Pensiya sistemində açıq qalan suallar: özəl fondlar niyə yaradılmır? - İQTİSADÇIDAN AÇIQLAMA

Pensiya sistemində açıq qalan suallar: özəl fondlar niyə yaradılmır? - İQTİSADÇIDAN AÇIQLAMAAzərbaycanda pensiya sisteminin təkmilləşdirilməsi istiqamətində müzakirələr illərdir davam etsə də, özəl pensiya fondlarının yaradılması və vətəndaşların pensiyalarını istədikləri bank vasitəsilə əldə etməsi məsələsi hələ də açıq qalır. Mövcud sistemdə pensiya ödənişlərinin müəyyən banklar üzərindən həyata keçirilməsi seçim azadlığını məhdudlaşdırır və bu da vətəndaş məmnuniyyəti ilə bağlı suallar doğurur. Eyni zamanda, özəl pensiya fondlarının formalaşdırılması həm sosial təminat sisteminin şaxələndirilməsi, həm də vətəndaşların gələcək maliyyə təhlükəsizliyinin artırılması baxımından vacib hesab olunur.

Buna baxmayaraq, bu istiqamətdə konkret mexanizmlərin olmaması və hüquqi bazanın yetərincə formalaşmaması prosesin ləngiməsinə səbəb olur. Mövcud vəziyyət isə belə bir sualı aktuallaşdırır: pensiya sistemində islahatlar nə zaman real nəticə verəcək və vətəndaşlar öz vəsaitləri üzərində daha geniş seçim hüququ əldə edə biləcəklər?
Pensiya sistemində açıq qalan suallar: özəl fondlar niyə yaradılmır? - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, özəl pensiya fondlarının Azərbaycanda gecikməsinin əsas səbəbi bir neçə sistemli amillə bağlıdır. Ən vacib məsələlərdən biri kapital bazarlarının kifayət qədər inkişaf etməməsidir. Onun sözlərinə görə, özəl pensiya fondları uzunmüddətli investisiya alətləri ilə işləyir, amma belə bazarlar zəif olduqda və investisiya imkanları məhdud qalanda bu sistemin dayanıqlı işləməsi çətinləşir: "Eyni zaman özəl pensiya fondlarının yaradılması üçün ölkədə dinamik əmək bazarı formalaşmalı, qeyri-rəsmi məşğulluq minimum səviyyəyə etməlidir.
Digər mühüm amil idarəetmə və nəzarət sisteminə olan etimaddır. Pensiya fondları böyük vəsaitləri idarə edir və burada şəffaflıq, risklərin idarə olunması və dövlət nəzarəti çox yüksək səviyyədə olmalıdır. Bir çox ölkədə bu sistem illərlə formalaşıb, Azərbaycanda isə əsasən dövlət pensiya modeli daha dominant olduğu üçün keçid prosesi yavaş gedib.
Həmçinin iqtisadi risklər də rol oynayır. Valyuta sabitliyi, inflyasiya və uzunmüddətli investisiya mühiti tam stabil olmadıqda özəl pensiya fondlarının vəsaiti təhlükəyə düşə bilər.

Buna görə də dövlət mərhələli yanaşmaya üstünlük verir.
2006-cı ildən nəzərdə tutulan islahatlarda bu model planlaşdırılsa da, praktik tətbiq üçün həm hüquqi baza, həm də maliyyə infrastrukturu tam hazır olmayıb. Bu səbəbdən proses təxirə düşüb və daha çox dövlət sosial sığorta sistemi üzərində dayanılıb.
Hazırda parlament səviyyəsində bu istiqamətdə yenidən müzakirələrin getməsi barədə məlumatlar var və məqsəd daha çox qarışıq modelə keçid, yəni dövlət və özəl pensiya sistemlərinin paralel işləməsidir. Amma belə islahatların tam tətbiqi adətən mərhələli olur və həm bazarın, həm də qanunvericiliyin tam uyğunlaşdırılmasını tələb edir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 696   Tarix: 14 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi

Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. BİG.AZ -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək

18:40 27
.

Bu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var - Video

Tanınmış aparıcı Zaur Baxşəliyev Şuşaya səfər edib. "Qafqazinfo"nun məlumatına görə, o, illər əvvəl məcburi köçkün düşdüyü şəhərdə təsirli anlar yaşayıb. Bir vaxtlar parta arxasında əyləşdiyi məktəbə indi yeni nəslin uşaqları ilə birgə baş çəkib. Məktəblilərlə avtobusa minib, onların bir günün

11:02 268
.

Məşhur ticarət mərkəzinin girişində sərnişin avtobusu aşdı - Video

Bakıda Sədərək Ticarət Mərkəzinin girişində 194 nömrəli marşrut avtobusu aşıb. "News24"ə istinadən xəbər verir ki, bunu hadisə şahidləri bildiriblər. Qeyd edilib ki, xəsarət alanlar var. Qəzanın yağışlı hava şəraiti üzündən baş verdiyi bildirilir. [youtube]. [/youtube]

14:54 161
.

3 oktyabr Azərbaycanın gələcək yolunu müəyyənləşdirən tarixi gündür

"3 oktyabr Azərbaycan xalqının və müstəqil dövlətçiliyimizin tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. 1993-cü il oktyabrın 3-də keçirilmiş ümumxalq səsverməsi nəticəsində Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin taleyində mühüm dönüş nöqtəs

15:14 159
.

Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıd

16:28 138
.

3 oktyabr - Azərbaycanın taleyində dönüş nöqtəsi

"3 oktyabr 1993-cü il Azərbaycan tarixinin yaddaşında adi bir seçki günü kimi qalmayıb. Bu tarix müstəqilliyini yenicə bərpa etmiş, lakin müstəqilliyini qoruyub saxlamaq üçün ağır sınaqlardan keçən Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcı kimi tarixə düşüb. Həmin gün Ümummilli lide

15:49 136
.

Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb

Nayrobi-Mombasa magistral yolunda bir neçə avtomobilin kütləvi toqquşması nəticəsində ən azı 17 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Keniya polisisinə istinadən xəbər verir. Polisin məlumatına görə, qəza Salam şəhərində baş verib, belə ki, sahi

15:30 127
.

YAP-ın qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir

"Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı ölkəmizin müasir inkişaf mərhələsinin siyasi, iqtisadi, təhlükəsizlik və xarici siyasət prioritetlərini əhatə edən mühüm konseptual çıxış kimi diqqət

13:12 147
.

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf istiqamətlərini müəyyən edib

"Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı ölkənin keçdiyi tarixi mərhələyə, mövcud geosiyasi reallıqlara və qarşıdakı dövrün strateji prioritetlərinə kompleks baxışın ifadəsi kimi diqqəti cəl

12:56 164
.