Kalkulyatordan AI-yə: eyni qorxular, fərqli dövr
"Süni intellektin insan təfəkkürünü zəiflədə biləcəyi ilə bağlı narahatlıqlar müəyyən qədər başa düşüləndir. Çünki bəzi hallarda insanlar düşünmək, analiz etmək əvəzinə hazır cavablara üstünlük verirlər. Lakin burada əsas məsələ texnologiyanın özü deyil, onun istifadə tərzidir".
Bunu BiG.AZ-a açıqlamasında İKT üzrə mütəxəssis Elvin Həsənov bildirib.
O, qeyd edib ki, gündəlik həyatda da görünür ki, insanlar getdikcə axtarış, müqayisə və analiz etmək yerinə birbaşa nəticəni seçirlər. Bu isə uzunmüddətli perspektivdə düşünmə vərdişlərinə təsir edə bilər:
"Tarixə baxdıqda oxşar narahatlıqların hər yeni texnologiya dövründə yaşandığını görmək mümkündür. Kalkulyator və internet də zamanında eyni müzakirələri doğurmuşdu. Lakin nəticə göstərdi ki, bu alətlər insanın düşünmə qabiliyyətini zəiflətməyib, əksinə imkanlarını genişləndirib.
Süni intellekt də bu məntiqin davamı kimi qiymətləndirilə bilər. Əgər insan əsas prinsipləri anlayırsa, AI onun işini sürətləndirən bir vasitəyə çevrilir; əks halda isə sadəcə hazır cavab istifadəçisinə dönüşür.
Qadağa məsələsinə gəldikdə isə, süni intellektin tam şəkildə məhdudlaşdırılması nə real, nə də effektiv görünür. Çünki bu texnologiya artıq qlobal miqyasda yayılıb və alternativ istifadələr qaçılmazdır.
Bu səbəbdən əsas diqqət qadağalara deyil, maarifləndirməyə yönəlməlidir. İnsanlara süni intellektdən düzgün istifadə qaydaları, nə vaxt ona güvənmək və nə vaxt öz düşüncəsini işə salmaq lazım olduğu öyrədilməlidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 849 Tarix: 10 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş3 oktyabr - Azərbaycanın taleyində dönüş nöqtəsi
"3 oktyabr 1993-cü il Azərbaycan tarixinin yaddaşında adi bir seçki günü kimi qalmayıb. Bu tarix müstəqilliyini yenicə bərpa etmiş, lakin müstəqilliyini qoruyub saxlamaq üçün ağır sınaqlardan keçən Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcı kimi tarixə düşüb. Həmin gün Ümummilli lide
15:49 156 Azərbaycan öz milli maraqlarından geri çəkilmir
"Yeni Azərbaycan Partiyasının VII Qurultayında Prezident İlham Əliyev ölkəmizin qarşıdakı dövrdə siyasi, iqtisadi, təhlükəsizlik və ideoloji istiqamətlərini müəyyən edən mesajlar verdi. Dövlət başçımız Azərbaycanın əldə etdiyi nəticələri, eyni zamanda yeni mərhələnin əsas prioritetlərini bəyan etdi
13:36 174 "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır" - Video
"Bu gün qarşıda duran vəzifələrlə bağlı bəzi fikirlərimi bölüşmək istərdim. Çünki mən görüləcək işlərlə bağlı vaxtaşırı açıqlamalar verirəm, müsahibələrdə və çıxışlarımda da. Hesab edirəm ki, dünyada vəziyyət o qədər tez dəyişir ki, buna bu gün də ehtiyac var". "Qafqazinfo" xəbə
12:20 171 3 oktyabr 1993-cü il: Azərbaycanın müasir dönüş nöqtəsi
"3 oktyabr 1993-cü il Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan bir tarixdir. Çünki həmin gün Heydər Əliyev xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Amma bu hadisəni yalnız prezident seçkisi kimi qiymətləndirmək düzgün olmaz. Söhbət Azərbaycanın dövlətçilik tarixini
16:08 290 Moldovanın hava məkanı PUA-larla pozulub
Moldovanın milli hava məkanının monitorinq sistemi 5 dronun uçuşunu qeydə alıb. "Report" xəbər verir ki, bu barədə "Newsmaker" ölkənin Müdafiə Nazirliyinin məlumatına istinadən yazıb. Dronlar Aneniy-Noy, Ştefan-Vode, Hinçesti, Tudora və Kauşanı yaşayış məntəqələrinin yaxınlığınd
18:00 133 Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi
Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. BİG.AZ -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək
18:40 143 YAP-ın qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir
"Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı ölkəmizin müasir inkişaf mərhələsinin siyasi, iqtisadi, təhlükəsizlik və xarici siyasət prioritetlərini əhatə edən mühüm konseptual çıxış kimi diqqət
13:12 159 Azərbaycan banklarının xalis xarici aktivləri 20 %-dən çox artıb
Bu ilin sentyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 32 milyard 462,2 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i müqayisədə 1,4 %, ilin əvvəlinə nisbətən 25,6 %, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə is
20:00 119 Azərbaycanda həyat sığortası üzrə ödənişlər 33 %-dən çox artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 639,427 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,7 % çoxdur. Hesabat dövründə həyat sığortası növlər
16:10 125