Kirayədə yaşayanlara 300 manat CƏRİMƏ

Kirayədə yaşayanlara 300 manat CƏRİMƏKirayə mənzil bazarında son vaxtlar həyata keçirilən dəyişikliklər diqqəti yenidən bu sahədəki problemlərə yönəldib. Xüsusilə müqaviləsiz kirayə münasibətlərinə görə tətbiq olunan inzibati cərimələrin artırılması mövzusu həm ev sahibləri, həm də kirayəçilər arasında müzakirələrə səbəb olub.

Əvvəllər bu qaydanın pozulmasına görə 30 manat cərimə tətbiq edilirdisə, yeni qaydalara əsasən məbləğin 300 manata qədər yüksəldilməsi artıq daha sərt nəzarət mərhələsinə keçildiyini göstərir.

Mütəxəssislərin fikrincə, bu addımın əsas məqsədi kirayə bazarında uzun illərdir mövcud olan qeyri-rəsmi münasibətləri aradan qaldırmaq, bütün kirayə əməliyyatlarını rəsmi müqavilələr çərçivəsinə salmaq və vergi uçotunu gücləndirməkdir. Beləliklə, həm dövlət büdcəsinə daxilolmaların artırılması, həm də bazarda şəffaflığın təmin edilməsi hədəflənir.

Ekspertlərin sözlərinə görə, bu dəyişikliklər kirayə münasibətlərinin daha sivil və beynəlxalq standartlara uyğun şəkildə formalaşmasına xidmət edir. Eyni zamanda, vergi sisteminə daha çox iştirakçının cəlb olunması iqtisadi baxımdan da əhəmiyyətli sayılır.

Hazırda kirayə gəlirlərinə tətbiq olunan vergi dərəcəsinin 14 faizdən 10 faizə endirilməsi müəyyən yumşaldıcı addım kimi qiymətləndirilsə də, mütəxəssislər hesab edir ki, daha balanslı yanaşma - həm nəzarətin gücləndirilməsi, həm də vergi yükünün optimallaşdırılması daha effektiv nəticə verə bilər.

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Musavat.com-a açıqlamasında bildirib ki, elə evlər var ki, onların rəsmi sənədi yoxdur. Bu isə müqavilə bağlanması məsələsini çətinləşdirir:

"Çünki sənədi olmayan evdə kirayə müqaviləsinin necə rəsmiləşdiriləcəyi sual doğurur və bu mövzu açıq qalır.

Əslində vətəndaşın öz mülkiyyətində olan əmlak var və orada yaşayış üçün bütün şərait - qaz, su, işıq və digər kommunal xidmətlər mövcuddur. Lakin kirayə vermək üçün müqavilə imzalanmalıdır, müqavilə üçün isə adətən çıxarış tələb olunur. Bir çox vətəndaş bu sənədləşməni həyata keçirə bilməyib.

Digər hallarda isə müqavilənin bağlanması hər iki tərəfi qoruyur. Müqavilə həm ev sahibinin, həm də kirayəçinin öhdəliklərini müəyyən edir və hüquqi təminat yaradır.

Ev sahibi üçün bu, risklərin azalması deməkdir. Məsələn, kirayəçi evdən çıxmaqdan imtina edə, ödənişləri gecikdirə və ya evə zərər vura bilər. Müqavilə bu kimi halların qarşısını almaqda hüquqi əsas rol oynayır. Eyni zamanda kirayəçi üçün də müəyyən risklər var. Bunlara gözlənilmədən kirayə haqqının artırılması, vaxtından əvvəl evdən çıxarılma və ya yaşayış şəraitinin dəyişdirilməsi kimi hallar daxildir. Müqavilə bu məsələlərdə də tərəflərin hüquqlarını qoruyur və sabitlik yaradır. Bununla yanaşı, kirayə bazarında müxtəlif əlavə xərclər də mövcuddur - vasitəçi xidmətləri, komissiyalar, köçmə və təmir xərcləri və s. Bu da bazarı daha mürəkkəb edir".

E. Azadov bildirir ki, hazırda tətbiq olunan 10 faizlik vergi dərəcəsi yüksəkdir və daha da aşağı salınmalıdır: "Çünki mənzillərin böyük hissəsi hələ də qeyri-rəsmi şəkildə kirayə verilir. Mütəxəssislərin fikrincə, verginin 5-7 faizə endirilməsi daha effektiv ola bilər. Cərimələrin isə hazırda daha çox inzibati nəzarət vasitəsi kimi nəzərdə tutulduğu bildirilir. Amma sual yaranır ki, bu cərimələr kirayə bazarına və qiymətlərə təsir edəcəkmi?

Cərimələrin artırılması kirayə qiymətlərinə ciddi təsir göstərməyəcək. Əksinə, hesab olunur ki, qiymətlər daha çox bazar şərtləri və vergi yükü ilə formalaşır. Ona görə də cərimələrin artması kirayə qiymətlərini birbaşa dəyişməyəcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 731   Tarix: 10 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.