Aparıcıdan sərt çıxış - Milli Məclisə müraciət edəcək

Aparıcıdan sərt çıxış - Milli Məclisə müraciət edəcək"Space TV"nin aparıcısı və jurnalisti Amil Xəlil canlı yayım zamanı diqqətçəkən açıqlamalar verib. O, məhkəmə qərarlarının icrası zamanı bəzi icra və probasiya şöbələrinin fəaliyyətini sərt tənqid edib.

"Yeni Sabah" xəbər verir ki, Amil Xəlil bildirib ki, vətəndaşlar aylarla, hətta illərlə davam edən məhkəmə proseslərindən keçdikdən sonra qərarın icrası mərhələsində ciddi problemlərlə üzləşirlər:

"Vətəndaş 3-4 məhkəmə keçir, əziyyət çəkib haqqını alır. Bəzən bu proses illərlə davam edir. Daha sonra iş icra olunması üçün icra və probasiya şöbələrinə göndərilir. Ən böyük problem də məhz bundan sonra başlayır. Cənab hakimlərin verdiyi qərarı bəzi icraçılar adi bir aktla heçə endirir, işə xitam verirlər. Bəs həmin qərarlar necə icra olunacaq? Əgər bu gün hakim qərarını öz istəyi ilə dəyişən bir icra sistemi varsa, onda vətəndaş niyə illərlə məhkəmə qapılarında qalmalıdır?" Toyuqlu pizza

Aparıcı çıxışı zamanı bəzi sənədləri də tamaşaçılara təqdim edib və icra mexanizminin daha ciddi nəzarətə götürülməsinin vacibliyini vurğulayıb. O, müəyyən hallarda icra prosesinin Daxili İşlər Nazirliyinin nəzarəti altında həyata keçirilməsinin daha effektiv ola biləcəyini qeyd edib.

"Əminliklə deyirəm ki, bu proses Daxili İşlər Nazirliyinin də səlahiyyətində olsaydı, bu qədər problem yaranmazdı. Bəzi hallarda işi qəsdən uzadır, sonra isə bir aktla məsələni bağlayırlar. Hətta iddia olunur ki, qarşı tərəfə müxtəlif davranış formaları ilə bağlı məsləhətlər verilir. Bu isə vəziyyəti daha da gərginləşdirir."

Amil Xəlil əlavə edib ki, bu məsələ ilə bağlı çoxsaylı şikayətlər mövcuddur və hətta bəzi hallarda Ali Məhkəmənin qərarlarının belə icra edilmədiyi iddia olunur.

"Bu cür şikayətlər çoxdur. Hətta Ali Məhkəmənin qərarlarının belə icra olunmadığı hallar var. Bu vəziyyət nə vaxta qədər davam edəcək? İnanıram ki, yaxın zamanda bu məsələ ilə bağlı ciddi addımlar atılacaq."

Sonda jurnalist məsələ ilə bağlı Milli Məclisə də rəsmi müraciət ünvanlayacağını bildirib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1177   Tarix: 11 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Leysan, dolu, qar... - Sabahın havası

Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal

13:10 211
.

Məscidlərdən ən çox nə oğurlanır? - Nəzir qutusu, xalça...

Məscid insanın özünü təhlükəsiz hiss etdiyi, ibadətə və sakitliyə gəldiyi məkanlardan biridir. Buna görə də burada baş verən oğurluq adi küçə cinayətindən daha çox diqqət çəkir. İnsan namaz qılarkən ayaqqabısını, telefonunu, pul kisəsini bir kənara qoyur, nəzir qutusuna pul atır və təbii olaraq həmi

20:00 2
.

Onlar İdarə Heyətindən çıxarıldı

Xəbər verdiyimiz kimi, hakim Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı keçirilib. "Qafqazinfo" xəbər verir ki, Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşir, Ramin Məmmədov, Rövşən Bayramov YAP İdarə Heyətinin üzvləri siyahısından çıxarılıb

16:44 125
.

Sizə aşiq olan oğlanı rədd etməyin 4 təsirli yolu

Qadınla kişi arasında dostluq səmimi və romantik hisslərdən uzaq ola bilər. Lakin bəzən tərəflərdən biri bu münasibəti sevgiyə çevirmək istəyir. Hisslər qarşılıqlı olmadıqda isə dostluğu qorumaq və qarşı tərəfə yanlış ümid verməmək çətinləşir. xəbər verir ki, belə vəziyyətlərdə şəxsi sərhədləri aydı

19:30 1
.

Sağlam yaşlanmağın 10 əsas qaydası

Sağlam və gümrah yaşlanmaq üçün tədbirlərə yaşlılıq dövrünü gözləmədən, gənc yaşlardan başlamaq vacibdir. Daxili xəstəliklər və geriatrı üzrə mütəxəssis Prof. Dr. Berrin Karadağ sağlam yaşlanma üçün 10 əsas qaydanı açıqlayıb. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, ilk növbədə tərəvəz, meyvə, ta

14:14 180
.

Uşaqlar məktəbin qarşısında paylanılan konfetdən zəhərlənib? - Açıqlama

Sosial şəbəkələrdə məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması və bundan sonra onların zəhərlənməsi barədə səs yazısı yayılıb. DİN Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, yayılan səs yazısı ilə bağlı aparılan araşdırma nəticəsində səsləndirilən iddialar təsdiqin

14:14 284
.

"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir

17:09 94
.

"Böyük Qayıdışın yeni mərhələsi də uğurla həyata keçiriləcək" - ŞƏRH

"Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır". Bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Bu bölgələrin inkişafına bu günə qədər 28 milyard manat vəsaitin ayrıldığını deyən dövlətimizin başçısı bildirib:

16:17 139
.

Rusiya Aİİ çərçivəsində sənaye əməkdaşlığını genişləndirmək istəyir

Rusiya Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində sənaye əməkdaşlığının genişlənəcəyini gözləyir. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya Baş naziri Mixail Mişustin Belarus Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib ki, sənay

14:38 165
.