Vergi ödəmirsən? Səni nə gözləyir - cərimə, yoxsa həbs?

Vergi ödəmirsən? Səni nə gözləyir - cərimə, yoxsa həbs?"Azərbaycan Respublikasının Vergilər Məcəlləsinə əsasən, vergi hesabatlarının və digər məlumatların təqdim edilməməsi və ya gecikdirilməsi maliyyə sanksiyalarına səbəb olur".

Bunu BiG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib.

O, qeyd edib ki, Qanunvericiliyə görə, vergi hesabatının və məlumatların vaxtında təqdim edilməməsinə görə 40 manatdan başlayaraq 10 000 manata qədər cərimələr tətbiq oluna bilər:

"Az miqdarda vergilərin, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarının ödənilməsindən yayınma inzibati məsuliyyət yaradır. Bu halda cərimə məbləği ödənilməmiş vəsaitin 30%-dən 70%-dək hissəsini təşkil edir. "Az miqdar" dedikdə 50 000 manata qədər olan məbləğ nəzərdə tutulur.
Vergi ödəmirsən? Səni nə gözləyir - cərimə, yoxsa həbs?Eyni zamanda, bu əməli ilk dəfə törətmiş şəxs vurulmuş ziyanı tam ödədiyi halda inzibati məsuliyyətdən azad edilə bilər.

Vergi və digər ödənişlərdən yayınma "xeyli miqdar" təşkil etdikdə artıq cinayət məsuliyyəti yaranır. Bu zaman təqsirli şəxs vurulmuş ziyanın iki mislindən üç mislinədək cərimə, iki ilədək islah işləri və ya üç ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

Əməlin mütəşəkkil dəstə tərəfindən və ya külli miqdarda törədilməsi daha ağır cəzalarla nəticələnir. Bu halda üç ildən beş ilədək azadlıqdan məhrumetmə və ya ziyanın üç misli miqdarında cərimə tətbiq edilə bilər.

Xüsusilə külli miqdarda törədilmiş hallarda isə cəza daha da sərtləşir: ziyanın dörd misli miqdarında cərimə və ya beş ildən yeddi ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Qanunvericiliyə əsasən:

"xeyli miqdar" - 50 000 manatdan 200 000 manatadək,
"külli miqdar" - 200 000 manatdan 500 000 manatadək,
"xüsusilə külli miqdar" - 500 000 manatdan yuxarı məbləğ hesab olunur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 792   Tarix: 21 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

YAP-ın VIII Qurultayı - yeni siyasi reallıqlara doğru

"Yeni Azərbaycan Partiyasının VII qurultayında Prezident İlham Əliyevin çıxışı ölkənin yeni tarixi şəraitdə inkişaf istiqamətlərinin təqdimatı kimi diqqət çəkir. Çıxışda Azərbaycanın son onilliklərdə keçdiyi yol, əldə olunan nəticələr, dəyişən regional və beynəlxalq mənzərə, eləcə də gələcək üçü

13:03 94
.

Dünyanın ən uzun küçəsi: uzunluğu nə qədərdir, harada yerləşir?

Düşünürsünüz ki, dünyanın ən uzun küçəsi Torontodakı Yonge Street-dir? Onun uzunluğunun 1896 kilometr olduğu illərlə dərsliklərdə yazılıb. Lakin 199-cu ildə Ginnesin Rekordlar Kitabı bu titulu ləğv edib. Hazırda rəsmi rekord başqa bir yola məxsusdur. xarici mediaya istinadən sözügedən yolla bağlı məlumatlar

02.10.2026 234
.

"Məni "Söylü"yə oxşatmayın"

Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mə

02.10.2026 273
.

"Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır" - Video

"Bu gün qarşıda duran vəzifələrlə bağlı bəzi fikirlərimi bölüşmək istərdim. Çünki mən görüləcək işlərlə bağlı vaxtaşırı açıqlamalar verirəm, müsahibələrdə və çıxışlarımda da. Hesab edirəm ki, dünyada vəziyyət o qədər tez dəyişir ki, buna bu gün də ehtiyac var". "Qafqazinfo" xəbə

12:20 116
.

Azərbaycan öz milli maraqlarından geri çəkilmir

"Yeni Azərbaycan Partiyasının VII Qurultayında Prezident İlham Əliyev ölkəmizin qarşıdakı dövrdə siyasi, iqtisadi, təhlükəsizlik və ideoloji istiqamətlərini müəyyən edən mesajlar verdi. Dövlət başçımız Azərbaycanın əldə etdiyi nəticələri, eyni zamanda yeni mərhələnin əsas prioritetlərini bəyan etdi

13:36 60
.

Hərəkət edin, xoşbəxt olun - ARAŞDIRMA

Gün ərzində fiziki aktiv olmaq təkcə bədən sağlamlığı üçün deyil, insanın əhvalı üçün də faydalı ola bilər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, "Nature Human Behaviour" jurnalında dərc olunan araşdırmada alimlər 8 223 nəfərin məlumatlarını təhlil ediblər. Tədqiqat 14 ölkədən 67 məluma

10:29 166
.

Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video

Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Məlumat -ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilib. "Bakıxanov küçəsi, 2 ünvanında yerləşən "Scalini" restoranının havalandırma sisteminə quraşdırılmı

02.10.2026 242
.

Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi

Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi, Laçın əməliyyatı və antiterror əməliyyatlarında iştirak edən şəhid Abbasov Zamin Xaqani oğlunun anası Sevda xanım Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. xəbər verir ki, müraciətin səbəbi Sevinc Hüseynovanın onu təhqir etməsi ilə bağlıdır. Şəhidi

11:51 194
.

Sizə aşiq olan oğlanı rədd etməyin 4 təsirli yolu

Qadınla kişi arasında dostluq səmimi və romantik hisslərdən uzaq ola bilər. Lakin bəzən tərəflərdən biri bu münasibəti sevgiyə çevirmək istəyir. Hisslər qarşılıqlı olmadıqda isə dostluğu qorumaq və qarşı tərəfə yanlış ümid verməmək çətinləşir. xəbər verir ki, belə vəziyyətlərdə şəxsi sərhədləri aydı

02.10.2026 239
.