"Qarabağ" ikincilik yolunda vacib qələbə qazandı - Video-Yenilənib
Misli Premyer Liqasında 30-cu tur davam edir.
"Qafqazinfo" xəbər verir ki, 3-cü oyun gününə 1 matç nəzərdə tutulub.
Bu gün saat 19:30-da "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Turan Tovuz"u qəbul edəcək.
Hazırda turnir cədvəlində Ağdam təmsilçisi 59 xalla 2-ci, Tovuz klubu isə 56 xalla 3-dür. Ona görə də bu matç 2-ci yerin taleyi baxımından xüsusi əhəmiyyət daşıyır. Sözügedən komandaların 1-ci və 2-ci dövrələrdəki oyunlarında "Qarabağ" qalib gəlib.
4 may (bazar ertəsi)
19:30. "Qarabağ" - "Turan Tovuz";
Tofiq Bəhramov adına Respublika stadionu.
*
Komandaların start heyətləri bəlli olub:
"Qarabağ": 99. Mateus Koxalski 55. Bədavi Hüseynov (k) 27. Toral Bayramov 22. Musa Qurbanlı 81. Kevin Medina 8. Marko Yankoviç 2. Mateus Silva 15. Leandro Andrade 21. Aleksey Kaşuk 35. Pedro Bikalyo 11. Emmanuel Addai
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 89. Amin Ramazanov 77. Ramil Şeydayev 32. Hikmət Cəbrayılzadə 10. Abdullah Zubir 18. Dani Bolt 24. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov
"Turan Tovuz": 41. Sergey Samok 17. Rəhim Sadıxov 3. Enrike Silva 23. Alexandro Serrano 90. Joarlem Santos 99. Vadji İbrahima 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 2. Mark Rene Mampassi
Ehtiyat oyunçular: 1. Oleq Baklov 13. Mehman Hacıyev 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev 11. Ayxan Hüseynov 6. Fərid Yusifli 5. Roderik Miller 8. David Tavareş
Baş məşqçi: Kurban Berdiyev
*
Matç başladı.
*
Fasilə.
*
İkinci hissə başladı.
*
"Qarabağ" hesabı açdı. Leandro Andrade 50-ci dəqiqədə fərqləndi.
*
Mateus Silva 54-cü dəqiqədə fərqi ikiyə çatdırır.
*
"Turan Tovuz" hesabı 2:1 edir. Ayxan Hüseynov 77-ci dəqiqədə komandasının ilk qolunu vurur.
*
Matç "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə başa çatır. Ağdam təmsilçisi bu qələbə ilə 62 xalla ikinciliyini qoruyub saxlaya bilir. Tovuzlular isə 56 xalla üçüncü pillədə qərarlaşırlar.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 1160 Tarix: 04 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTaekvondoçularımız üç gümüş medal qazandılar
Tallində yeniyetmə və 21 yaşadək idmançılar arasında təşkil olunan qitə birinciliyinin son yarış günündə yeniyetmə taekvondoçularımız aktivlərinə daha üç gümüş medal əlavə ediblər. xəbər verir ki, yeniyetmə milli komandamızın üzvləri Vasif Səlimov (45 kiloqram), İslam Əhmədzadə (53 kiloqram) və Nərgi
27.08.2021 665 Yerkökü yeyərkən çənəsini sındırdı - FOTO
Niderlandın "Herenven" klubunun futbolçusu Rami Kaib kuryoz hadisə yaşayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, isveçli müdafiəçi yerkökü yeyərkən çənəsini sındırıb. Bu barədə "Herenven" klubunun rəsmisi yerli mətbuata açıqlamasında deyib. Kaib bir müddət əvvəl çənəsində
13.09.2021 1755 Güləşçilərimiz Avropa çempionatında 2 qızıl, 1 gümüş və bürünc medal qazanıb
Bu gün Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclərin Avropa çempionatı keçirilib. Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, qitə birinciliyində baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 güləşçimiz mübariz
12.09.2021 746 Lamiyə Vəliyeva: "Özümlə fəxr edirəm"
"Çox sevinirəm ki, ikinci medalımı əldə etdim və bu, "qızıl" oldu. Özümlə fəxr edirəm. Rəqiblərim güclü idi, amma qalib gəldim". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan para-atleti Lamiyə Vəliyeva deyib
04.09.2021 1126 Bir FOTONUN HEKAYƏSİ: Əli güclü zərbə ilə rəqibini yerə sərir, qışqırır və əfsanəyə çevrilir
Şəkildə nə görürsünüz? Ağır çəkidə boks çempionu Məhəmməd Əli məğlub etdiyi rəqibi Sonni Listonun başı üzərində dayanıb. Nə baş verir? Əli 1964 -cü ildə Listondan titulu alıb və 1965-ci ildə revanş döyüşündə rəqibini ilk raundda nokaut edib. Liston rinqdə üzü üstə yıxılıb və qəzəblənmiş Məhəmməd Əl
27.08.2021 1378 Millimizin keçmiş voleybolçusu toy etdi - FOTOLAR
Azərbaycan millisinin sabiq voleybolçusu Yelena Yakimçuk ailə həyatı qurub. -a istinadən xəbər verir ki, milliləşən legionerin toy mərasimi vətəni Ukraynada baş tutub. Xanım voleybolçu Dmitri Şatovla evlənib. Kiyevdə anadan olan Yelenanın toyu da paytaxtda gerçəkləşib. Cütlük şad gününü Kiyev vilayətind
24.08.2021 1745 Tokio-2020: Paralimpiadanın bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib
Tokio-2020 Yay Paralimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib. Bayrağı para-atlet Lamiyə Vəliyeva daşıyacaq. Qeyd edək ki, Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda qızıl, 100 metr məsafəyə qaçışda isə gümüş medal əldə edib. Bağlanış mərasimi Bakı vaxtı il
05.09.2021 730 Olimpiya mükafatçısı: "Problemlərimi yumruqlarla deyil, sözlərlə həll etməyi tərcih edirəm"
İrina Zaretskaya - Tokio Olimpiadasının gümüş mükafatçısı, 2018-ci ilin dünya çempionu, 2015-ci ildəki Avropa Oyunları və 2017-ci ildəki İslam Həmrəyliyi Oyunlarının qalibi. Onun həyat şüarı "Nə olursa olsun, yalnız irəli"dir. Həyatının əsas məqsədi isə Olimpiya qızılını qazanmaqdır. -a müsahibəsind
12.09.2021 850 Sərbəst güləşçilərimizin I MDB Oyunlarındakı qazancı: Üç qızıl, iki gümüş və iki bürünc medal
Rusiyanın Kazan şəhərində I MDB Oyunları davam edir. Bu gün sərbəst güləşçilərin yarışı keçirilib. Ölkəmizi böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), Tural Hüseynov (61 kq), Sabir Cəfərov (65 kq), Namus Orucov (70 kq), Cəbrayıl Hacıyev (7
04.09.2021 627