Həmin ŞAD XƏBƏR gəldi: 700 min nəfərin maaşında artım OLACAQ
"Əmək Məcəlləsinə" edilən dəyişikliklərə əsasən, minimum əməkhaqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq. Bu da minimum əməkhaqqının artımında dövriliyin təmin olunması deməkdir. Eyni zamanda, bununla artımlar qanunla tənzimlənəcək.
Milli.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin bütün pillələri üzrə artımları təmin edir:
"Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları minimum əməkhaqqı artırılandan bir ay müddətində yeni məbləğə uyğunlaşdırılaraq artırılır. Bura sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin vəzifə maaşları daxildir".
Deputat qeyd edib ki, vahid tarif cədvəlində əməkhaqları 19 dərəcə üzrə müəyyənləşdirilir. Hazırda ən aşağı maaş 400, ən yüksək isə 1150 manatdır. Minimum əməkhaqqının dövri olaraq artırılması praktik olaraq bütün dərəcələrə şamil olunacaq. Bu zaman maaşın minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır. Bütövlükdə, minimum əməkhaqqının artırılması 700 min vətəndaşımızın maaşlarının artmasına səbəb ola bilər:
"Artımın nə zaman baş verəcəyinə gəldikdə isə, Məcəlləyə olan dəyişikliklər cənab Prezident tərəfindən 23 fevral 2026-cı il tarixində təsdiq edilib. Həmin dəyişikliklərin təsdiqindən sonra minimum əmək haqqı məbləğinə ildə ən azı bir dəfə baxılmalıdır. Bu o deməkdir ki, dəyişikliyin təsdiq ediliyi tarixdən keçən 1 il müddətində minimum əmək haqqı məbləğinə ən azı bir dəfə baxılaraq artırılacaq. Müəyyən illərdə daha çox artımlar ola bilər. Xüsusən nəzərə almaq lazımdır ki, minimum əmək haqqındakı növbəti artımdan sonra proses daha da mütəmadiləşəcək. Çünki, qanunvericilik minimum əmək haqqının ildə ən azı bir dəfə artırılmasını nəzərdə tutur".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 761 Tarix: 17 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSəidə Bəkiqızı Sevinc Hüseynovanı məhkəməyə verdi - VƏKİLİNDƏN AÇIQLAMA - ÖZƏL
Tanınmış teleaparıcı, "Bax Da" və "Əsas TV" kanallarının rəhbəri Səidə Bəkirqızı blogger Sevinc Hüseynovanı məhkəməyə verib. Buna səbəb bloggerin aparıcının ünvanına təhqiramiz ifadələr səsləndirməsi olub. BİG.AZ məsələ ilə bağlı Səidə Bəkirqızı ilə əlaqə saxlayıb. Aparıcı yayıla
10:28 283 Metroya yaxın mənzillərin kirayəsi niyə sürətlə bahalaşır?
"Son illərdə kirayə mənzil bazarında qiymət artımının əsas səbəblərindən biri keyfiyyətli və tam təmirli mənzillərə tələbatın təklifi üstələməsidir. Xüsusilə metro stansiyalarının yaxınlığında yerləşən yeni tikililərdə kirayə üçün boş mənzillərin sayı məhduddur ki, bu da qiymətlərin yüksəlməsin
14:26 168 Dənizçilik tarixinın böyük bir ayıbı: Üç dəqiqəyə batan "cəhənnəm gəmisi" tapıldı
II Dünya müharibəsinin ən faciəli hadisələrindən biri ilə bağlı mühüm kəşf edilib. Uzun illər yanlış koordinatlar əsasında axtarılan, göyərtəsində minə yaxın müttəfiq hərbi əsir olan Yaponiyaya məxsus "Hofuku Maru" yük gəmisinin qalıqları Filippin sahillərində aşkarlanıb. Qaynarinfo xəbər veri
01.07.2026 359 Xameneinin vida mərasimində yüzə yaxın dövlətin nümayəndəsi iştirak edəcək
İranın mərhum Ali Lideri Əli Xamenei ilə vida mərasimində təxminən 100 dövlətin nümayəndəsi iştirak edəcək. "Qafqazinfo" IRIB-ə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai açıqlayıb. Bildirilib ki, iyulun 3-ü səhər saatlarında ictimaiyyəti
17:30 105 AI ilə söhbət rahatladır, bəs müalicə edə bilərmi?
"Süni intellektlə söhbət etmək, ondan məsləhət almaq və fikirlərini bölüşmək mümkündür. Bir çox insan üçün bu, müəyyən mənada rahatladıcı təsir göstərə bilər. Çünki süni intellekt günün 24 saatı əlçatandır, istifadəçini mühakimə etmir və suallara səbirli şəkildə cavab verir. Lakin burada diqqətdə
14:49 146 İstiyə görə Eyfelin hündürlüyü artdı
Paris dözülməz isti dalğası ilə mübarizə apararkən, şəhərin simvolu hesab olunan Eyfel qülləsində hər kəsi təəccübləndirən hadisə baş verib. Axşam.az xəbər verir ki, "RTL" agentliyinin ekspertlərə istinadən yaydığı məlumata görə, güclü bürkü səbəbindən qüllənin hündürlüyü təxminən 10 santimet
01.07.2026 374 Azərbaycan təkcə coğrafi Avropanın yox, həm də demokratik Avropanın bir hissəsi olmaq əzmindədir
XX əsr Avropasının taleyi faciəvi olmuşdur. Qitə iki dünya müharibəsinin meydanına çevrilmiş, kütləvi dağıntılara, on milyonlarla iman tələfatına məruz qalmışdır. İkinci Dünya müharibəsindən sonra Avropa dövlətləri bir daha faciələrə yol verməmək, qitənin etibarı gələcəyini təmin etmək, silahlı qarşıdurmalar
12:50 249 Valideynlərin əsas sualı: Telefon olmadan övladımız nə dərəcədə təhlükəsizdir?
"Məktəblərdə mobil telefonlardan istifadənin qadağan olunması təhsil mühitinin sağlamlaşdırılması istiqamətində atılmış cəsarətli addım kimi qiymətləndirilə bilər. Lakin bu qərarın təhlükəsizlik aspekti tam şəkildə təmin olunmadıqda, həm valideynlər, həm də cəmiyyət üçün ciddi narahatlıq doğurur"
15:08 158 Ehtiyatda olan mayor faciəvi şəkildə öldü
Azərbaycan Ordusunun ehtiyatda olan mayoru, Vətən müharibəsinin iştirakçısı Miryusif Miriyev faciəvi şəkildə vəfat edib. BİG.AZ Ölkə.az-a istinadən xəbər verir ki, o, Bakıda iş yerində baş verən partlayışda ağır xəsarət alıb və komaya düşüb. M.Miriyev paytaxtdakı xəstəxanalardan birinə yerləşdirilib
10:08 226