Pasiyentin ölümünə səbəb olan həkimi verilişə çağırmaqlarını tənqid etdi

Pasiyentin ölümünə səbəb olan həkimi verilişə çağırmaqlarını tənqid etdi"Xatırlayırsınız, 2 ildir biz bir tamaşaya baxırdıq. "Gülə-gülə kullan" deyib insan həyatını oyuncağa çevirən saxta həkim Ülviyyə İlyasova… Öz qaynı arvadını salon şəraitində əməliyyat edib ölümünə səbəb olmuşdu. Bu cinayətin üstünü örtməkdə isə bəzən media belə rol oynayırdı. ARB kanalinin yayımladığı verlişi xatırlatmaq yerinə düşür. Bu gün isə pərdə qapandı".

Axşam.az xəbər verir ki, bu sözləri jurnalist Qənirə Ataşova sosial şəbəkədə yazıb. Amerikada yaşayan jurnalist Bakıda qaynı arvadını estetik əməliyyat edərək ölümünə səbəb olmaqda ittiham edilən "AzE Estetik Mərkəzi"nin direktoru Ülviyyə İlyasovanın günahının təsdiqlənməsinə münasibət bildirib. Jurnalist həkimin aylar əvvəl aparıcı İlqar Mikayıloğlunun verilişinə çıxıb, özünü müdafiə etməsini qınayıb:

"Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Ülviyyə İlyasova 3 il 9 ay azadlıqdan məhrum edildi. Amnistiya ilə cəzası 6 ay azaldıldı. Zərərçəkmiş tərəfə isə ümumilikdə 72 min 516 manat təzminat ödənilməsi qərara alındı. Ən önəmlisi o, məhkəmə zalında həbs olundu.

Xatırladaq: Səbirə Vəliyeva həkim olmayan insan tərəfindən əməliyyat olunmuş, liposaksiya əməliyyatından sonra, həkim nəzarətindən kənarda saxlanıldığı üçün kəskin qanaxmadan həyatını itirmişdi. Və bu hələ son deyil…Ülviyyə İlyasova haqqında qanunsuz tibbi fəaliyyət və digər zərərçəkmişlərlə bağlı əlavə cinayət işləri də davam edir. Çünki o ölüm faktından sonra da saxta həkimliyə davam edirmiş… Bu, artıq tək bir insanın faciəsi deyil. Bu, sistemin, nəzarətin və ədalətin imtahanıdır. Bu cinayətin üstünün açılmasında əməyi olanlara Prezident Administrasiyasına, Azərbaycan mətbuatına və hüquq-mühafizə orqanlarına təşəkkür edirəm. Amma bu, son deyil.

Növbə Gəncədə VMR Estetik klinikasında həkim olmayan bir şəxs tərəfindən əməliyyat olunaraq həyatını itirən Gülbəniz Bayramovanın işinədir. Ədalət yarımçıq qalanda, vicdan da susmur. Bu dəfə də həqiqət sona qədər getməlidir. Bu mövzunu araşdıranda Vüqar doktor, Dilqəm doktor və Adil doktor söz vermişdilər ki, saxta həkimlərə qarşı mübarizə aparacaqlar. Amma real addım görmədim. Əksinə, bəzi hallarda bu "əməliyyatların" fəsadlarını ört-basdır edən yanaşmalarla qarşılaşdım. Hətta əllərinə qılınc alıb real həkimlərə hücum çəkdilər".

Qeyd edək ki, Ülviyyə İlyasovanın tibbi təhsili, o cümlədən müvafiq lisenziyası olmadığı halda müxtəlif ünvanlarda qanunsuz "liposaksiya-piysovurma, bədən şəkilləndirmə" cərrahi əməliyyatı, habelə digər cərrahi və estetik müdaxilələr etməsi nəticəsində Mila Əlibəyovanın səhhətində ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyən edilib. Ona Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Bu, Ülviyyə İlyasova ilə bağlı ilk belə hadisə deyil. Belə ki, "AzE Estetik Mərkəz" MMC-nin direktoru Ülviyyə İlyasova Bakıda evinin mətbəxində eltisi Səbirə Vəliyevanı qanunsuz olaraq bədənşəkilləndirmə əməliyyatı edərək ölümünə səbəb olmaqda təqsirləndirilib. Bu ilin aprelində məhkəmənin hökmü ilə Ü. İlyasova 3 il müddətə səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 3 il 2 ay müddətə azadlıqdan məhrum edilib. Hökmdə onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi bildirilib.

Ü.İlyasovaya son cinayətə görə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi şərti il 3 il azadlıqdan məhrumetmə cəzası verilmişdi. Sonradan Ali Məhkəmə hökmü ləğv edərək yenidən araşdırmaya göndərib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1090   Tarix: 14 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi

Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. BİG.AZ -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək

18:40 27
.

Bu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var - Video

Tanınmış aparıcı Zaur Baxşəliyev Şuşaya səfər edib. "Qafqazinfo"nun məlumatına görə, o, illər əvvəl məcburi köçkün düşdüyü şəhərdə təsirli anlar yaşayıb. Bir vaxtlar parta arxasında əyləşdiyi məktəbə indi yeni nəslin uşaqları ilə birgə baş çəkib. Məktəblilərlə avtobusa minib, onların bir günün

11:02 268
.

Məşhur ticarət mərkəzinin girişində sərnişin avtobusu aşdı - Video

Bakıda Sədərək Ticarət Mərkəzinin girişində 194 nömrəli marşrut avtobusu aşıb. "News24"ə istinadən xəbər verir ki, bunu hadisə şahidləri bildiriblər. Qeyd edilib ki, xəsarət alanlar var. Qəzanın yağışlı hava şəraiti üzündən baş verdiyi bildirilir. [youtube]. [/youtube]

14:54 161
.

3 oktyabr Azərbaycanın gələcək yolunu müəyyənləşdirən tarixi gündür

"3 oktyabr Azərbaycan xalqının və müstəqil dövlətçiliyimizin tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. 1993-cü il oktyabrın 3-də keçirilmiş ümumxalq səsverməsi nəticəsində Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin taleyində mühüm dönüş nöqtəs

15:14 159
.

Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıd

16:28 138
.

3 oktyabr - Azərbaycanın taleyində dönüş nöqtəsi

"3 oktyabr 1993-cü il Azərbaycan tarixinin yaddaşında adi bir seçki günü kimi qalmayıb. Bu tarix müstəqilliyini yenicə bərpa etmiş, lakin müstəqilliyini qoruyub saxlamaq üçün ağır sınaqlardan keçən Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcı kimi tarixə düşüb. Həmin gün Ümummilli lide

15:49 136
.

Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb

Nayrobi-Mombasa magistral yolunda bir neçə avtomobilin kütləvi toqquşması nəticəsində ən azı 17 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Keniya polisisinə istinadən xəbər verir. Polisin məlumatına görə, qəza Salam şəhərində baş verib, belə ki, sahi

15:30 127
.

YAP-ın qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir

"Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı ölkəmizin müasir inkişaf mərhələsinin siyasi, iqtisadi, təhlükəsizlik və xarici siyasət prioritetlərini əhatə edən mühüm konseptual çıxış kimi diqqət

13:12 147
.

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf istiqamətlərini müəyyən edib

"Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı ölkənin keçdiyi tarixi mərhələyə, mövcud geosiyasi reallıqlara və qarşıdakı dövrün strateji prioritetlərinə kompleks baxışın ifadəsi kimi diqqəti cəl

12:56 164
.