Peyk yayımı niyə hamı üçün əlçatan deyil? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA

Peyk yayımı niyə hamı üçün əlçatan deyil? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMAAzərbaycanın orbitdə iki telekommunikasiya peykinin olmasına baxmayaraq, ölkə daxilində fəaliyyət göstərən bir çox internet televiziyası və regional kanallar hələ də peyk üzərindən yayım imkanlarından kənarda qalır. Bu isə informasiya əlçatanlığı baxımından müəyyən suallar doğurur.

Texniki imkanların mövcud olduğu bir şəraitdə, bu kanalların peyk platformasına çıxış əldə edə bilməməsi daha çox maliyyə və inzibati baryerlərlə izah olunur. Nəticədə, peyk yayımı kimi geniş auditoriyaya çıxış imkanı məhdud sayda televiziya qurumlarının əlində cəmlənir.
Peyk yayımı niyə hamı üçün əlçatan deyil? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı media eksperti Nicat Abdullayev BiG.AZ-a açıqlamasında bildirdi ki, Azərbaycan televiziya məkanında aparılan islahatlar, xüsusilə də bayağı və aşağı keyfiyyətli verilişlərin efirdən çıxarılması, ümumi media mühitinin sağlamlaşdırılması baxımından olduqca müsbət və təqdirəlayiq bir prosesdir. Onun sözlərinə görə, bu addımlar efirin keyfiyyətini artırmağa, tamaşaçı zövqünü formalaşdırmağa və televiziya institutuna olan etimadı gücləndirməyə xidmət edir: "Lakin bölgə televiziyalarının ümumrespublika yayımına çıxmaması məsələsinə daha sistemli və peşəkar yanaşmaq lazımdır. Burada əsas məsələ sayın çoxluğu deyil, keyfiyyət faktorudur. Ümumrespublika və ya peyk yayımı (məsələn, Azərkosmos vasitəsilə) sadəcə texniki imkan deyil, eyni zamanda ciddi məsuliyyət tələb edən bir səviyyədir.

Hesab edirəm ki, bölgə televiziyaları ilk növbədə öz daxili inkişaf mərhələsini keçməlidir. Yəni peşəkar və yetərli yaradıcı heyət formalaşdırılmalı, müasir maddi-texniki baza qurulmalı, efir siyasəti və proqram şəbəkəsi (setka) keyfiyyət standartlarına uyğunlaşdırılmalıdır.
Əgər bu komponentlər yetərli deyilsə, həmin kanalların birbaşa ümumrespublika efirinə çıxarılması düzgün olmaz. Bu, əksinə, ümumi televiziya məkanında keyfiyyətin aşağı düşməsinə səbəb ola bilər.

Digər tərəfdən, televiziya fəaliyyəti yalnız ideoloji və ya informasiya missiyası ilə deyil, həm də iqtisadi model üzərində qurulmuş bir sahədir. Yəni istənilən televiziya kanalı - istər yerli, istərsə də bölgə səviyyəsində - ilk növbədə dayanıqlı maliyyə modelinə sahib olmalı, investisiya cəlb etməli və özünü kommersiya baxımından doğrultmalıdır. Peyk yayımı və ya ümumrespublika yayımı isə əlavə xərclər tələb edir və bu, ödənişli əsaslarla həyata keçirilir. Hətta dövlətə məxsus infrastruktur üzərindən yayımlanma belə tam pulsuz deyil.

Bəzi hallarda "niyə daha çox televiziya kanalı yoxdur?" sualı səsləndirilir və bu, qonşu ölkələrlə müqayisə olunur. Lakin burada da əsas meyar say deyil, məzmunun keyfiyyəti, təsir gücü və rəqabət qabiliyyətidir. Çoxsaylı, lakin zəif kontent istehsal edən kanalların olması media mühitinə töhfə vermir.

Bölgə televiziyalarına gəldikdə isə qeyd etməliyəm ki, müəyyən müsbət təşəbbüslər müşahidə olunsa da, onların böyük əksəriyyətinin fəaliyyəti hələ ki, ümumrespublika səviyyəsində rəqabət aparmaq üçün qənaətbəxş hesab oluna bilməz. Bu səbəbdən də onların peyk və ya ümumrespublika yayımına çıxışı mərhələli şəkildə, inkişaf göstəricilərinə uyğun olaraq təmin edilməlidir.

Hesab edirəm ki, dövlətin rolu bu sahədə daha çox təşviqedici mühit yaratmaq, şəffaf qaydalar formalaşdırmaq və keyfiyyətli inkişafı dəstəkləməkdən ibarət olmalıdır. Lakin hər bir televiziya qurumu da öz üzərinə düşən məsuliyyəti dərk etməli, peşəkarlıq və dayanıqlı inkişaf yolu ilə bu mərhələyə çatmalıdır".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 801   Tarix: 15 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi

Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. BİG.AZ -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək

18:40 27
.

Bu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var - Video

Tanınmış aparıcı Zaur Baxşəliyev Şuşaya səfər edib. "Qafqazinfo"nun məlumatına görə, o, illər əvvəl məcburi köçkün düşdüyü şəhərdə təsirli anlar yaşayıb. Bir vaxtlar parta arxasında əyləşdiyi məktəbə indi yeni nəslin uşaqları ilə birgə baş çəkib. Məktəblilərlə avtobusa minib, onların bir günün

11:02 268
.

Məşhur ticarət mərkəzinin girişində sərnişin avtobusu aşdı - Video

Bakıda Sədərək Ticarət Mərkəzinin girişində 194 nömrəli marşrut avtobusu aşıb. "News24"ə istinadən xəbər verir ki, bunu hadisə şahidləri bildiriblər. Qeyd edilib ki, xəsarət alanlar var. Qəzanın yağışlı hava şəraiti üzündən baş verdiyi bildirilir. [youtube]. [/youtube]

14:54 161
.

3 oktyabr Azərbaycanın gələcək yolunu müəyyənləşdirən tarixi gündür

"3 oktyabr Azərbaycan xalqının və müstəqil dövlətçiliyimizin tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. 1993-cü il oktyabrın 3-də keçirilmiş ümumxalq səsverməsi nəticəsində Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin taleyində mühüm dönüş nöqtəs

15:14 159
.

Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıd

16:28 138
.

3 oktyabr - Azərbaycanın taleyində dönüş nöqtəsi

"3 oktyabr 1993-cü il Azərbaycan tarixinin yaddaşında adi bir seçki günü kimi qalmayıb. Bu tarix müstəqilliyini yenicə bərpa etmiş, lakin müstəqilliyini qoruyub saxlamaq üçün ağır sınaqlardan keçən Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcı kimi tarixə düşüb. Həmin gün Ümummilli lide

15:49 136
.

Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb

Nayrobi-Mombasa magistral yolunda bir neçə avtomobilin kütləvi toqquşması nəticəsində ən azı 17 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Keniya polisisinə istinadən xəbər verir. Polisin məlumatına görə, qəza Salam şəhərində baş verib, belə ki, sahi

15:30 127
.

YAP-ın qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir

"Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı ölkəmizin müasir inkişaf mərhələsinin siyasi, iqtisadi, təhlükəsizlik və xarici siyasət prioritetlərini əhatə edən mühüm konseptual çıxış kimi diqqət

13:12 147
.

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf istiqamətlərini müəyyən edib

"Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı ölkənin keçdiyi tarixi mərhələyə, mövcud geosiyasi reallıqlara və qarşıdakı dövrün strateji prioritetlərinə kompleks baxışın ifadəsi kimi diqqəti cəl

12:56 164
.