Qoşulmama Hərəkatının parlament qərargahı Bakıda yaradılır
Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərargahının yaradılması barədə qərar İstanbulda keçirilən 5-ci Konfransda qəbul olunub. Tədbirdə 50-yə yaxın ölkə və beynəlxalq təşkilatdan təxminən 130 nümayəndə iştirak edib. Konfrans çərçivəsində İstanbul Bəyannaməsi də qəbul edilib.
Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Turan Rzayev bildirib ki, Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra dünyanın ikinci ən böyük beynəlxalq platforması hesab olunur. Azərbaycanın hərəkatdakı liderlik dövrü təşkilat tarixinin ən aktiv mərhələlərindən biri kimi qiymətləndirilir. Xüsusilə COVID-19 pandemiyası zamanı həmrəylik təşəbbüsləri, videokonfrans formatında zirvələrin təşkili və Prezident İlham Əliyevin vaksinlərə bərabər çıxış məsələsini gündəmə gətirməsi bu dövrün əsas nümunələri kimi göstərilir:
"Parlament Şəbəkəsinin daimi qərargahının Bakıda yerləşdirilməsi Azərbaycanın təşkilat daxilində rolunun artması və bu istiqamətdə fəaliyyətinin nəticəsi kimi dəyərləndirilir.
Parlament diplomatiyası dövlət başçıları səviyyəsində aparılan ənənəvi danışıqlardan fərqli olaraq daha çevik və çoxşaxəli əməkdaşlıq imkanları yaradır. Bu çərçivədə müxtəlif ölkələrin parlament üzvləri arasında davamlı əlaqələr formalaşır və qeyri-rəsmi təsir mexanizmləri inkişaf edir. Qərargahın Bakıda yerləşməsi isə bu əlaqələrin bir hissəsinin məhz Azərbaycanda qurulmasına, tədbir və müzakirələrin burada təşkili imkanına şərait yaradır.
Eyni zamanda, bu addım Azərbaycanın beynəlxalq platformada mövqelərini daha geniş auditoriyaya çatdırmaq imkanlarını artırır. Xüsusilə inkişaf etməkdə olan ölkələr arasında siyasi koordinasiya baxımından Azərbaycan artıq təkcə iştirakçı deyil, həm də platforma təmin edən aktor kimi çıxış edir ki, bu da gündəmin formalaşmasına dolayı təsir imkanları yaradır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 722 Tarix: 20 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYAP qurultayında yeni dövrün siyasi xəritəsi çəkildi
Azərbaycanın siyasi həyatında mühüm hadisələrdən biri baş verdi. Hakim Yeni Azərbaycan Partiyasının sayca VII qurultayı keçirildi. Prezident İlham Əliyevin çıxışı təkcə partiyanın qarşıdakı fəaliyyətinə deyil, Azərbaycanın daxili və xarici siyasətinin əsas istiqamətlərinə dair mühüm mesajlarla yadd
14:21 49 ABŞ raketləri 3 dəfə uzağa uçacaq: Pentaqon tələbləri dəyişdi
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) HIMARS sistemlərində istifadə olunan yeni nəsil raketlər üçün tələbləri sərtləşdirib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, söhbət HIMARS buraxılış qurğusunun özünün dəyişdirilməsindən deyil, onun üçün nəzərdə tutulan raketlərin imkanlarının artırılmasından gedir
11:10 147 Dünyanın ən uzun küçəsi: uzunluğu nə qədərdir, harada yerləşir?
Düşünürsünüz ki, dünyanın ən uzun küçəsi Torontodakı Yonge Street-dir? Onun uzunluğunun 1896 kilometr olduğu illərlə dərsliklərdə yazılıb. Lakin 199-cu ildə Ginnesin Rekordlar Kitabı bu titulu ləğv edib. Hazırda rəsmi rekord başqa bir yola məxsusdur. xarici mediaya istinadən sözügedən yolla bağlı məlumatlar
02.10.2026 235 Endrik "Real Madrid"i bu kluba dəyişə bilər
İtaliya təmsilçisi "Roma" İspaniyanın "Real Madrid" komandasının braziliyalı futbolçusu Endriki yenidən heyətinə qatmaq istəyir. Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 20 yaşlı hücumçunun icarəsi ilə bağlı danışıqları qış transfer pəncərəsində yenidən başlatmağ
02.10.2026 216 Azərbaycanda film kimi DƏLƏDUZLUQ: bir adamı illərlə aldatdı
Lerikdə dələduzluq edən həbs olunub. -ın əldə etdiyi xəbərə görə, 49 yaşlı Nüsrət Kərimov (şərti adla) təkrar dələduzluq etməkdə təqsirli bilinir. İttiham aktına görə, o, nəvəsinin kəsilən təqaüdünü bərpa etdirmək istəyən Tanrıverdi Məlikova (şərti adla) kömək edəcəyini bildirib. Nüsrət Tanrıverdiy
02.10.2026 302 Hərəkət edin, xoşbəxt olun - ARAŞDIRMA
Gün ərzində fiziki aktiv olmaq təkcə bədən sağlamlığı üçün deyil, insanın əhvalı üçün də faydalı ola bilər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, "Nature Human Behaviour" jurnalında dərc olunan araşdırmada alimlər 8 223 nəfərin məlumatlarını təhlil ediblər. Tədqiqat 14 ölkədən 67 məluma
10:29 173 "Düşmənçilik edən ölkələrin yüksəkvəzifəli nümayəndələri Azərbaycanda görüşürlər" - Video
"Təkcə son ayın hadisələrini xatırlatmaq kifayətdir ki, hər kəs görsün, bir-birinə, deməli, düşmənçilik edən ölkələrin yüksəkvəzifəli nümayəndələri beynəlxalq tədbirlər çərçivəsində Azərbaycanda görüşürlər". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Yeni Azərbayca
11:21 141 Azərbaycanın geostrateji rolu artmaqdadır
Prezident İlham Əliyev oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı zamanı bildirib ki, Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi üçün nə qədər böyük səylər göstərdiyini və burada da birləşdirici rol oynadığımı hamı yaxşı bilir. Dövlət başçısı Azərbaycanın həm tarixi, hə
14:14 72 Yağıntılı havanın nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıd
10:21 171