11 yaşlı uşaq quduzluqdan öldü, atasına cinayət işi açıldı
Rusiyanın Omsk vilayətində 11 yaşlı uşaq quduzluqdan ölüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, uşağı balaca it dişləyib.
Dəfnə kənd sakinləri, sinif yoldaşları və qonşular qatılıb. Jurnalistlərin məlumatına görə, bəzi insanlar yoluxma qorxusundan tabuta yaxınlaşmaqdan çəkiniblər.
Hadisə Bessarabka kəndində baş verib. Qonşunun balaca iti uşağı diz nahiyəsindən dişləyib. Atası yaraya sadəcə "zelyonka" vurub və buna ciddi əhəmiyyət verməyib. Bir neçə gün sonra uşağın hərarəti yüksəlib, lakin onu müayinəyə aparan həkim dişləmə faktından xəbərsiz olduğu üçün kəskin respirator virus infeksiyası diaqnozu qoyub.
Uşağın vəziyyəti qəfil ağırlaşdıqdan sonra o, təcili şəkildə Omsk şəhərində reanimasiya şöbəsinə çatdırılıb. Aprelin 15-i səhər saatlarında İqor vəfat edib.
Atası diaqnozu öyrəndikdən sonra ümidsizlik içində balaca iti boğaraq yaxınlıqda basdırıb. Daha sonra meyit analiz üçün çıxarılıb və quduzluq virusuna yoluxduğu təsdiqlənib.
Hazırda uşağın 2010 və 2011-ci il təvəllüdlü qardaşları xəstəxanada quduzluğa qarşı müalicə alır. Bütün ailə həkim nəzarətindədir.
Hadisə ilə bağlı iki cinayət işi açılıb: feldşer barəsində tibbi yardımın lazımi səviyyədə göstərilməməsi, ata barəsində isə heyvana qarşı qəddar rəftar maddəsi ilə.
Quduzluq sinir sistemini zədələyən ölümcül xəstəlikdir. Yeganə effektiv qorunma üsulu dişləmədən sonra vaxtında vaksinasiya olunmaqdır. Peyvənd vaxtında edilməzsə, yoluxmuş şəxs həyatını itirir. İnkubasiya dövrü bir neçə gündən bir ilə qədər davam edə bilər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 742 Tarix: 19 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYAP qurultayında yeni dövrün siyasi xəritəsi çəkildi
Azərbaycanın siyasi həyatında mühüm hadisələrdən biri baş verdi. Hakim Yeni Azərbaycan Partiyasının sayca VII qurultayı keçirildi. Prezident İlham Əliyevin çıxışı təkcə partiyanın qarşıdakı fəaliyyətinə deyil, Azərbaycanın daxili və xarici siyasətinin əsas istiqamətlərinə dair mühüm mesajlarla yadd
14:21 49 ABŞ raketləri 3 dəfə uzağa uçacaq: Pentaqon tələbləri dəyişdi
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) HIMARS sistemlərində istifadə olunan yeni nəsil raketlər üçün tələbləri sərtləşdirib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, söhbət HIMARS buraxılış qurğusunun özünün dəyişdirilməsindən deyil, onun üçün nəzərdə tutulan raketlərin imkanlarının artırılmasından gedir
11:10 147 Dünyanın ən uzun küçəsi: uzunluğu nə qədərdir, harada yerləşir?
Düşünürsünüz ki, dünyanın ən uzun küçəsi Torontodakı Yonge Street-dir? Onun uzunluğunun 1896 kilometr olduğu illərlə dərsliklərdə yazılıb. Lakin 199-cu ildə Ginnesin Rekordlar Kitabı bu titulu ləğv edib. Hazırda rəsmi rekord başqa bir yola məxsusdur. xarici mediaya istinadən sözügedən yolla bağlı məlumatlar
02.10.2026 235 Endrik "Real Madrid"i bu kluba dəyişə bilər
İtaliya təmsilçisi "Roma" İspaniyanın "Real Madrid" komandasının braziliyalı futbolçusu Endriki yenidən heyətinə qatmaq istəyir. Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 20 yaşlı hücumçunun icarəsi ilə bağlı danışıqları qış transfer pəncərəsində yenidən başlatmağ
02.10.2026 216 Azərbaycanda film kimi DƏLƏDUZLUQ: bir adamı illərlə aldatdı
Lerikdə dələduzluq edən həbs olunub. -ın əldə etdiyi xəbərə görə, 49 yaşlı Nüsrət Kərimov (şərti adla) təkrar dələduzluq etməkdə təqsirli bilinir. İttiham aktına görə, o, nəvəsinin kəsilən təqaüdünü bərpa etdirmək istəyən Tanrıverdi Məlikova (şərti adla) kömək edəcəyini bildirib. Nüsrət Tanrıverdiy
02.10.2026 302 Hərəkət edin, xoşbəxt olun - ARAŞDIRMA
Gün ərzində fiziki aktiv olmaq təkcə bədən sağlamlığı üçün deyil, insanın əhvalı üçün də faydalı ola bilər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, "Nature Human Behaviour" jurnalında dərc olunan araşdırmada alimlər 8 223 nəfərin məlumatlarını təhlil ediblər. Tədqiqat 14 ölkədən 67 məluma
10:29 173 "Düşmənçilik edən ölkələrin yüksəkvəzifəli nümayəndələri Azərbaycanda görüşürlər" - Video
"Təkcə son ayın hadisələrini xatırlatmaq kifayətdir ki, hər kəs görsün, bir-birinə, deməli, düşmənçilik edən ölkələrin yüksəkvəzifəli nümayəndələri beynəlxalq tədbirlər çərçivəsində Azərbaycanda görüşürlər". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Yeni Azərbayca
11:21 141 Azərbaycanın geostrateji rolu artmaqdadır
Prezident İlham Əliyev oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı zamanı bildirib ki, Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi üçün nə qədər böyük səylər göstərdiyini və burada da birləşdirici rol oynadığımı hamı yaxşı bilir. Dövlət başçısı Azərbaycanın həm tarixi, hə
14:14 72 Yağıntılı havanın nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıd
10:21 171