"Subaylar daha çox yoluxurlar" - Ağır xəstəliyin səbəbi barədə xəbər hamını şoka saldı - VİDEO

"Subaylar daha çox yoluxurlar" - Ağır xəstəliyin səbəbi barədə xəbər hamını şoka saldı - VİDEOSubay insanlarda xərçəngə tutulma riskinin daha yüksək ola biləcəyi iddia edilir.

Mayami Universiteti tədqiqatçılarının 2015-2022-ci illəri əhatə edən araşdırması bu nəticəyə gəlməyə əsas verib.

Tədqiqata əsasən, heç vaxt evlənməmiş kişilərdə xərçəngə tutulma ehtimalı evli həmkarları ilə müqayisədə 68%, qadınlarda isə 85% daha yüksəkdir. Lakin mütəxəssislər evliliyin birbaşa xərçəngdən qoruduğu fikri ilə razılaşmırlar. Onların qənaətinə görə, əsas faktor ailə vəziyyəti deyil, həyat keyfiyyətidir.

Həkim-mütəxəssis Adil Qeybulla Baku TV-yə bildirib ki, onkoloji xəstəliklərin yaranmasında əsas rolu genetik və ekoloji faktorlar oynayır:

"Kanserogen maddələr siqaret tüstüsündə, avtomobil qazlarında, neft məhsullarında və bəzi qidalarda mövcuddur. Həmçinin müəyyən viruslar və uzunmüddətli xroniki infeksiyalar da xəstəliyin yaranmasına səbəb ola bilər. Subay qadınlarda yumurtalıq və süd vəzi xərçənginə də tez-tez rast gəlinir".

Həkim qeyd edib ki, subay insanlar adətən daha sərbəst həyat tərzi keçirir, qidalanma rejiminə, siqaret və alkoqol istifadəsinə daha az məhdudiyyət qoyurlar. Lakin o, sosial amillərlə bağlı bu cür yanaşmaların hər zaman güclü elmi əsasının olmadığını da vurğulayıb.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 568   Tarix: 19 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Moldovanın baş naziri Muntyanu istefa verib

Moldovanın Baş naziri Aleksandru Muntyanu cümə günü gözlənilməz bir açıqlama ilə istefa verdiyini bildirib və bu, hökumətin istefasına səbəb olub. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, 2025-ci ilin noyabr ayından bəri Avropa Birliyinə namizəd ölkənin baş naziri vəzifəsində çalışan Munteanu qərar

14:38 151
.

Sabah Azərbaycanda 36 dərəcə isti olacaq

Azərbaycanda iyulun 4-də 36 dərəcə isti gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-2

13:52 172
.

ABŞ-ın Müstəqillik Günü: 250 illik azadlıq ənənəsi - KÖŞƏ YAZISI

Sabah ABŞ-da Müstəqillik Günü qeyd olunacaq. 1776-cı il iyulun 4-də qəbul edilən Müstəqillik Bəyannaməsi ilə ölkə Böyük Britaniyadan ayrıldığını elan edib və müstəqil dövlət kimi tarixə qədəm qoyub. Bu il isə ABŞ tarixində xüsusi əhəmiyyət daşıyır, çünki ölkə müstəqilliyinin 250 illiyini qeyd edir. Laki

10:16 185
.

Medvedevin xəbərdarlığından sonra Finlandiyada Ukraynaya dəstəyə etiraz

Finlandiyanın Azadlıq Alyansı Partiyasının üzvü Armando Mema, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin xəbərdarlığından sonra Finlandiya hökumətinin Ukraynaya göstərdiyi hərbi dəstəyi tənqid edib. xəbər verir ki, siyasətçi bununla bağlı fikirlərini X sosial şəbəkəsində paylaşdığ

10:57 177
.

Şəkidə 5 nəfəri it dişlədi

Şəkidə biri azyaşlı olmaqla 5 nəfəri küçə iti dişləyib. BİG.AZ-ın "Report"a istinadən məlumatına görə, hadisə ötən gün axşam saatlarında Şəkinin Dodu məhəlləsi adlanan ərazisində baş verib. Belə ki, küçə iti 38 yaşlı Taleh Yusifov, 56 yaşlı Mehman Cabbarov, 36 yaşlı Xəyalə Mirzəyeva, 30 yaşl

13:26 185
.

Rusiya ordusu Kiyevdə "Flamingo" raketlərini istehsal edən zavoda zərbə endirib

Rusiya ordusu ötən gecə Kiyev şəhəri və Kiyev vilayətində yerləşən hərbi təyinatlı obyektlərə və enerji infrastrukturu obyektlərinə uzaq mənzilli və yüksək dəqiqlikli raketlər və dronlarla kütləvi zərbə endirib. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumat

02.07.2026 344
.

Dünyanın ən təmiz çimərlikləri haradadır? (SİYAHI)

İspaniya ardıcıl ikinci il "Blue Flag" ("Mavi bayraq") ekoloji sertifikatına layiq görülən çimərliklərin sayına görə dünya lideri olub. Qaynarinfo xəbər verir ki, bu barədə "Conde Nast Traveler" nəşri məlumat yayıb. "Blue Flag" sertifikatı yalnız təmiz suya v

02.07.2026 347
.

Alimlərdən mühüm kəşf: Sirli yeraltı "külək" ABŞ-dakı supervulkanı qidalandırır

Alimlər ABŞ-da yerləşən Yellouston supervulkanını qidalandıran mexanizmlə bağlı mühüm kəşf etdiklərini bildiriblər. Araşdırmaya görə, vulkanın fəaliyyəti Yer mantiyasında formalaşan və "yeraltı külək" adlandırılan genişmiqyaslı axınla əlaqəli ola bilər. Qaynarinfo xəbər verir ki, "India

02.07.2026 311
.

Azərbaycan nümayəndə heyəti İrandadır

Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak üçün Tehrana gedib. xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycanın nümayəndə heyətini hava limanında parlament sədri Məhəmməd Baqir Qalibafın müavini qarşılayıb. Qeyd edək ki, İran

15:13 173
.

TOP MP3