ABŞ-Kuba gərginliyi artır: mümkün ssenarilər müzakirədə

ABŞ-Kuba gərginliyi artır: mümkün ssenarilər müzakirədəKuba Prezidenti Migel Dias-Kanel bildirib ki, ABŞ Prezidenti Donald Trampın adanın mümkün ələ keçirilməsi ilə bağlı təhdidlərindən qorxmur və hər hansı hərbi təcavüz halında ölkəsinin özünü müdafiə etməyə hazır olduğunu vurğulayıb.

"Qorxmuram. İnqilab üçün həyatımı verməyə hazıram. Kubaya qarşı təcavüz haqsız olacaq və bütün tərəflər üçün ağır nəticələr doğuracaq", - deyə o qeyd edib.

Prezident həmçinin Amerika ictimaiyyətinin Kubaya qarşı mümkün müharibəni dəstəkləyəcəyinə şübhə ilə yanaşdığını bildirib.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, son dövrlərdə Venesuelaya müdaxilədən sonra növbəti hədəfin Kuba ola biləcəyi ilə bağlı müxtəlif ehtimallar irəli sürülüb. ABŞ prezidentinin rəsmi Havanaya yönəlik ritorikanı sərtləşdirməsi isə "növbəti hədəf Kuba olacaqmı?" sualını yenidən gündəmə gətirib:

"İslamabadda keçirilən danışıqlar ABŞ üçün arzuolunan nəticə ilə yekunlaşsaydı, Vaşinqtonun diqqətinin Kubaya yönəlməsi ehtimalı daha yüksək olardı.

Digər tərəfdən, İran ilə ABŞ arasında gərginliyin yenidən artması ehtimalı yüksək olaraq qalır. Belə bir şəraitdə Vaşinqtonun eyni anda Kuba ilə genişmiqyaslı qarşıdurmaya üstünlük verməsi real görünmür.

Çin və Rusiya da hazırkı mərhələdə Kubanın milli suverenliyini və təhlükəsizliyini dəstəkləyərək xarici müdaxiləyə qarşı mövqe sərgiləyir. Bu isə ehtimal olunan hər hansı müdaxilə halında Kubaya siyasi dəstəyin arta biləcəyini göstərir. Prinsip etibarilə, münaqişənin bu ölkələrin sərhədlərindən uzaqda - Qərb yarımkürəsində qalması Pekin və Moskvanın maraqlarına da uyğundur.

Kuba ABŞ müdaxiləsinə hazır olduğunu bəyan edir. Bu ölkə ilə hərbi qarşıdurma mürəkkəb və çətin ssenari kimi qiymətləndirilir. ABŞ üçün coğrafi yaxınlıq müəyyən üstünlük yaratsa da, ideoloji və genişmiqyaslı müqavimət baxımından Kuba fərqli və çətin model hesab olunur.

İstisna deyil ki, Vaşinqton uzun müddət birbaşa hərbi müdaxilə əvəzinə Kubaya qarşı daxili təzyiq mexanizmlərini gücləndirməyə üstünlük versin. Daha konkret desək, ölkədaxili sabitliyin pozulması, siyasi təzyiq və "rəngli inqilab" ssenarilərinin aktivləşdirilməsi ABŞ üçün daha real variant kimi görünür".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 730   Tarix: 14 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Moldovanın baş naziri Muntyanu istefa verib

Moldovanın Baş naziri Aleksandru Muntyanu cümə günü gözlənilməz bir açıqlama ilə istefa verdiyini bildirib və bu, hökumətin istefasına səbəb olub. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, 2025-ci ilin noyabr ayından bəri Avropa Birliyinə namizəd ölkənin baş naziri vəzifəsində çalışan Munteanu qərar

14:38 185
.

Hava ilə bağlı - Xəbərdarlıq

İyulun 4-5-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında, 6-dan 8-i gündüzədək isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterl

17:42 216
.

Ötən ildən qalan dondurmanı necə ayırd etmək olar?

"Yay mövsümündə dondurmaya tələbat əhəmiyyətli dərəcədə artır. Lakin istehlakçılar məhsul seçərkən yalnız dadına deyil, onun keyfiyyətinə və təhlükəsizliyinə də xüsusi diqqət yetirməlidirlər. Satışda olan dondurmaların ötən ildən qalıb-qalmadığını və sağlamlıq üçün risk yaradıb-yaratmadığını müəyyə

15:17 247
.

Ronaldo Dünya çempionatı pley-off mərhələsinin ən yaşlı qol vuran oyunçusudur

Portuqaliya və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasının hücumçusu Kriştiano Ronaldo Dünya çempionatı pley-off tarixində ən yaşlı qol vuran oyunçu olub. -ın məlumatına görə, 1/16 final mərhələsində Portuqaliya Xorvatiyanı 2:1 hesabı ilə məğlub edib. Ronaldo 68-ci dəqiqədə penaltini dəqi

19:30 153
.

Süni intellektdən istifadə kifayət etmir - Milli AI ekosistemi qurulmalıdır

"Bu gün Azərbaycanda süni intellekt (AI) sahəsində mühüm addımlar atılır və bu istiqamətdə müsbət inkişaf müşahidə olunur. Lakin etiraf etməliyik ki, hazırda biz daha çox süni intellektdən istifadə edən ölkələr sırasındayıq, onu inkişaf etdirən və qlobal bazara çıxaran ölkələr arasında isə həl

12:12 192
.

İsrail Xameneyinin dəfn mərasiminə hücum planı hazırlayır

İsrailin İranın ali dini lideri Əli Xameneyinin dəfn mərasimi zamanı hərbi əməliyyat keçirməyi planlaşdırdığı bildirilir. BİG.AZ ABC News-a istinadən xəbər verir ki, hücumun nə vaxt gerçəkləşdiriləcəyi hələlik açıqlanmayıb. İsrailin məqsədi İranın yüksək rütbəli dövlət rəsmilərini məhv etməkdir. Müəllif

15:52 227
.

Sabah Azərbaycanda 36 dərəcə isti olacaq

Azərbaycanda iyulun 4-də 36 dərəcə isti gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-2

13:52 207
.

ABŞ rəsmiləri İsrailin "sülh danışıqları zamanı İran danışıqları aparanları öldürmək istədiyinə" inanırlar

ABŞ mediasının məlumatına görə, İsrail bu ilin əvvəlində sülh danışıqları zamanı İranın əsas danışıqçılarını öldürməyi planlaşdırmış ola bilər. BİG.AZ Sky News-a istinadən xəbər verir ki, "New York Times" və "Washington Post" qəzetləri rəsmilərin İsrailin xarici işlər naziri Abba

15:09 207
.

Fransa, Belçika və Niderlandda isti hava səbəbindən ən azı 3700 ölüm hadisəsi qeydə alınıb

Fransa, Niderland və Belçika iyun ayında Avropada temperaturun kəskin şəkildə yüksəlməsinə səbəb olan isti hava dalğası zamanı 3700 ölüm hadisəsi qeydə alıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, hakimiyyət orqanları bu rəqəmlərin ilkin olduğunu və arta biləcəyi barədə xəbərdarlıq edib. Mütəxəssislər

14:24 199
.

TOP MP3