"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
"Qarabağ" klubu İsveçin "Yurqorden" klubunun futbolçusu Zakaria Savonu transfer edə bilər.
Bu barədə Oxu.Az Sportime.sigmalive nəşrinə istinadən xəbər verir.
Məlumata görə, hazırda Kiprin "AEL Limassol" klubunda çıxış edən Zakaria Savonun icarə müddəti bitdikdən sonra karyerasını Azərbaycanın "Qarabağ" klubunda davam etdirməsi gözlənilir.
Kiprdəki uğurlu çıxışından sonra hücumçu "Qarabağ"ın radarına düşüb və futbolçunun məxsus olduğu "Yurqorden"lə danışıqların son mərhələsindədir. Ağdam təmsilçisi oyunçu ilə müqaviləni növbəti həftə ərzində başa çatdırmağı ümid edir.
Qeyd edək ki, Zakaria Savo ötən il "Aris Limassol"dan "Yurqorden"ə keçib, İsveç təmsilçisinin heyətində yer ala bilməyib. O, 18 matçda cəmi 1 qol vurub və ötən ilin dekabr ayının sonunda icarəylə "AEL Limassol"a keçib.
Kiprdə çıxışı ilə diqqətləri üzərinə çəkib və dörd ay yarım ərzində 9 qol vurub, bir məhsuldar ötürmə edib.
Bildirilir ki, "AEL" oyunçunu daimi olaraq transfer etmək istəyir, lakin "Qarabağ" da artıq "Yurqorden"ə rəsmi təklif göndərib.
Hər iki komanda danışıqların son mərhələsindədirlər və "Qarabağ" gözlənilməz halla qarşılaşmazsa, transferi tezliklə başa çatdırmaq mümkün olacaq.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 387 Tarix: 16 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKazemironun yeni ünvanı bəlli oldu
Braziliyalı yarımmüdafiəçi Kazemiro və MLS təmsilçisi "İnter Mayami" klubu arasında müqavilənin imzalanması barədə razılıq əldə olunub. xəbər verir ki, bu transfer barədə tanınmış idman jurnalisti Fabritsio Romano özünün "X" sosial şəbəkə hesabında məlumat yayıb. Bütün tərəflər şifah
21.06.2026 219 Rza ölkə xaricindən təklifləri olduğunu gizlətmədi: "Neftçi"nin qapıçısı nə düşünür?
"Milliyə dəvət almaq hər zaman qürurverici hissdir və mən də çox xoşbəxtəm ki, milli komandanın futbolçusuyam. Əlbəttə, milli forma altında çıxış etmək, istər rəsmi oyun, istər yoldaşlıq görüşü olsun, hər zaman dəyərlidir". Bu sözləri "Neftçi"nin və millimizin futbolçusu Rza Cəfəro
14.06.2026 263 Rəsmi: "Qarabağ" dünya çempionatının iştirakçısını transfer etdi
2026/27 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Qarabağ" növbəti futbolçu keçidini rəsmiləşdirib. xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb. Bildirilib ki, Xorvatiyanın "Riyeka" klubu ilə aparılan danışıqlar uğurla yekunlaşıb və qapıçı Martin Zlomisliç "Qarabağ"
21.06.2026 277 "UFC Fight Night Baku"da Tahir Abdullayevdən İLK QƏLƏBƏ
Bakıda keçirilən "UFC Fight Night Baku" turnirinə start verilib. xəbər verir ki, ilk döyüşdə azərbaycanlı Tahir Abdullayev oktaqona çıxıb. O, Braziliyadan olan rəqibi Ceferson Nasimentonu döyüşün üçüncü raundunda məğlub edib. Xatırladaq ki, Milli Gimnastika Arenasında keçirilən "UFC Figh
27.06.2026 224 Leon Qoretska karyerasını MLS-də davam etdirə bilər
Almaniya millisinin futbolçusu Leon Qoretska karyerasını ABŞ-da davam etdirə bilər. "Report" "The Athletic"ə istinadən xəbər verir ki, MLS təmsilçisi "Çikaqo Fayr" 31 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. İtaliya, İngiltərə və Türkiyə klubları da təcrübəli oyunç
13.06.2026 251 Növbəti mövsümdə ölkə klublarına ayrılacaq vəsait BƏLLİ OLDU
2026/2027 mövsümündə dövlət tərəfindən klublara ayrılacaq vəsaitin məbləği bəlli olub. BİG.AZ -a istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasında çıxış edəcək klublar üçün ediləcək yardımın məbləğində dəyişiklik olmayacaq. Ötən mövsümdə olduğu kimi, Premyer Liqa klublarına ümumən yenə 30 milyo
14.06.2026 259 ABŞ hökuməti İran millisindən matçdan dərhal sonra ölkədən çıxmağı tələb etdi
ABŞ hökuməti İran milli futbol komandasının oyunçularından DÇ-2026-da qrup mərhələsinin son turunda Misir yığması ilə matç başa çatan kimi ölkəni dərhal tərk etməyi tələb edib. xəbər verir ki, bunu iyunun 27-də İran millisinin baş məşqçisi Əmir Qalenoi "RIA Novosti" agentliyinin sualını cavablandırarkə
28.06.2026 211 İngiltərə millisinin avadanlıqlarını oğurlayan şəxslər saxlanılıb
ABŞ-də İngiltərə millisinin avadanlıqlarını oğurlayan iki şəxs saxlanılıb. "Report" xarici mediaya istinadən xəbər verir ki, əşyaların əksəriyyəti tapılsa da, polis araşdırmanı davam etdirir. Götürülən avadanlıqlar arasında buts və toplar da olub. Hadisə komandanın Kanzas-Sitidəki ilk məşqində
13.06.2026 266 Ulduzlar alleyasında artıq Bekhemin də adı var
Dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem "Şöhrət Xiyabanı"nda ulduza layiq görülən məşhurlar siyahısında yer alıb. Axşam.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Təntənəli mərasim ABŞ millisinin 2026-cı il futbol üzrə dünya çempionatındakı ilk oyunu ərəfəsind
14.06.2026 348