Aktyor və həyat yoldaşı bir-birini bıçaqlayıb ÖLDÜRDÜ
Rusiyanın Moskva vilayətindəki "Fest" teatrının 28 yaşlı aktyoru Vladislav Benqraf və teatrın qrim sexinin müdiri olan 23 yaşlı həyat yoldaşı Yevgeniya öz mənzillərində baş verən qanlı münaqişə zamanı həyatlarını itiriblər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Moskva vilayət prokurorluğunun məlumatına görə, aprelin 19-na keçən gecə baş verən mübahisə zamanı tərəflər bir-birinə ölümcül bıçaq xəsarətləri yetiriblər. İlkin məlumata görə, münaqişənin kəskinləşməsinə səbəb qadının boşanmaq niyyəti olub.
Kişi həyat yoldaşının boyun və sinə nahiyəsinə bir neçə zərbə endirib, bundan sonra istintaqın məlumatına görə, qadın da özünü müdafiə etmək üçün bıçağa əl atıb. Hər iki şəxs ağır xəsarətlər alaraq təcili yardım gələnə qədər hadisə yerində dünyasını dəyişib. Qonşular mənzildən gələn səs-küy və qışqırıqları eşidərək fövqəladə xidmətləri çağırıblar.
Cütlüyə yaxın mənbələrin verdiyi məlumata görə, onların münasibətləri uzun müddətdir ki, qeyri-sabit olub. Yevgeniya ərinin davranışları səbəbindən güclü emosional gərginlik keçirirdi; Vladislav dəfələrlə münaqişə yaradır, sonra üzr istəyir, daha sonra isə eyni vəziyyət yenidən təkrarlanırdı. Nəticədə qadın ayrılmaq qərarına gəlib və ərindən evdən köçməsini xahiş edib.
Faciə ərəfəsində Yevgeniya rəfiqəsinin ad günündə olub. Vladislav isə həmin gün müvəqqəti qaldığı qayınanasının evindən çıxaraq əvvəlcə teatra baş çəkib, sonra dostları ilə görüşüb. Daha sonra o, Mıtışşidəki mənzilə - həyat yoldaşının yanına gəlib və burada həmin məşum münaqişə baş verib.
Hər iki şəxs "Fest" Teatrı ilə bağlı idi. Vladislav "Sirano de Berjerak", "Mafiozi" və digər tamaşalarda rol alıb. Yevgeniya isə teatrın qrim sexinə rəhbərlik edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1038 Tarix: 20 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYAP-ın VIII Qurultayı - yeni siyasi reallıqlara doğru
"Yeni Azərbaycan Partiyasının VII qurultayında Prezident İlham Əliyevin çıxışı ölkənin yeni tarixi şəraitdə inkişaf istiqamətlərinin təqdimatı kimi diqqət çəkir. Çıxışda Azərbaycanın son onilliklərdə keçdiyi yol, əldə olunan nəticələr, dəyişən regional və beynəlxalq mənzərə, eləcə də gələcək üçü
13:03 94 Dünyanın ən uzun küçəsi: uzunluğu nə qədərdir, harada yerləşir?
Düşünürsünüz ki, dünyanın ən uzun küçəsi Torontodakı Yonge Street-dir? Onun uzunluğunun 1896 kilometr olduğu illərlə dərsliklərdə yazılıb. Lakin 199-cu ildə Ginnesin Rekordlar Kitabı bu titulu ləğv edib. Hazırda rəsmi rekord başqa bir yola məxsusdur. xarici mediaya istinadən sözügedən yolla bağlı məlumatlar
02.10.2026 234 "Məni "Söylü"yə oxşatmayın"
Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mə
02.10.2026 273 "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır" - Video
"Bu gün qarşıda duran vəzifələrlə bağlı bəzi fikirlərimi bölüşmək istərdim. Çünki mən görüləcək işlərlə bağlı vaxtaşırı açıqlamalar verirəm, müsahibələrdə və çıxışlarımda da. Hesab edirəm ki, dünyada vəziyyət o qədər tez dəyişir ki, buna bu gün də ehtiyac var". "Qafqazinfo" xəbə
12:20 116 Azərbaycan öz milli maraqlarından geri çəkilmir
"Yeni Azərbaycan Partiyasının VII Qurultayında Prezident İlham Əliyev ölkəmizin qarşıdakı dövrdə siyasi, iqtisadi, təhlükəsizlik və ideoloji istiqamətlərini müəyyən edən mesajlar verdi. Dövlət başçımız Azərbaycanın əldə etdiyi nəticələri, eyni zamanda yeni mərhələnin əsas prioritetlərini bəyan etdi
13:36 60 Hərəkət edin, xoşbəxt olun - ARAŞDIRMA
Gün ərzində fiziki aktiv olmaq təkcə bədən sağlamlığı üçün deyil, insanın əhvalı üçün də faydalı ola bilər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, "Nature Human Behaviour" jurnalında dərc olunan araşdırmada alimlər 8 223 nəfərin məlumatlarını təhlil ediblər. Tədqiqat 14 ölkədən 67 məluma
10:29 166 Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video
Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Məlumat -ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilib. "Bakıxanov küçəsi, 2 ünvanında yerləşən "Scalini" restoranının havalandırma sisteminə quraşdırılmı
02.10.2026 242 Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi, Laçın əməliyyatı və antiterror əməliyyatlarında iştirak edən şəhid Abbasov Zamin Xaqani oğlunun anası Sevda xanım Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. xəbər verir ki, müraciətin səbəbi Sevinc Hüseynovanın onu təhqir etməsi ilə bağlıdır. Şəhidi
11:51 194 Sizə aşiq olan oğlanı rədd etməyin 4 təsirli yolu
Qadınla kişi arasında dostluq səmimi və romantik hisslərdən uzaq ola bilər. Lakin bəzən tərəflərdən biri bu münasibəti sevgiyə çevirmək istəyir. Hisslər qarşılıqlı olmadıqda isə dostluğu qorumaq və qarşı tərəfə yanlış ümid verməmək çətinləşir. xəbər verir ki, belə vəziyyətlərdə şəxsi sərhədləri aydı
02.10.2026 239