləndirilə bilər.

Düzdür, İran boğazın bir hissəsi üzərində suverenliyə malikdir. Lakin bu suverenlik beynəlxalq naviqasiya azadlığı ilə məhdudlaşdırılır və "yüklənmiş suverenlik" prinsipi ilə izah olunur.

Bəzən Hörmüz boğazı Suveyş kanalı və Panama kanalı ilə müqayisə edilir. Halbuki bu kanallar süni infrastrukturdur və onların istismarı üzərində dövlətlərin daha geniş iqtisadi səlahiyyətləri var. Hörmüz isə təbii boğazdır və burada tətbiq olunan hüquqi rejim beynəlxalq keçid azadlığına əsaslanır.

Əgər Hörmüzdə tranzit ödənişi və ya icazə rejimi legitimləşdirilərsə, bu, digər strateji boğazlar üçün də presedent yarada bilər. Məsələn, İspaniya və Mərakeş Cəbəlütariq boğazında, eləcə də Cibuti, Yəmən və Eritreya Babül-Məndəb boğazında oxşar tələblər irəli sürə bilər. Bu isə qlobal dəniz ticarəti və enerji bazarları üçün ciddi risklər yarada, beynəlxalq nəqliyyat sistemində "domino effekti"nə səbəb ola bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 845   Tarix: 10 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Moldovanın hava məkanı PUA-larla pozulub

Moldovanın milli hava məkanının monitorinq sistemi 5 dronun uçuşunu qeydə alıb. "Report" xəbər verir ki, bu barədə "Newsmaker" ölkənin Müdafiə Nazirliyinin məlumatına istinadən yazıb. Dronlar Aneniy-Noy, Ştefan-Vode, Hinçesti, Tudora və Kauşanı yaşayış məntəqələrinin yaxınlığınd

18:00 133
.

YAP Azərbaycanın siyasi tarixində özünəməxsus yer tutur

Ötən əsrin sonlarında birpartiyalı sistemdən ayrılan müstəqil Azərbaycanda yeni siyasi təşkilatlar təsis olunmuşdu. Amma populizm yolunu tutan partiyalar ayrı-ayrı şəxslərin siyasi maraqlarından doğmuş, onların ətrafında formalaşmışdı. Bu qurumların yaranmasında şəxsi siyasi ambisiyalar əsas yer tuturd

14:26 159
.

Azərbaycanda 3 gün ardıcıl İŞ OLMAYACAQ: TARİXLƏR AÇIQLANDI

Bu ilin geridə qalan iş günlərini təqdim edirik. xəbər verir ki, qarşıdakı aylarda qeyri-iş günlərinin sayı iş həftəsinin formasından asılı olaraq dəyişəcək. Belə ki, oktyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün 9, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 4 istirahət günü olacaq. Noyab

14:57 416
.

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

"Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı gələn il minimum əməkhaqqının artırılacağını və bununla bağlı göstərişin verildiyini bildirib. Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələr

17:53 184
.

Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var

Rusiya paytaxtı Moskvanın mərkəzində restoranın müştərisi qarnından bıçaqlanıb. Bu barədə -ya istinadən xəbər verir. Məlumata görə, hadisə oktyabrın 1-də axşam "Lubyanka" metrostansiyasının yaxınlığındakı Nikolskaya küçəsində yerləşən restoranda baş verib. Mənbələrin bildirdiyinə görə, ik

21:00 103
.

"Kurtlar Vadisi"nin ssenaristi, keçmiş polis rəisinin ifadəsi ortaya çıxdı

Türkiyənin Silivri Respublika Baş Prokurorluğu tərəfindən Kaşif Kozinoğlunun şübhəli ölümü ilə bağlı başladılan istintaq çərçivəsində yeni faktlar ortaya çıxıb. bu barədə "Haber Global" istinadə xəbər verir. Belə ki, istintaq çərçivəsində keçmiş polis rəisi və ssenarist, istintaq çərçivəsind

19:40 133
.

Yaponiya adasında 8 nəfər dayvinq zamanı itkin düşüb

Tokionun Xatidzyo adası sahillərində dayvinqlə məşğul olan 8 nəfər itkin düşüb. "Report" xəbər verir ki, bu barədə Yaponiya mediası Sahil mühafizəsinə istinadən məlumat yayıb. "Dayvinqlə məşğul olan 8 nəfər səhər saat 11 radələrində suya dalmağa başlayıb, onların saat 18:00 radələrind

19:00 138
.

Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu

Ucar rayon sakini toya pul yazdırmaq üçün qonşusunun evini qarət edib. -ın məlumatına görə, hadisə rayonun Şilyan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Cəbi Qarayevi (adı və soyadı şərtidir) qonşusu Əfqan qızının toyuna çağırıb. O, həyat yoldaşı ilə birlikdə toya getmək istəsə də, pul

20:45 110
.

Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz

Yağışlı havalarda yollarda yaranan gölməçələr piyadalar üçün ciddi narahatlıq yaradır. Bəs avtomobil gölməçədən keçərkən su və ya palçıq piyadanın üzərinə sıçrayarsa, sürücü buna görə məsuliyyət daşıyırmı?. xatırladır ki, sözügedən hərəkət sürücülərdə hüquqi məsuliyyət yaradır. Belə ki, İnzibati Xətala

21:15 76
.