Neft xilas etmədi: Rusiya iqtisadiyyatı çətin vəziyyətdə... - FT
Rusiya iqtisadiyyatı ağır vəziyyətdədir və neft qiymətlərinin artmasına baxmayaraq hələ də tam bərpa olunmayıb. Üstəlik, rəqəmlərin real vəziyyəti gizlətmək üçün "düzəldildiyi" iddia olunur.
Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times" nəşrinə İsveçin hərbi kəşfiyyat və təhlükəsizlik xidmətinin rəhbəri Tomas Nilsson bildirib.
Nilssonun sözlərinə görə, Moskva iqtisadi göstəriciləri Qərb auditoriyasını aldatmaq və sanksiyalara baxmayaraq iqtisadiyyatın davamlı olduğu görüntüsünü yaratmaq üçün manipulyasiya edir.
Neftdən asılılıq və büdcə təzyiqi
Onun fikrincə, Rusiyanın əsas ixrac markası olan "Urals" neftinin qiyməti büdcə kəsirini bağlamaq üçün ilboyu 100 dollardan yuxarı qalmalıdır. Daha uzunmüddətli sabitlik üçün isə bundan da yüksək gəlirlər tələb olunur.
Rusiya prezidenti Vladimir Putin də iqtisadiyyatın gözləniləndən zəif işlədiyini etiraf edib. O, neft gəlirlərində müvəqqəti artımın uzunmüddətli həll olmayacağını bildirib.
Hərbi sektor da təzyiq altındadır
Nilsson qeyd edir ki, iqtisadi problemlər artıq müdafiə sektoruna da yayılıb. Müharibə şəraitində iqtisadi artımın əsas hissəsi bu sahədən gəlir, lakin mülki sektor zəifdir.
Onun sözlərinə görə, pilotsuz uçuş aparatları istisna olmaqla, Rusiya hərbi sənaye kompleksi zərər içindədir, korrupsiya və vəsait mənimsənilməsi ilə üzləşib və dövlət banklarının kreditlərinə ciddi şəkildə bağlıdır.
İsveç kəşfiyyatının məlumatlarına əsasən, Rusiya Qərbi çaşdırmaq üçün iqtisadi məlumatları sistemli şəkildə dəyişdirir.
Rəsmi göstəricilər və iddia olunan fərqlər
Rəsmi rəqəmlərə görə, Putin yanvar və fevral aylarında ÜDM-in 1,8% azaldığını bildirib. Xüsusilə sənaye istehsalı və tikinti kimi hərbi baxımdan vacib sahələrdə geriləmə qeydə alınıb.
Nilssonun fikrincə, real vəziyyət daha pisdir. Onun iddiasına görə, Rusiya Mərkəzi Bankı inflyasiyanı aşağı göstərir: rəsmi 5,86% əvəzinə real rəqəm 15%-ə yaxın ola bilər. O, həmçinin Almaniyanın xarici kəşfiyyat xidməti BND ilə razılaşaraq büdcə kəsirinin 30 milyard dollar az göstərildiyini deyir.
"Əgər siz Putinin sistemini qurmusunuzsa, iqtisadiyyatın nə qədər pis olduğunu tam görməyə bilərsiniz. Amma saxta məlumatlarla belə, sonda reallıqdan qaçmaq mümkün deyil", deyə Nilsson bildirib.
"Rusiya borc hesabına yaşayır"
Nilssonun sözlərinə görə, Rusiya iqtisadiyyatı borc və dövlət maliyyələşməsi hesabına dayanır. O hesab edir ki, iqtisadiyyat ya uzunmüddətli tənəzzül, ya da kəskin böhran ssenarisinə doğru gedir və hər iki halda nəticə maliyyə çöküşü ola bilər.
Siyasi məqsədlər barədə iddialar
Nilsson əlavə edir ki, Moskva ABŞ vasitəçiliyi ilə aparılan sülh danışıqlarını "siyasi tamaşa" kimi qiymətləndirir və əsas məqsədin Putinin ərazi iddialarını gizlətmək olduğunu düşünür.
Onun sözlərinə görə, Rusiya yalnız Donbasla kifayətlənməyə bilər, Ukraynanı Qara dəniz sahillərindən, o cümlədən Odessa şəhərindən məhrum etməyə çalışa bilər. Hətta Kiyevin də gələcək danışıqlarda müzakirə predmeti ola biləcəyi istisna edilmir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 757 Tarix: 20 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ raketləri 3 dəfə uzağa uçacaq: Pentaqon tələbləri dəyişdi
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) HIMARS sistemlərində istifadə olunan yeni nəsil raketlər üçün tələbləri sərtləşdirib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, söhbət HIMARS buraxılış qurğusunun özünün dəyişdirilməsindən deyil, onun üçün nəzərdə tutulan raketlərin imkanlarının artırılmasından gedir
11:10 125 Suqovuşan qəsəbəsi və Talış kəndinin erməni işğalından azad edilməsindən 6 il ötür
Bu gün Ağdərə rayonunun Suqovuşan qəsəbəsinin və Talış kəndinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən altı il ötür. BİG.AZ "Report"a istinadən xatırladır ki, 2020-ci il oktyabrın 3-də Azərbaycan Ordusu hər iki kəndi erməni işğalçılarından təmizləyib. Həmin gün Suqovuşa
10:27 130 Putin nəvələrinin gələcək peşəsini - Açıqladı
Rusiya Prezidenti Vladimir Putin nəvələri barədə danışıb. "Qafqazinfo" xəbər verir ki, Putin bu haqda "Valday" Diskussiya Klubunun plenar iclasındakı çıxışı zamanı qısa məlumat verib. "Nəvələrim tərcüməçi kimi işləyəcəklər, onlar çin dilində danışırlar!" - deyə Rusiya lider
02.10.2026 305 "Məni "Söylü"yə oxşatmayın"
Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mə
02.10.2026 268 Suverenlik Azərbaycanın xarici siyasət strategiyasıdır
"Prezident İlham Əliyevin oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VII Qurultayındakı çıxışı ölkənin hazırkı inkişaf mərhələsinin mühüm xüsusiyyətlərindən birini aydın şəkildə ortaya qoydu: artıq bu gün suverenlik yalnız hüquqi kateqoriya və ya ərazi bütövlüyünün bərpasının nəticəsi kimi nəzərdə
13:20 0 Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs
02.10.2026 409 Azərbaycan öz milli maraqlarından geri çəkilmir
"Yeni Azərbaycan Partiyasının VII Qurultayında Prezident İlham Əliyev ölkəmizin qarşıdakı dövrdə siyasi, iqtisadi, təhlükəsizlik və ideoloji istiqamətlərini müəyyən edən mesajlar verdi. Dövlət başçımız Azərbaycanın əldə etdiyi nəticələri, eyni zamanda yeni mərhələnin əsas prioritetlərini bəyan etdi
13:36 0 Azərbaycanda film kimi DƏLƏDUZLUQ: bir adamı illərlə aldatdı
Lerikdə dələduzluq edən həbs olunub. -ın əldə etdiyi xəbərə görə, 49 yaşlı Nüsrət Kərimov (şərti adla) təkrar dələduzluq etməkdə təqsirli bilinir. İttiham aktına görə, o, nəvəsinin kəsilən təqaüdünü bərpa etdirmək istəyən Tanrıverdi Məlikova (şərti adla) kömək edəcəyini bildirib. Nüsrət Tanrıverdiy
02.10.2026 299 Bu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var - Video
Tanınmış aparıcı Zaur Baxşəliyev Şuşaya səfər edib. "Qafqazinfo"nun məlumatına görə, o, illər əvvəl məcburi köçkün düşdüyü şəhərdə təsirli anlar yaşayıb. Bir vaxtlar parta arxasında əyləşdiyi məktəbə indi yeni nəslin uşaqları ilə birgə baş çəkib. Məktəblilərlə avtobusa minib, onların bir günün
11:02 179