"İldə iki-üç dəfə çıxış edib pulunu alır" - Qalmaqala aydınlıq gətirdi

"İldə iki-üç dəfə çıxış edib pulunu alır" - Qalmaqala aydınlıq gətirdiXəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ətrafında qalmaqallar bir neçə gündür səngimək bilmir. Bir çox əməkdaş işdən çıxarıldığını, bəziləri qonorar almadığını deyərək, şikayət dolu paylaşımlar edib.

Axşam.az-ın məlumatına görə, teatrın direktoru, Xalq artisti Yusif Eyvazov Oxu.az-a açıqlamasında məsələlərə aydınlıq gətirib. Opera ifaçısı ilk əvvəl teatrdakı təmir işlərindən bəhs edib:

"3 il əvvəl bu teatrın rəhbərliyinə gələndə müəyyən orqanların rəsmi rəyi var idi, "Burada işləyə bilməzsiniz, təhlükəlidir". Bunlar çox ciddi məsələlərdir. Deyə bilərlər ki, "bu vaxta qədər heç nə olmamışdı". Niyə olmalıdır ki? Elə gərək kiminsə başına nəsə düşsün ki, teatr təmirə bağlansın? Biz rəyləri aldıqdan sonra başa düşdük ki, gərək səhnə təmir olunsun. Artıq iki aya layihə bitir. Bundan sonra işlərə başlanılacaq. Gərək əvvəlcə layihə bitsin. İyunda layihə tamamlandıqdan sonra, teatrda fiziki olaraq işlərə başlayacaqlar".

Xalq artisti Əvəz Abdullayevlə bağlı məsələyə münasibət bildirən Y.Eyvazov bunları deyib:

"Bu məsələnin hüquqi tərəfini deyə bilərəm. 3 il əvvəl mən teatrın rəhbərliyinə gələndə Xalq artisti Əvəz Abdullayev bu teatrın solisti deyildi. Mənim onunla uzunmüddətli yaxşı münasibətim var. Mən özüm onu teatra dəvət etdim. Eyni zamanda başqa bir neçə görkəmli sənətkarları da dəvət etdim. Çünki hesab edirəm ki, belə sənətkarların teatrda çıxışı böyük prestijdir.

Bilirdim ki, Əvəz xaricdə yaşayır və buna baxmayaraq, üç il onu teatrda saxladım. Hər ay maaş da alırdı. İldə bir-iki dəfə gəlib çıxış edirdi. Mədəniyyət Nazirliyinin yoxlaması oldu və mənə dedilər ki, "xaricdə daimi yaşayan sənətkarlar teatr truppasının hissəsi ola bilməz". Bundan sonra qərar verildi ki, 12 aya aldığı maaşı bölürük və onu keçiririk qonorara. İldə iki-üç dəfə gəlib çıxış edib pulunu alırsan.

Azərbaycanda yaşayıb səfərlərə gedən sənətçilərimizlə bağlı da belə qərar verdik ki, səfərlərə gedərkən öz hesablarına məzuniyyətə çıxsınlar. Əvəz axı burada yaşamır. Biz nəyi müzakirə edirik? Hansı haqsızlığı müzakirə edirik?! Biz bununla bağlı o hələ Almaniyada olanda telefon danışığı zamanı söhbət etmişdik. O gəldi martin 12-də çıxış etdi. Ondan soruşdum nə vaxt qayıdacağını və bildirdim ki, yanıma gəlsin danışaq. Amma gəlmədi və bu söhbətlər yayıldı. Martin 31-də müqaviləsinə xitam verildi".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 842   Tarix: 10 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Moldovanın hava məkanı PUA-larla pozulub

Moldovanın milli hava məkanının monitorinq sistemi 5 dronun uçuşunu qeydə alıb. "Report" xəbər verir ki, bu barədə "Newsmaker" ölkənin Müdafiə Nazirliyinin məlumatına istinadən yazıb. Dronlar Aneniy-Noy, Ştefan-Vode, Hinçesti, Tudora və Kauşanı yaşayış məntəqələrinin yaxınlığınd

18:00 133
.

YAP Azərbaycanın siyasi tarixində özünəməxsus yer tutur

Ötən əsrin sonlarında birpartiyalı sistemdən ayrılan müstəqil Azərbaycanda yeni siyasi təşkilatlar təsis olunmuşdu. Amma populizm yolunu tutan partiyalar ayrı-ayrı şəxslərin siyasi maraqlarından doğmuş, onların ətrafında formalaşmışdı. Bu qurumların yaranmasında şəxsi siyasi ambisiyalar əsas yer tuturd

14:26 159
.

Azərbaycanda 3 gün ardıcıl İŞ OLMAYACAQ: TARİXLƏR AÇIQLANDI

Bu ilin geridə qalan iş günlərini təqdim edirik. xəbər verir ki, qarşıdakı aylarda qeyri-iş günlərinin sayı iş həftəsinin formasından asılı olaraq dəyişəcək. Belə ki, oktyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün 9, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 4 istirahət günü olacaq. Noyab

14:57 416
.

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

"Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı gələn il minimum əməkhaqqının artırılacağını və bununla bağlı göstərişin verildiyini bildirib. Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələr

17:53 184
.

Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var

Rusiya paytaxtı Moskvanın mərkəzində restoranın müştərisi qarnından bıçaqlanıb. Bu barədə -ya istinadən xəbər verir. Məlumata görə, hadisə oktyabrın 1-də axşam "Lubyanka" metrostansiyasının yaxınlığındakı Nikolskaya küçəsində yerləşən restoranda baş verib. Mənbələrin bildirdiyinə görə, ik

21:00 103
.

"Kurtlar Vadisi"nin ssenaristi, keçmiş polis rəisinin ifadəsi ortaya çıxdı

Türkiyənin Silivri Respublika Baş Prokurorluğu tərəfindən Kaşif Kozinoğlunun şübhəli ölümü ilə bağlı başladılan istintaq çərçivəsində yeni faktlar ortaya çıxıb. bu barədə "Haber Global" istinadə xəbər verir. Belə ki, istintaq çərçivəsində keçmiş polis rəisi və ssenarist, istintaq çərçivəsind

19:40 133
.

Yaponiya adasında 8 nəfər dayvinq zamanı itkin düşüb

Tokionun Xatidzyo adası sahillərində dayvinqlə məşğul olan 8 nəfər itkin düşüb. "Report" xəbər verir ki, bu barədə Yaponiya mediası Sahil mühafizəsinə istinadən məlumat yayıb. "Dayvinqlə məşğul olan 8 nəfər səhər saat 11 radələrində suya dalmağa başlayıb, onların saat 18:00 radələrind

19:00 138
.

Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu

Ucar rayon sakini toya pul yazdırmaq üçün qonşusunun evini qarət edib. -ın məlumatına görə, hadisə rayonun Şilyan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Cəbi Qarayevi (adı və soyadı şərtidir) qonşusu Əfqan qızının toyuna çağırıb. O, həyat yoldaşı ilə birlikdə toya getmək istəsə də, pul

20:45 110
.

Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz

Yağışlı havalarda yollarda yaranan gölməçələr piyadalar üçün ciddi narahatlıq yaradır. Bəs avtomobil gölməçədən keçərkən su və ya palçıq piyadanın üzərinə sıçrayarsa, sürücü buna görə məsuliyyət daşıyırmı?. xatırladır ki, sözügedən hərəkət sürücülərdə hüquqi məsuliyyət yaradır. Belə ki, İnzibati Xətala

21:15 76
.