Trampın Çin səfəri: ABŞ-Çin rəqabəti yeni mərhələdə
ABŞ Prezidenti Donald Trampın Çinə səfəri Vaşinqton-Pekin münasibətlərində mühüm hadisə kimi qiymətləndirilir. 15 maya qədər davam edəcək səfərin əsas məqsədi ticarət, iqtisadi əməkdaşlıq və qlobal məsələlər, xüsusilə İranla bağlı mümkün gərginlik ətrafında mövqeləri uzlaşdırmaqdır.
Səfərin ilk günündə Tramp və Çin Prezidenti Si Cinpin Pekində görüş keçiriblər. Tramp bildirib ki, hazırda dünyada iki əsas supergüc var - ABŞ və Çin. O, ABŞ-ın hərbi baxımdan birinci, Çinin isə ikinci güc olduğunu vurğulayıb. Bu açıqlama Vaşinqtonun Pekini əsas rəqib kimi gördüyünü bir daha göstərib.
Görüşdə Tayvan məsələsi əsas müzakirə mövzularından biri olub. Si Cinpin bildirib ki, Tayvan probleminin düzgün həll edilməməsi ABŞ və Çin arasında birbaşa qarşıdurmaya səbəb ola bilər. Çin lideri bu məsələni iki ölkə münasibətlərində ən həssas mövzu adlandırıb.
Mövzuilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, ABŞ Tayvanın müstəqilliyini tanımasa da, ada ilə iqtisadi və hərbi əlaqələri genişləndirir. Bu isə Pekinin ciddi narazılığına səbəb olur. ABŞ və Çin arasında mümkün hərbi qarşıdurma riski ən çox Tayvan məsələsi ilə bağlıdır:
"Pekin ABŞ-la açıq müharibədən yayınmağa çalışır və daha çox dolayı üsullardan istifadə edir. Çinin Rusiya və İrana verdiyi dəstəyin də Vaşinqtonun diqqətini fərqli istiqamətlərə yönəltmək məqsədi daşıdığı bildirilir.
Bununla yanaşı, ABŞ anlayır ki, Çin SSRİ-dən fərqli olaraq dünya iqtisadiyyatına dərin inteqrasiya olunub. Bu səbəbdən Vaşinqtonun Pekinə qarşı sərt iqtisadi addımları ABŞ iqtisadiyyatına da ciddi təsir göstərə bilər.
Trampın Çinə səfəri mühüm siyasi mesajlar versə də, yaxın dövrdə ciddi nəticələr əldə etmək çətin görünür. ABŞ və Çin arasında rəqabətin isə uzun müddət davam edəcəyi gözlənilir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 467 Tarix: 14 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşLeyla Əliyeva Yevlaxda - Fotolar
Prezident İlham Əliyevin qızı Leyla Əliyeva Yevlaxa səfər edib. "Qafqazinfo" xəbər verir ki, o bu barədə görüntüləri instaqram hesabında paylaşıb. Həmin görüntüləri təqdim edirik:
10:08 241 III Çarlz Şahzadə Harrinin zənglərinə bu səbəbdən cavab vermirmiş
Böyük Britaniya kralı II Çarlzın oğlu Şahzadə Harri ilə münasibətlərinə dair yeni iddialar gündəmə gəlib. Məlumata görə, kral ailəsi üzrə ekspert Kinsey Skofild bioqraf Robert Jobsona istinadən bildirib ki, II Çarlz hələ Uels şahzadəsi olduğu dövrdə Harrinin tez-tez maliyyə yardımı istəməsindən naraha
15:32 154 Kiyevə genişmiqyaslı hücum - Zelenski raket və dronların sayını açıqladı
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın gecə saatlarında həyata keçirdiyi genişmiqyaslı hücumun əsas hədəfinin Kiyev olduğunu bildirib. xəbər verir ki, Zelenski bu barədə özünün Telegram kanalında paylaşım edib. "Əsas zərbə konkret olaraq Kiyevə yönəldilib", - deyə Ukrayna Prezident
11:41 196 Leyla Əliyeva Yevlaxda Cümə məscidində oldu, məktəb açılışında iştirak etdi (FOTO)
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Yevlax şəhərinə səfəri çərçivəsində Səməd Vurğun adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin yeni binasının açılışında iştirak edib. Qaynarinfo xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev Leyl
11:08 199 AI ilə söhbət rahatladır, bəs müalicə edə bilərmi?
"Süni intellektlə söhbət etmək, ondan məsləhət almaq və fikirlərini bölüşmək mümkündür. Bir çox insan üçün bu, müəyyən mənada rahatladıcı təsir göstərə bilər. Çünki süni intellekt günün 24 saatı əlçatandır, istifadəçini mühakimə etmir və suallara səbirli şəkildə cavab verir. Lakin burada diqqətdə
14:49 146 Müsbət paylaşımlarda belə mənfi məqam axtaranların psixologiyası - PSİXOLOQDAN AÇIQLAMA
Sosial şəbəkələrdə hər gün milyonlarla video paylaşılır. Onların arasında insanlara motivasiya verən, xeyirxahlığı, mərhəməti və ya sevinc dolu anları əks etdirən paylaşımlar da az deyil. Lakin diqqət çəkən məqamlardan biri odur ki, bəzi istifadəçilər hətta ən pozitiv məzmunlu videolarda belə mənfi məqa
11:39 197 Evində filippinli qadın işlətdiyi üçün tənqid olundu
Şair Nazilə Səfərli evində köməkçi kimi filippinli qadın çalışdırdığı üçün tənqid olunub. Axşam.az xəbər verir ki, Nazilə bir aydır ev işlərini həmin xanıma gördürdüyünü bildirib. Tənqidlərə cavab verən şair onunla daha rahat olduğunu deyib:. "Xoşuma gəlir. Elə bil evdə dili var, ağzı yox bir gəli
12:19 313 Yevlaxda 2 İyul - Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin və Yevlax Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə 2 İyul-Azərbaycan Polisi Günü münasibətilə təntənəli tədbir keçirilib. Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidləri
15:03 162 Qurana hörmətsizlik edən komediyaçı saxlanıldı
Türkiyəli komediyaçı Deniz Göktaş saxlanılıb. Türkiyə KİV-nə istinadən xəbər verir ki, onun barəsində sosial media hesablarında paylaşdığı videolarda cinayət tərkibi əlamətləri aşkar edildiyi iddiası ilə istintaq başladılıb. İstanbul Respublika Baş Prokurorluğunun başladığı araşdırma çərçivəsində xaric
18:45 1