"Azərsun Holdinq"in dəstəyi ilə "Vikipediya"nın 25 illiyi qeyd olundu - Fotolar

"Azərsun Holdinq"in dəstəyi ilə "Vikipediya"nın 25 illiyi qeyd olundu - Fotolar"Azərsun Holdinq" doğma dilimizin qorunması və xüsusən də rəqəmsal məcrada inkişaf etdirilməsi məqsədilə layihələrini davam etdirir. Bu layihələr çərçivəsində şirkətlər qrupu "Vikimedia Azərbaycan" İstifadəçi Qrupu ilə birgə "Azərbaycan dilinin rəqəmsal ensiklopediyası: #Vikipediya 25" adlı tədbir təşkil edib.

Panel-müzakirə formatında keçirilən tədbirdə dövlət rəsmiləri, millət vəkilləri "Azərsun Holdinq"in rəhbər heyəti, Azərbaycan Vikipediya icmasının və "Vikimedia Azərbaycan" İstifadəçi Qrupunun üzvləri, Vikimedia Fondunun Mərkəzi və Şərqi Avropa ölkələri üzrə regional qovşağı layihəsinin koordinatoru Barbara Klen iştirak ediblər. Müzakirələrdə Azərbaycan dilində Vikipediyanın zənginləşdirilməsi və süni intellekt dövründə bu platformanın vacibliyi əsas yer tutub.

"Vikimedia Azərbaycan" İstifadəçi Qrupunun İdarə Heyəti sədrinin müavini Aida Aslanova çıxışında Vikipediyada yer alan 200 min məqalənin arxasında böyük və fədakar bir icmanın dayandığını, əlavə olunan hər bir məqalənin isə gələcək nəsillər üçün qiymətli miras olduğunu bildirib. Bu icma Azərbaycanca Vikipediyada Azərbaycan dilini, mədəni irsini, tarixi şəxsiyyətlərini bu platforma vasitəsilə dünyaya çatdırır.

"Azərsun Holdinq"in baş direktorunun müavini Nazim Quliyev çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğma dilimizlə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq Şirkətlər Qrupunun bu istiqamətdə müxtəlif layihələrin icrasına başladığını bildirib. O, həyata keçirilən "vikisun.az" layihəsi çərçivəsində şirkətin əməkdaşları tərəfindən Azərbaycanca Vikipediyaya 5 minə yaxın ensiklopedik məqalə əlavə etdiyini də qeyd edib.

"Azərsun Holdinq"in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rza Məmmədov qeyd edib ki, Şirkətlər Qrupu 35 ildir ki, ölkənin qida təhlükəsizliyini təmin etməklə bərabər müxtəlif istiqamətdə sosial layihələr həyata keçirib: "Bu il Azərbaycan dili korporativ sosial məsuliyyət üzrə əsas istiqamətimizdir. Məqsədimiz illərdir ki, Vikipediyaya məqalə yerləşdirən gənclərə dəstək olmaqdır".

Tədbir çərçivəsində icmanın aktiv üzvlərinə müxtəlif mükafatlar və təşəkkürnamələr verilib. Eyni zamanda, "Vikimedia Azərbaycan" İstifadəçi Qrupu tərəfindən "Azərsun Holdinq"in Müşahidə Şurasının sədri Tahir Gözelə, gənclər və idman naziri Fərid Qayıbova, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyevaya təşəkkürnamələr təqdim olunub.

"Azərsun Holdinq"in dəstəyi ilə "Vikipediya"nın 25 illiyi qeyd olundu - Fotolar"Azərsun Holdinq"in dəstəyi ilə "Vikipediya"nın 25 illiyi qeyd olundu - Fotolar"Azərsun Holdinq"in dəstəyi ilə "Vikipediya"nın 25 illiyi qeyd olundu - Fotolar"Azərsun Holdinq"in dəstəyi ilə "Vikipediya"nın 25 illiyi qeyd olundu - Fotolar"Azərsun Holdinq"in dəstəyi ilə "Vikipediya"nın 25 illiyi qeyd olundu - Fotolar"Azərsun Holdinq"in dəstəyi ilə "Vikipediya"nın 25 illiyi qeyd olundu - Fotolar"Azərsun Holdinq"in dəstəyi ilə "Vikipediya"nın 25 illiyi qeyd olundu - Fotolar"Azərsun Holdinq"in dəstəyi ilə "Vikipediya"nın 25 illiyi qeyd olundu - Fotolar


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 758   Tarix: 21 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

YAP-ın VIII Qurultayı - yeni siyasi reallıqlara doğru

"Yeni Azərbaycan Partiyasının VII qurultayında Prezident İlham Əliyevin çıxışı ölkənin yeni tarixi şəraitdə inkişaf istiqamətlərinin təqdimatı kimi diqqət çəkir. Çıxışda Azərbaycanın son onilliklərdə keçdiyi yol, əldə olunan nəticələr, dəyişən regional və beynəlxalq mənzərə, eləcə də gələcək üçü

13:03 94
.

Dünyanın ən uzun küçəsi: uzunluğu nə qədərdir, harada yerləşir?

Düşünürsünüz ki, dünyanın ən uzun küçəsi Torontodakı Yonge Street-dir? Onun uzunluğunun 1896 kilometr olduğu illərlə dərsliklərdə yazılıb. Lakin 199-cu ildə Ginnesin Rekordlar Kitabı bu titulu ləğv edib. Hazırda rəsmi rekord başqa bir yola məxsusdur. xarici mediaya istinadən sözügedən yolla bağlı məlumatlar

02.10.2026 234
.

"Məni "Söylü"yə oxşatmayın"

Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mə

02.10.2026 273
.

"Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır" - Video

"Bu gün qarşıda duran vəzifələrlə bağlı bəzi fikirlərimi bölüşmək istərdim. Çünki mən görüləcək işlərlə bağlı vaxtaşırı açıqlamalar verirəm, müsahibələrdə və çıxışlarımda da. Hesab edirəm ki, dünyada vəziyyət o qədər tez dəyişir ki, buna bu gün də ehtiyac var". "Qafqazinfo" xəbə

12:20 116
.

Azərbaycan öz milli maraqlarından geri çəkilmir

"Yeni Azərbaycan Partiyasının VII Qurultayında Prezident İlham Əliyev ölkəmizin qarşıdakı dövrdə siyasi, iqtisadi, təhlükəsizlik və ideoloji istiqamətlərini müəyyən edən mesajlar verdi. Dövlət başçımız Azərbaycanın əldə etdiyi nəticələri, eyni zamanda yeni mərhələnin əsas prioritetlərini bəyan etdi

13:36 60
.

Hərəkət edin, xoşbəxt olun - ARAŞDIRMA

Gün ərzində fiziki aktiv olmaq təkcə bədən sağlamlığı üçün deyil, insanın əhvalı üçün də faydalı ola bilər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, "Nature Human Behaviour" jurnalında dərc olunan araşdırmada alimlər 8 223 nəfərin məlumatlarını təhlil ediblər. Tədqiqat 14 ölkədən 67 məluma

10:29 166
.

Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video

Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Məlumat -ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilib. "Bakıxanov küçəsi, 2 ünvanında yerləşən "Scalini" restoranının havalandırma sisteminə quraşdırılmı

02.10.2026 242
.

Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi

Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi, Laçın əməliyyatı və antiterror əməliyyatlarında iştirak edən şəhid Abbasov Zamin Xaqani oğlunun anası Sevda xanım Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. xəbər verir ki, müraciətin səbəbi Sevinc Hüseynovanın onu təhqir etməsi ilə bağlıdır. Şəhidi

11:51 194
.

Sizə aşiq olan oğlanı rədd etməyin 4 təsirli yolu

Qadınla kişi arasında dostluq səmimi və romantik hisslərdən uzaq ola bilər. Lakin bəzən tərəflərdən biri bu münasibəti sevgiyə çevirmək istəyir. Hisslər qarşılıqlı olmadıqda isə dostluğu qorumaq və qarşı tərəfə yanlış ümid verməmək çətinləşir. xəbər verir ki, belə vəziyyətlərdə şəxsi sərhədləri aydı

02.10.2026 239
.