Mənəvi zərər nədir və necə kompensasiya olunur?

Mənəvi zərər nədir və necə kompensasiya olunur?"Mənəvi zərər fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və ya iztirab kimi qiymətləndirilir. Bu zərərə görə kompensasiya isə şəxsin pozulan mənəvi tarazlığının bərpası və yaşama motivasiyasının yenidən formalaşmasına xidmət edir".

Bunu BiG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib.

O, qeyd edib ki, mənəvi sarsıntı şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində yaranan stress, qorxu, kədər, alçalma kimi neqativ emosional vəziyyətləri ifadə edir. Mənəvi iztirab isə daha ağır formada olub, fiziki ağrı və ya psixi əzab (məsələn, depressiya) ilə müşayiət olunur:

"Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2025-ci il tarixli qərarında ər-arvadın şəxsiyyət hüquqları da xüsusi qeyd olunur. Bildirilir ki, ailə münasibətlərində tərəflər qarşılıqlı hörmət və məsuliyyət çərçivəsində davranmalı, bir-birinin hüquqlarını pozmamalıdır.
Mənəvi zərər nədir və necə kompensasiya olunur?Ər-arvadın hüquqlarına qarşılıqlı hörmət, yardım gözləmək, sərbəst seçim etmək kimi hüquqlar daxildir. Bu hüquqların pozulması məişət zorakılığı, psixoloji təzyiq, laqeydlik, şəxsi və ailə sirrinin yayılması kimi hallarda özünü göstərə bilər.

Lakin boşanmaq istəyi və ya qanuni hüquqlardan istifadə (məsələn, əmlak bölgüsü tələbi) hüquqazidd əməl sayılmır.

Mənəvi zərər üzrə iddialara baxılarkən, şəxsin həqiqətən sarsıntı və ya iztirab keçirməsi sübut olunmalıdır. Kompensasiyanın məbləği isə hüquq pozuntusunun xarakteri, ağırlıq dərəcəsi, nəticələri və tərəflərin vəziyyəti nəzərə alınmaqla müəyyən edilir.

Qeyd edək ki, şəxsi qeyri-əmlak hüquqlarının müdafiəsi ilə bağlı iddialara iddia müddəti tətbiq edilmir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 512   Tarix: 10 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çörək və ətdən imtina: sağlam seçim, yoxsa yanlış tendensiya? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Son illərdə dieta saxlamaq bir çox insan üçün gündəlik həyat tərzinə çevrilib. Xüsusilə sürətli arıqlama istəyənlər arasında çörək və ət məhsullarının birdən-birə rasiondan çıxarılması geniş yayılıb. Sosial şəbəkələrdə və müxtəlif mənbələrdə yayılan "tez nəticə" vədləri isə insanların qidalanmay

13.05.2026 446
.

Azərbaycanda çirkli pul cinayətlərinə görə cəza mexanizmi

"Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması dedikdə, əmlakın cinayət yolu ilə əldə edildiyini bilə-bilə onun həqiqi mənbəyinin gizlədilməsi və ya cinayət törətmiş şəxsin məsuliyyətdən yayınmasına kömək məqsədilə həmin əmlakın konversiyası və ya köçürülməsi, yaxud bu məqsədlərlə əmlakda

13.05.2026 304
.

Bakı məktəblərində distant təhsil bu formada aparılacaq - İlk dəfə

18-22 may tarixlərində Bakı məktəblərində dərslər distant formada keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, WUF13-ün keçirildiyi dövrdə Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin (Pirallahı, Qaradağ

13.05.2026 400
.

Tramp Pekinə onunla birlikdə getdi

ABŞ prezidenti Donald Tramp ABŞ ilə Çin liderlərinin görüşü ərəfəsində "SpaceX"in qurucusu İlon Mask və "Nvidia"nın baş direktoru Censen Huang ilə birlikdə Pekinə səfər edib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi xəbər verib. Məlumata əsasən, sahibkarlar Alyaskad

13.05.2026 208
.

Yupiter texniki olaraq Günəş ətrafında fırlanmır: Yer tez-tez eyni vəziyyətdə olur

Qalileo Qaliley 1610-cu il yanvarın 7-də öz əl istehsalı teleskopu ilə Yupiterin peyklərini müşahidə edərkən bəşəriyyətə ilk dəfə olaraq Yer ətrafında fırlanmayan səma cisimlərinin mövcudluğunu göstərən sübutlar təqdim etmişdi. Ulduz paralaksının müşahidə edilməsi üçün - Ptolemeyin Günəş və planetləri

13.05.2026 186
.

"Liverpul" növbəti mövsüm üçün baş məşqçisi ilə bağlı qərarını verdi

Mersisaydlılar yeni mövsümdən əvvəl baş məşqçilərini dəyişmək planlaşdırmırlar. "Liverpul" yaxın gələcəkdə Xabi Alonsonu yeni baş məşqçi təyin etməyi düşünmür. xarici mediaya istinadla bildirir ki, bu barədə tanınmış jurnalist Devid Ornstin məlumat verib. Onun sözlərinə görə, klubun rəhbərliy

13.05.2026 226
.

IV. Türk Dünyası Beynəlxalq Mühəndislik Zirvəsi Tarixi Uğurla Başa Çatdı

Türk dünyasının mühəndislik, texnologiya və sənaye potensialını vahid məqsəd ətrafında birləşdirən IV Türk Dünyası Beynəlxalq Mühəndislik Zirvəsi Bakıda möhtəşəm bağlanış mərasimi ilə yekunlaşıb. xəbər verir ki, tədbir Türk Mühendisler Derneğinin təşkilatçılığı və Business Network World CEO-su Hakta

13.05.2026 197
.

"ABŞ uğursuz olacaq" - Rusiyalı ekspertdən diqqətçəkən açıqlama

ABŞ Prezidenti Donald Trump Çin lideri Xi Jinping ilə danışıqlar zamanı Rusiya-Ukrayna münaqişəsi məsələsini gündəmə gətirə bilər. xəbər verir ki, bu barədə iqtisadçı Yekaterina Zaklyazminskaya -ya müsahibəsində danışıb. Ekspertin sözlərinə görə, Donald Trampın Rusiya və Prezident Vladimir Putinin Çin

13.05.2026 180
.

Hantavirus daha da yayıla bilər - ÜST-dən həyəcanverici XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatı MV Hondius kruiz gəmisində baş verən ölümcül hantavirus yayılmasından sonra ölkələri mümkün yeni yoluxmalara hazır olmağa çağırıb. Təşkilat bildirir ki, virusun inkubasiya dövrünün uzun olması səbəbindən qarşıdakı həftələrdə əlavə halların aşkarlanması mümkündür. -ın xaric

13.05.2026 239
.

TOP MP3