"Oğlum onun qurbanlarından biri olub" - Həbs edilən sahibkarın atası

"Oğlum onun qurbanlarından biri olub" - Həbs edilən sahibkarın atasıÖtən ilin 21 noyabrında Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğına görə həbs edilən Bəhruz Paşayevin atası istintaqın gedişatından narahatdır.

"Qafqazinfo"ya müraciət edən Sabir Paşayev baş vermiş yanğına görə "İvolt" MMC-nin rəhbərinin məsuliyyət daşıdığını deyib.

O bildirib ki, faciəyə şirkətin texniki təhlükəsizlik tələblərinə əməl etməməsi səbəb olub: "Yasamal rayonu Mirəli Seyidov küçəsi 19A ünvanda baş verən yanğınla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. İş üzrə oğlum Bəhruz Paşayev təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib. Artıq 4 aydan çoxdur ki, o, Bakı İstintaq Təcridxanasında saxlanılır. Lakin barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə barədə qərar çıxarılanda hadisənin səbəbi barədə heç bir ekspert rəyi olmayıb".

S.Paşayevin sözlərinə görə, sonradan təyin edilmiş ekspertiza üzrə müvafiq rəy verilib: "Rəydə oğlum - "Taxes Group" MMC-nin direktoru Bəhruz Paşayevlə birlikdə "İvolt" MMC-nin direktoru Hacızadə Orxan Rüfət oğlunun işi düzgün təşkil etmədiklərinə, yanğın təhlükəsizliyi qaydalarına riayət etmədiklərinə görə qeyd edilən ünvanda yanğın hadisəsinin baş verdiyi göstərilib. Oğlum Bəhruz Paşayevin işi "Taxes Group" MMC-nin direktoru kimi "Loft Dent" adı altında işləyən stomatoloji klinikaya rəhbərlik etmək olub. Müştərilərə göstərilən xidmət çərçivəsində klinikanın qarşısına elektrik avtomobilləri üçün nəzərdə tutulmuş şarj stansiyası quraşdırmaq məqsədilə "İvolt" MMC-nin direktoru Hacızadə Orxan Rüfət oğlu ilə müqavilə bağlayıb".

"Oğlum onun qurbanlarından biri olub" - Həbs edilən sahibkarın atasıAta yanğının texniki xidmət göstərən şirkətin məsuliyyətsizliyi ucbatından baş verdiyini iddia edib: "İşə məsuliyyətsiz yanaşan Orxan Hacızadə və onun komandası zəruri yoxlama və test tədbirləri görmədən, təhlükəsizlik qaydalarına riayət etmədən klinikanın qarşısında şarj stansiyası quraşdırıb və elektrik mənbəsinin normadan artıq yüklənməsinə və nəticədə yanğın hadisənin baş verməsinə səbəb olan cinayətkar əməlləri törədiblər. Sözügedən şarj stansiyalarından anlayışı olmayan oğlum Bəhruz Paşayev də onların məsuliyyətsiz hərəkətlərinin qurbanlarından biri olub. Qeyd edilənlərə baxmayaraq, "İvolt" MMC-nin direktoru Hacızadə Orxan Rüfət oğlu cinayət işi üzrə hələ də cinayət məsuliyyətdən kənarda qalıb. İstintaq zamanı Orxan Hacızadə şahid qismində dindirilsə də, barəsində tədbir görülməyib. Bu azmış kimi zərərçəkənlərə vurulmuş ziyanın ödənilməsi istiqamətində də heç nə etməyib".

Qeyd edək ki, Bəhruz Paşayev 3 nəfərin ölümü, xeyli sakinin zəhərlənəməsi ilə nəticələnən hadisəyə görə ötən il noyabrın 24-də Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində ibtidai istintaq davam etdirilir.

Onu da qeyd edək ki, faciədə həyatını itirən 7 yaşlı Arzu Qəmbərlinin atası, tanınmış vəkil Əli Qəmbərov da sosial şəbəkədə hadisədə "İvolt.az" şirkətinin də təqsirinin müəyyən edildiyini paylaşıb. O da məsələ ilə bağlı ekspertizanın müvafiq rəyinin mövcud olmasına baxmayaraq, şirkətin rəhbər şəxslərinin bu günə qədər məsuliyyətə cəlb olunmadığını deyib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1058   Tarix: 10 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Moldovanın hava məkanı PUA-larla pozulub

Moldovanın milli hava məkanının monitorinq sistemi 5 dronun uçuşunu qeydə alıb. "Report" xəbər verir ki, bu barədə "Newsmaker" ölkənin Müdafiə Nazirliyinin məlumatına istinadən yazıb. Dronlar Aneniy-Noy, Ştefan-Vode, Hinçesti, Tudora və Kauşanı yaşayış məntəqələrinin yaxınlığınd

18:00 133
.

YAP Azərbaycanın siyasi tarixində özünəməxsus yer tutur

Ötən əsrin sonlarında birpartiyalı sistemdən ayrılan müstəqil Azərbaycanda yeni siyasi təşkilatlar təsis olunmuşdu. Amma populizm yolunu tutan partiyalar ayrı-ayrı şəxslərin siyasi maraqlarından doğmuş, onların ətrafında formalaşmışdı. Bu qurumların yaranmasında şəxsi siyasi ambisiyalar əsas yer tuturd

14:26 159
.

Azərbaycanda 3 gün ardıcıl İŞ OLMAYACAQ: TARİXLƏR AÇIQLANDI

Bu ilin geridə qalan iş günlərini təqdim edirik. xəbər verir ki, qarşıdakı aylarda qeyri-iş günlərinin sayı iş həftəsinin formasından asılı olaraq dəyişəcək. Belə ki, oktyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün 9, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 4 istirahət günü olacaq. Noyab

14:57 416
.

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

"Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı gələn il minimum əməkhaqqının artırılacağını və bununla bağlı göstərişin verildiyini bildirib. Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələr

17:53 184
.

Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var

Rusiya paytaxtı Moskvanın mərkəzində restoranın müştərisi qarnından bıçaqlanıb. Bu barədə -ya istinadən xəbər verir. Məlumata görə, hadisə oktyabrın 1-də axşam "Lubyanka" metrostansiyasının yaxınlığındakı Nikolskaya küçəsində yerləşən restoranda baş verib. Mənbələrin bildirdiyinə görə, ik

21:00 103
.

"Kurtlar Vadisi"nin ssenaristi, keçmiş polis rəisinin ifadəsi ortaya çıxdı

Türkiyənin Silivri Respublika Baş Prokurorluğu tərəfindən Kaşif Kozinoğlunun şübhəli ölümü ilə bağlı başladılan istintaq çərçivəsində yeni faktlar ortaya çıxıb. bu barədə "Haber Global" istinadə xəbər verir. Belə ki, istintaq çərçivəsində keçmiş polis rəisi və ssenarist, istintaq çərçivəsind

19:40 133
.

Yaponiya adasında 8 nəfər dayvinq zamanı itkin düşüb

Tokionun Xatidzyo adası sahillərində dayvinqlə məşğul olan 8 nəfər itkin düşüb. "Report" xəbər verir ki, bu barədə Yaponiya mediası Sahil mühafizəsinə istinadən məlumat yayıb. "Dayvinqlə məşğul olan 8 nəfər səhər saat 11 radələrində suya dalmağa başlayıb, onların saat 18:00 radələrind

19:00 138
.

Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu

Ucar rayon sakini toya pul yazdırmaq üçün qonşusunun evini qarət edib. -ın məlumatına görə, hadisə rayonun Şilyan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Cəbi Qarayevi (adı və soyadı şərtidir) qonşusu Əfqan qızının toyuna çağırıb. O, həyat yoldaşı ilə birlikdə toya getmək istəsə də, pul

20:45 110
.

Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz

Yağışlı havalarda yollarda yaranan gölməçələr piyadalar üçün ciddi narahatlıq yaradır. Bəs avtomobil gölməçədən keçərkən su və ya palçıq piyadanın üzərinə sıçrayarsa, sürücü buna görə məsuliyyət daşıyırmı?. xatırladır ki, sözügedən hərəkət sürücülərdə hüquqi məsuliyyət yaradır. Belə ki, İnzibati Xətala

21:15 76
.