Sabah Bakıda WUF13 start götürür - İlk günün PROQRAMI
BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Respublikası Hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) mayın 17-də öz işinə başlayacaq.
BiG.AZ xəbər verir ki, bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.
Tədbir Birləşmiş Millətlər Təşkilatının və Azərbaycan Respublikasının dövlət bayraqlarının qaldırılması mərasimi ilə başlayacaq.
WUF13-ün ilk günündə yeni təşəbbüs kimi Azərbaycanın sədrliyi ilə Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüş təşkil ediləcək. Proqramın 20 illik icra müddətinin orta mərhələsinə təsadüf edən bu toplantı əldə olunmuş nəticələrin nəzərdən keçirilməsi, mövcud çətinliklərin müəyyənləşdirilməsi və növbəti mərhələyə dair istiqamətlərin müəyyən edilməsi üçün əhəmiyyətli imkan yaradacaq.
Forum çərçivəsində müxtəlif assambleya sessiyaları da təşkil olunacaq. İlkin olaraq assambleyaların birgə açılış sessiyası keçiriləcək. Daha sonra proqrama əsasən Qadınlar Assambleyası, Yerli və regional hökümətlərin ümumdünya Assambleyası, İcma birliklərinin və vətəndaş cəmiyyəti təşkilatlarının Assambleyası, Uşaq və gənclər Assambleyası, eləcə də Biznes Assambleyası keçiriləcək.
Forum çərçivəsində keçiriləcək əlavə tədbirlər sırasında BMT-nin Məskunlaşma Proqramı, Qlobal Su Operatorların Tərəfdaşlıq Alyansı (GWOPA) və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin birgə təşkil etdiyi "Global Water Operators" Partnerships Alliance" Assambleyası da yer alır. Hər iki ildən bir keçirilən GWOPA Assambleyası ilk dəfə Ümumdünya Şəhərsalma Forumu çərçivəsində təşkil olunacaq.
Qeyd edək ki, WUF13 tədbiri 17-22 may tarixlərində Bakı şəhərində "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunmuş forumdur.
Mayın 17-də keçiriləcək sessiya və tədbirlərin siyahısı ilə WUF13-ün rəsmi proqram səhifəsində tanış ola bilərsiniz.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 491 Tarix: 16 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMüsbət paylaşımlarda belə mənfi məqam axtaranların psixologiyası - PSİXOLOQDAN AÇIQLAMA
Sosial şəbəkələrdə hər gün milyonlarla video paylaşılır. Onların arasında insanlara motivasiya verən, xeyirxahlığı, mərhəməti və ya sevinc dolu anları əks etdirən paylaşımlar da az deyil. Lakin diqqət çəkən məqamlardan biri odur ki, bəzi istifadəçilər hətta ən pozitiv məzmunlu videolarda belə mənfi məqa
11:39 189 Rusiya raket və dron hücumu həyata keçirərkən Kiyevdə gecə partlayışlar baş verir
Rusiya cümə axşamı səhər saatlarında Ukraynanın paytaxtı Kiyevə yüzlərlə dron və onlarla raket ataraq yaşayış binalarını dağıdıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, gecə ərzində paytaxtda baş verən çoxsaylı partlayışlar nəticəsində binalar silkələnib və əks-səda verib, ən azı 13 nəfər ölüb, onlarl
12:40 181 Kiyevə genişmiqyaslı hücum - Zelenski raket və dronların sayını açıqladı
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın gecə saatlarında həyata keçirdiyi genişmiqyaslı hücumun əsas hədəfinin Kiyev olduğunu bildirib. xəbər verir ki, Zelenski bu barədə özünün Telegram kanalında paylaşım edib. "Əsas zərbə konkret olaraq Kiyevə yönəldilib", - deyə Ukrayna Prezident
11:41 187 Sabah Bakının 4 rayonunun bəzi ərazilərində su olmayacaq
Sabah Bakının 4 rayonunun bəzi ərazilərində suyun verilməsi müvəqqəti məhdudlaşdırılacaq. Bu barədə "Report"a Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib. Bildirilib ki, su xəttinin üzərində qəzalı vəziyyətdə olan siyirtmənin yenis
14:40 190 113 il əvvəl aşkar edilmiş məbədin sirri açıldı: Hekateyə aid olduğu təsdiqləndi
Türkiyənin Isparta vilayətinin Yalvaç rayonunda yerləşən Men Müqəddəs Məkanında 113 il əvvəl aparılan qazıntılar zamanı aşkarlanan və uzun illər müxtəlif ehtimallarla əlaqələndirilən qədim məbədin sirrinə aydınlıq gətirilib. Son araşdırmalar nəticəsində tikilinin Hekate ilahəsinə aid olduğu elmi şəkild
01.07.2026 333 Başqasının yerinə imtahana girmək istədi - Nəticələri ləğv olundu
Bu gün ali təhsil müəssisələrinin V ixtisas qrupu üzrə İdman istiqamətinə aid qabiliyyət imtahanında bir nəfər başqasının yerinə imtahana daxil olmağa cəhd edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, yoxlama zamanı həmin şəxsin əs
16:36 94 Bakıdan İrəvana getdi
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Ermənistanın paytaxtı İrəvana işgüzar səfər edib. "Qafqazinfo" "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, onun təyyarəsi "Zvarnots" hava limanında yerə enib. Qeyd edək ki, Avropa Komissiyasının Prezidenti iyulu
11:23 170 Xarici kitabların Azərbaycan dilinə tərcüməsindəki problemlər: Çıxış yolu nədir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Son illər oxucular arasında xarici müəlliflərin əsərlərinə maraq artsa da, rus və ingilis dillərindən Azərbaycan dilinə tərcümə olunan bəzi kitablarda ciddi qüsurlara rast gəlinir. Oxucular tərcümələrin məna itkisi, dil və üslub səhvləri, eləcə də orijinal mətnin ruhunun tam əks etdirilməməsi ilə bağl
11:12 169 Seçkilərdən sonra ilk təmas: Mişustin Paşinyanla danışdı
Rusiya Baş naziri Mixail Mişustin Ermənistan parlament seçkilərindən sonra ilk dəfə erməni həmkarı Nikol Paşinyanla telefon danışığı aparıb. xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub. Məlumat
11:30 176