Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Azərbaycanda həbsdə olan separatçı Ruben Vardanyan ailəsi ilə telefon danışığı aparıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı "Sputnik Ermənistan" yayıb.
Bildirilib ki, söhbət zamanı R.Vardanyan Ermənistan ombudsmanı Anait Manasyana müraciət ünvanlayıb.
O, həmin müraciətində Manasyanı Bakıya səfərinin təşkil edilməsi imkanlarını nəzərdən keçirməyə çağırıb. Onun sözlərinə görə, hətta həyat yoldaşı Veronika Zonabend bu səfərdə Manasyanı müşayiət etməyə hazırdır.
Məlumata görə, Vardanyan bu yaxınlarda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə görüşdüyünü xatırladıb və bu görüş zamanı özünün və Bakıda həbsdə olan digər ermənilərin saxlanma şəraiti ilə bağlı bir sıra məsələləri qaldırıb.
"Azərbaycan ombudsmanı ilə görüşdə qeyd olundu ki, sizin Bakıya səfər imkanınız artıq müzakirə edilib və Azərbaycan tərəfi bu səfərin təşkilinə yardım etməyə hazır olduğunu bildirib. Lakin bu təşəbbüs hələ həyata keçirilməyib", - deyə Vardanyanın Manasyana müraciətində qeyd olunub.
Xatırladaq ki, martın sonunda Səbinə Əliyeva və Milli Preventiv Mexanizm (MPQ) üzvləri Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti Saxlama Yeri və İstintaq Təcridxanasına başçəkmə həyata keçirib. Başçəkmə prosesi çərçivəsində S.Əliyeva barəsində 20 illik həbs qərarı verilmiş Ruben Vardanyanla da görüşüb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 772 Tarix: 21 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSabah da hava isti olacaq
Mayın 14-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətl
13.05.2026 298 Avropa Komissiyası investisiya direktorluğu yaratmağı düşünür
Avropa Komissiyası (AK) regional və sosial fondları idarə etmək üçün İnvestisiya üzrə Baş Direktorluq yaratmağı nəzərdən keçirir. Bu addım Komissiya sədri Ursula fon der Lyayenin Avropa Birliyinin idarəçiliyində təsirini gücləndirə bilər. xəbər verir ki, bu barədə Avropa nəşri "Politico" mənbələr
13.05.2026 189 Hantavirus daha da yayıla bilər - ÜST-dən həyəcanverici XƏBƏRDARLIQ
Ümumdünya Səhiyyə Təşkilatı MV Hondius kruiz gəmisində baş verən ölümcül hantavirus yayılmasından sonra ölkələri mümkün yeni yoluxmalara hazır olmağa çağırıb. Təşkilat bildirir ki, virusun inkubasiya dövrünün uzun olması səbəbindən qarşıdakı həftələrdə əlavə halların aşkarlanması mümkündür. -ın xaric
13.05.2026 239 "Əsas məqsəd Rusiyanı cəzalandırmaqdır" - Lavrov
Qərb ölkələri Rusiyanı istənilən yolla cəzalandırmağa çalışırlar. xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov RT India-ya müsahibəsində səsləndirib. Lavrov bildirib ki, Qərb ölkələri Rusiyanın enerji resurslarına qarşı məhdudiyyətləri genişləndirməyə davam edir. "İnd
13.05.2026 178 Nişan pozularsa qızıllar geri qaytarılmalıdır - Ali Məhkəmədən qərar - HÜQUQŞÜNASDAN AÇIQLAMA
Azərbaycanda nişan münasibətləri ilə bağlı mühüm hüquqi presedent formalaşıb. Ali Məhkəmənin Plenumu qəbul etdiyi qərarda bildirib ki, nişan pozulduğu və tərəflər arasında nikah baş tutmadığı halda oğlan tərəfindən təqdim edilən qızıl-zinət əşyaları geri qaytarılmalıdır. Qərar cəmiyyətdə geniş müzakirələr
13.05.2026 341 Tramp Pekinə onunla birlikdə getdi
ABŞ prezidenti Donald Tramp ABŞ ilə Çin liderlərinin görüşü ərəfəsində "SpaceX"in qurucusu İlon Mask və "Nvidia"nın baş direktoru Censen Huang ilə birlikdə Pekinə səfər edib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi xəbər verib. Məlumata əsasən, sahibkarlar Alyaskad
13.05.2026 208 May pensiyaları bu tarixdə ödəniləcək
Mayın 14-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Həmçinin bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcə
13.05.2026 344 50 yaşdan sonra xoşbəxtliyin sirri: yalnız bir vərdişdən imtina edin
50 yaşdan sonra insan həyata fərqli baxmağa başlayır, zamanın dəyərini daha yaxşı anlayır və hər qərarın əsl ağırlığını hiss edir. Əvvəllər vacib görünən bir çox şey mənasını itirir, daxili sakitlik isə ön plana keçir. Məhz bu dövrdə müdrik insanların sadə, amma dərin məsləhətləri daha актуал olur. xaric
13.05.2026 238 Rusiya ləzgiləri taleyin ümidinə buraxdı - "The Central Asia-Caucasus Analyst"
ABŞ-ın 2 nüfuzlu beyin mərkəzinin ("American Foreign Policy Council" və "Institute for Security and Development Policy") analitik məhsulu olan "The Central Asia-Caucasus Analyst" vebjurnalı Azərbaycanda və Rusiyada ləzgilərə münasibətə dair olduqca diqqətçəkən müqayisəl
13.05.2026 261