"Ciddi iqtisadi islahatlara start verməlidir" - Natiq Cəfərli

"Ciddi iqtisadi islahatlara start verməlidir" - Natiq Cəfərli"Prezident və hökumət nümayəndələri bir neçə dəfə öz çıxışlarında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) artımının az olmasını problem saymadıqlarını deyiblər. Dünyada doğrudan da belə baxış bucağı mövcuddur, amma iqtisadi nəzəriyyə və praktika onu deyir ki, hansısa ölkədə ÜDM göstəriciləri pisləşəndə bu xalqın, əhalinin gəlirlərinə, dolanışığına mənfi təsir edir, həyat səviyyəsi aşağı düşür".

"Yeni Sabah" xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli öz "Facebook" səhifəsində bildirib.

Ekspert qeyd edib ki, 2026-cı ilin ilk 3 ayında Azərbaycanda ÜDM 0,3% azalıb:

"2026-cı ilin ilk rübünün göstəriciləri açıqlanıb, Azərbaycanda iqtisadi tənəzzül olduğu, iqtisadi vəziyyətin yaxşı olmadığı açıq görünür və hökumət artıq bu tendensiyanı görməzdən gələ bilməz, mütləq ciddi islahatlara start verməlidir.

İlin ilk 3 ayında Azərbaycanda ÜDM 0,3% azalıb, yəni, ressesiya başlayıb. Onu da nəzərə alaq ki, mart ayında neft qiymətləri kəskin artıb, buna baxmayaraq, ÜDM-də azalma var, deməli, problemlər çox dərinləşib.

Qonşularımıza baxanda görürük ki, Gürcüstanda 8,4%, Özbəkistanda 7%-dən çox, Qıröızıstanda 8,8% ÜDM artımı var.

Digər göstəricilər də ürəkaçan deyil - bu ilin ilk 2 ayında Azərbaycanın ticarət dövriyyəsi 2025-ci ilin yanvar-fevral aylarına nisbətən 23,5% azalıb, ixarac 9,6%, idxal isə 37,1% azalma göstərib. Bu çox təhlükəli tendensiyadır, insanların alıcılıq qabiliyyəti düşüb, biznes isə investisiya yönümlü avadanlıq almır".

N.Cəfərli vurğulayıb ki, ölkə üzrə problemli kreditlərin faiz dərəcəsi 2,5%-ə çatıb:

"Gələk vətəndaşın gəlirlərinə - bu ilin əvvəlində insanların gəlirləri nominal ifadədə 5,3% artıb (bu pis deyil), amma, ölkədə rəsmi inflyasiya 5,7% olub - yəni inflyasiya vətəndaşın gəlir artımını yeyib-bitirib, vətəndaşın real gəlirləri azalıb.

Bu il problemli kreditlərin həcmi də artıb - 2026-cı ilin yanvarın Azərbaycanın bank sektorunın qeyri-işlək, probli kreditlər portfeli 763 milyon manat təşkil edib. İlin-ilə müqaisədə qeyri-işlək portfellər üzrə istehlak kreditlərində 58 milyon manat, biznes kreditlərində isə 54 milyon manat artım olub. Nəticədə, qeyri-işləklərin cəmi kredit portfelində payı 0,1 faiz bəndi artaraq 2,5 % təşkil edib.

Xatırladım ki, iqtisadi nəzəriyyəyə görə problemli kreditlər ümumi kreditlərin 3%-ni keçərsə, bu təhlükəli hal sayılır. Azərbaycanda artıq 2,5%-ə çatıb, sürətlə də artır, ilin sonuna, çox güman, 3%-i keçəcək.

Hörmətli hökumət, vəziyyət çox ciddidir, lütfən fərqinə varın, problemlər qar uçqunu kimi artmamış, həlli yollarını tədbiq edin. Kiçik-orta sahibkarlıq boğulur, qiymətlər sürətlə artır, insanların real gəlirləri azalır, iqtisadi daralma yaşanır - daha nə olmalıdır ki, həyəcan siqnalını eşidib, hərəkətə keçəsiniz?!"


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1105   Tarix: 14 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi

Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. BİG.AZ -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək

18:40 27
.

Bu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var - Video

Tanınmış aparıcı Zaur Baxşəliyev Şuşaya səfər edib. "Qafqazinfo"nun məlumatına görə, o, illər əvvəl məcburi köçkün düşdüyü şəhərdə təsirli anlar yaşayıb. Bir vaxtlar parta arxasında əyləşdiyi məktəbə indi yeni nəslin uşaqları ilə birgə baş çəkib. Məktəblilərlə avtobusa minib, onların bir günün

11:02 268
.

Məşhur ticarət mərkəzinin girişində sərnişin avtobusu aşdı - Video

Bakıda Sədərək Ticarət Mərkəzinin girişində 194 nömrəli marşrut avtobusu aşıb. "News24"ə istinadən xəbər verir ki, bunu hadisə şahidləri bildiriblər. Qeyd edilib ki, xəsarət alanlar var. Qəzanın yağışlı hava şəraiti üzündən baş verdiyi bildirilir. [youtube]. [/youtube]

14:54 161
.

3 oktyabr Azərbaycanın gələcək yolunu müəyyənləşdirən tarixi gündür

"3 oktyabr Azərbaycan xalqının və müstəqil dövlətçiliyimizin tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. 1993-cü il oktyabrın 3-də keçirilmiş ümumxalq səsverməsi nəticəsində Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin taleyində mühüm dönüş nöqtəs

15:14 159
.

Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıd

16:28 138
.

3 oktyabr - Azərbaycanın taleyində dönüş nöqtəsi

"3 oktyabr 1993-cü il Azərbaycan tarixinin yaddaşında adi bir seçki günü kimi qalmayıb. Bu tarix müstəqilliyini yenicə bərpa etmiş, lakin müstəqilliyini qoruyub saxlamaq üçün ağır sınaqlardan keçən Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcı kimi tarixə düşüb. Həmin gün Ümummilli lide

15:49 136
.

Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb

Nayrobi-Mombasa magistral yolunda bir neçə avtomobilin kütləvi toqquşması nəticəsində ən azı 17 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Keniya polisisinə istinadən xəbər verir. Polisin məlumatına görə, qəza Salam şəhərində baş verib, belə ki, sahi

15:30 127
.

YAP-ın qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir

"Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı ölkəmizin müasir inkişaf mərhələsinin siyasi, iqtisadi, təhlükəsizlik və xarici siyasət prioritetlərini əhatə edən mühüm konseptual çıxış kimi diqqət

13:12 147
.

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf istiqamətlərini müəyyən edib

"Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı ölkənin keçdiyi tarixi mərhələyə, mövcud geosiyasi reallıqlara və qarşıdakı dövrün strateji prioritetlərinə kompleks baxışın ifadəsi kimi diqqəti cəl

12:56 164
.