Mənzili olanlara VACİB XƏBƏR: Sığortasız evlərə görə cərimələnə bilərsiniz

Mənzili olanlara VACİB XƏBƏR: Sığortasız evlərə görə cərimələnə bilərsinizAzərbaycanda daşınmaz əmlakın icbari sığortası sahəsində illərdir davam edən durğunluğu aradan qaldırmaq və vətəndaşların əmlakını daha etibarlı qorumaq məqsədilə yeni konsepsiya hazırlanıb. Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanovun açıqladığı yeni yanaşmanın əsas hədəfi katastrofik riskləri daha düzgün qiymətləndirmək və bədbəxt hadisələr zamanı vətəndaşlara daha adekvat sığorta ödənişlərini təmin etməkdir.

Yeniliyin ən mühüm elementi sığorta məbləğinin artıq vahid standartla deyil, dövlət qurumları ilə inteqrasiya olunmuş elektron platformalar vasitəsilə əmlakın parametrlərinə, yaşayış sahəsinin kvadratmetrinə və yerləşdiyi əraziyə uyğun formalaşdırılmasıdır.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"İcbari sığortanın əhatə dairəsi on faizdən aşağıdır"

Sığorta eksperti İlkin Nəcəfovun sözlərinə görə, hazırda bu sahədə vəziyyət ürəkaçan deyil. Daşınmaz əmlakın icbari sığortası üzrə bazarın əhatə dairəsi on faizdən də aşağıdır: "Yəni, Bakıdakı hər yüz evdən heç onu belə icbari qaydada sığortalanmayıb. Bunun isə tək bir səbəbi var, cərimə mexanizmi işləmir. Mövcud qanunvericiliyə əsasən, bu sığorta kifayət qədər geniş riskləri - yanğın, partlayış, ildırım vurması, daxili su basması və ya qonşudan su sızması, habelə üçüncü şəxslərin qərəzli hərəkətləri nəticəsində əmlaka dəyən zərəri əhatə edir. Sığorta predmeti sadəcə quru divarlar deyil, bura əmlakın əsas konstruksiyaları, qapı-pəncərəsi, tavanı, döşəməsi və daxili təmiri də daxildir. Göründüyü kimi, mövcud təminat zərfi kifayət qədər genişdir və əlavə nəsə daxil etməyə ehtiyac yoxdur. Əsas hədəfimiz sadəcə bu mükəmməl təminat paketini bazara düzgün tətbiq etmək və əhalinin sistemə kütləvi cəlb olunmasını təmin etməkdən ibarət olmalıdır".

İ.Nəcəfov bildirdi ki, yeni konsepsiyanın uğuru, ilk növbədə, işlək cərimə mexanizminin tətbiqindən asılıdır: "Şəxsi fikrimcə, avtomobillərin icbari sığortasında olduğu kimi, daşınmaz əmlak sığortasında da real cərimələr tətbiq edilməsə, istənilən cəlbedici təklif əhali tərəfindən rəğbətlə qarşılanmayacaq. Müqayisə üçün avtomobillərin icbari sığortasına nəzər salaq. Vətəndaş sığortası olmadıqda hər iyirmi gündən bir əlli manat cərimə olunur deyə, hamı bu sığortanı əldə etməyə çalışır. Bu vəziyyəti dəyişmək üçün hökumət, Mərkəzi Bank və İcbari Sığorta Bürosu tərəfindən müxtəlif variantlar nəzərdən keçirilir. Sığorta haqqının kommunal ödənişlərə, xüsusən də işıq puluna inteqrasiya edilməsi, məbləğin bələdiyyə orqanları tərəfindən yığılması və ya icra hakimiyyətləri tərəfindən icbari sığortası olmayanlar üçün xüsusi cərimə protokollarının tətbiqi kimi müxtəlif təkliflər müzakirə olunur".

"Yeni konsepsiya ədalətli və çevikdir"

Ekspertin fikrincə, tətbiq edilməsi gözlənilən yeni konsepsiya əvvəlki qaydalarla müqayisədə qat-qat ədalətli və çevikdir. Köhnə qaydalardakı ən böyük natamamlıq məbləğlərin hamı üçün eyni olması idi: "Hövsanda 70 min manatlıq bir otaqlı panel evlə, Gənclikdəki 10 milyonluq villanın sığorta haqqı 50 manat təşkil edirdi. Çünki hər ikisi mülkiyyətin real dəyərindən asılı olmayaraq, 25 min manatlıq standart sığorta təminatı alırdı. Yeni konsepsiyada isə regionlar, şəhərin məskunlaşma dərəcəsi və zonalar üzrə sığorta haqqı və məbləğləri dəyişəcək".

"Sənədsiz evlər əsas problemdir"

Əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, bütün dünyada məcburi xarakter daşıyan sığorta sistemi ölkəmizdə avtomobil və digər sahələrdə işləsə də, daşınmaz əmlak sektorunda hələ də tam tətbiq edilə bilmir: "Bunun əsas səbəbi ölkədə yüz minlərlə çıxarışı olmayan əmlakın mövcudluğudur. Qanunvericiliyə görə, hər hansı bir əmlakın sığortalanması üçün mütləq şəkildə mülkiyyət hüququnu təsdiq edən sənəd olmalıdır".

E.Fərzəliyevin fikrincə, məsələnin digər tərəfi isə çıxarışlı əmlak sahibləri arasında da sığortalanma səviyyəsinin aşağı olması və maarifləndirmənin çatışmazlığıdır: "Son beş ildə Bakı və Abşeron ərazisində satılan sənədli mənzillərin 60 faizindən çoxu ipoteka və ya daxili kreditlərlə alındığı üçün müqavilə müddəti bitənə qədər məcburi qaydada sığortalanır. Bu, çox müsbət haldır, çünki risk anında zərər dərhal qarşılanır. Lakin kreditdə olmayan sənədli mənzil sahibləri illik cəmi 50 manat ödəyərək 25 min manatlıq təminat almaqda maraqlı görünmürlər. Bakı şəhərində dəyəri yüz minlərdən milyonlara qədər dəyişən və minimal olaraq 400 manata kirayə verilən saysız-hesabsız mənzillər var. Təcrübə göstərir ki, yanğınlar, qısaqapanmalar və ya subasmalar kimi sığorta hadisələri məhz daha çox kirayə verilən evlərdə baş verir. Nəticədə zərərin ödənilməsi prosesi məhkəmələrə qədər uzanır. Halbuki sığorta vasitəsilə bu problemi sivil və sürətli şəkildə həll etmək olar".

"Yalnız sənədli evlərə tətbiq ikitirəlik yaradacaq"

Ekspert bildirdi ki, yeni icbari sığorta konsepsiyası hazırlanarkən bu reallıqlar mütləq nəzərə alınmalıdır. Mənzil istifadədədirsə, onun qazı, işığı, kommunal xətləri çəkilibsə və qeydiyyatı mövcuddursa, çıxarışın olub-olmamasından asılı olmayaraq, bu əmlak sığortalana bilməlidir: "Yalnız sənədli evlərə məcburiyyət tətbiq etmək ikitirəlik yaradacaq, mənzillərin yarısı sığortalı, qalan yarısı isə sığortasız qalacaq. Buna görə də, yeni konsepsiyada sırf sənədsiz evlərin sığortaya cəlb edilməsi və ya onların sənədləşdirilməsi prosesinin sürətləndirilməsi istiqamətində addımlar atılmalıdır. Bu hal həm sığorta şirkətlərinin fəaliyyətini genişləndirər, həm də vətəndaşların təhlükəsizliyini təmin edər. Sığorta haqqının yığılması isə vətəndaşların mütəmadi ödədiyi kommunal xərclərə inteqrasiya oluna bilər. Avtomobillərin icbari sığortası da ilk vaxtlar narazılıqla qarşılanmışdı. Lakin sonradan qəzalar zamanı dəymiş zərərin sığorta şirkətləri tərəfindən ödənildiyini görən sürücülər bu gün nəinki icbari, hətta könüllü sığortalara belə özləri müraciət edirlər. Daşınmaz əmlak sığortasında da məhz bu cür inamın formalaşması vacibdir".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 595   Tarix: 26 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi

Rusiyalı jurnalist Kseniya Sobçak və həyat yoldaşı, rejissor Konstantin Boqomolovun Latviyaya girişinə qadağa qoyulub. Axşam.az xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Bayba Braje açıqlayıb. Nazirin sosial şəbəkə hesabında paylaşdığı məlumata görə, 44 yaşlı Sobçak və 51 yaşlı Boqomolo

01.11.2026 285
.

Aygün Bəylərin qızı ilə bağlı vəsiyyətini açıqladı

Mərhum Əməkdar artist Aygün Bəylərin müğənni bacısı Zümrüd Hümbətova onun vəsiyyəti barədə danışıb. Axşam.az xəbər verir ki, Z.Hümbətova müğənni Lətifənin təqdimatında yayımlanan "MTV Maqazin" proqramına açıqlamasında bacısının qızı Cananı ona əmanət etdiyini bildirib. O qeyd edib ki, Aygü

24.10.2026 569
.

Röya Ayxan: "Gəlinimlə yaşamaq istəmirəm!"

Xalq artisti Röya Ayxan yeganə övladı Hüseyn Cəlilovdan danışıb. xəbər verir ki, sənətçi övladının hazırda Londonda Ali təhsil aldığını və orada yaşadığını bildirib. "Oktyabrın 25-də 17 yaşı tamam olacaq. Həftədə bir dəfə bu barədə mənə yazır ki, "Ana, sən mənə nə vaxt ayrı ev tutacaqsan? Mə

29.10.2026 674
.

"Dərddən şəkərim qalxdı"

Müğənni İbrahim Borçalı səhhəti ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Bəh-bəh" verilişində danışıb. O, şirniyyatı çox sevdiyini, lakin şəkər xəstəliyinə görə ondan uzaq durmağa çalışdığını bildirib:. "Şirniyyatı xoşlayıram. Amma dərddən şəkərim qalxdı deyə

31.10.2026 338
.

Bu foto Flora Kərimovanı təsirləndirdi

Xalq artisti Flora Kərimova ailəsi ilə bağlı maraqlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi qızı Zümrüd və oğlu Oktay ilə süni intellekt vasitəsilə hazırlanan fotosunu izləyiciləri ilə bölüşərk bunları yazıb:. "Oğlum, qızım və mən. Süni zəka ilə hazırlanan heç bir şeyi sevməsəm də, bu rəsmd

31.10.2026 334
.

"Başkalarının hayatı" da yayımlanmayacaq

"Başkalarının hayatı" serialının da yeni bölümü sabah yayımlanmayacaq. Axşam.az xəbər verir ki, bu qərar reklam gəlirlərinin aşağı olması ilə əlaqədar qəbul edilib. Qeyd edək ki, eyni səbəbdən cümə axşamı "Halef", "Sevdiğim Sensin" və "Muhtemel Aşk" seriallarını

31.10.2026 380
.

Atası ilə fotosunu paylaşıb bunları yazdı

Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfova atası ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, atası Xosrov Nəcəfovla çəkdirdiyi fotosunu izləyiciləri ilə bölüşüb. Nəzrin paylaşımına "Ürəyimdir, canım atam" şərhini yazıb. Qeyd edək ki, M.Eyubova və X.Nəcəfovun 4 övlad

01.11.2026 634
.

Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?

Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Balıqların tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təsirlərlə bağlı suallar yaradıb. Balıqçılıq və Akvakultura Mərkəzində

24.10.2026 536
.

Gülay Zeynallı paylaşımı ilə HAMINI MAT QOYDU - FOTOLAR

Müğənni Gülay Zeynallı sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, müğənni instaqram hesabında yeni görüntülərini izləyiciləri ilə bölüşüb. Gülay görünüşü və yeni tərzi ilə diqqət çəkib. Fotolarda onun anası və qızı da yer alıb. Paylaşıma xoş sözlər yazıblar. Həmin fotoları təqdim edirik

01.11.2026 657
.