"Kartdan-karta" ödəniş edənlərin NƏZƏRİNƏ

"Kartdan-karta" ödəniş edənlərin NƏZƏRİNƏSon dövrlər pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminallar vasitəsilə deyil, "kartdan-karta" köçürmə yolu ilə aparılması halları geniş yayılıb. Belə ki, vətəndaşlar bildirirlər ki, bəzi hallarda onlara bank kartı ilə rəsmi ödəniş etmək imkanı yaradılmır, yalnız fiziki şəxs kartına köçürmə təklif edilir və bu zaman kassa çeki də təqdim olunmur.

Bu cür yanaşma həm nağdsız ödənişlərin şəffaflığı, həm də vergi uçotu baxımından müəyyən risklər yarada bilər. Məhz bu kontekstdə, istehlakçıların hüquqlarının qorunması və ödəniş seçim imkanlarının təmin olunması məsələsi də gündəmə gəlir.

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, istehlakçılar hər zaman özlərini sərbəst və rahat hiss etməli, seçim hüquqları qorunmalıdır.

Onun sözlərinə görə, kartdan-karta ödəniş üsulu bir tərəfdən istehlakçı üçün rahatlıq yaratsa da, digər tərəfdən qanunvericiliyin pozulmasına səbəb olur və istehlakçı fərqində olmadan bu prosesin iştirakçısına çevrilir:

"Bu məsələ ilə bağlı Azad İstehlakçılar Birliyi olaraq bizim quruma çoxsaylı şikayətlər daxil olur. Şikayətlər əsasən kartdan-karta ödənişlər zamanı yaşanan hallarla bağlıdır. Nümunə olaraq, mebel sifarişi və ya müxtəlif xidmətlər zamanı vətəndaşdan ödənişi POS-terminal vasitəsilə deyil, birbaşa karta köçürməsi tələb olunur. İstehlakçı bunu öz rahatlığı üçün etsə də, əslində həmin prosesdə vergidən yayınma hallarına şərait yaranır. Ticarət və xidmət sahəsində fəaliyyət göstərən bəzi şəxslər məhz vergidən yayınmaq məqsədilə bu üsula üstünlük verir və istehlakçı da bilmədən həmin qanun pozuntusunun iştirakçısına çevrilir".

AİB sədri hesab edir ki, istehlakçılar arasında bu istiqamətdə ciddi maarifləndirmə işləri aparılmalıdır:

"Eyni zamanda, ticarət və xidmət obyektlərində kartdan-karta ödəniş tələbi kimi hallara son qoyulmalıdır.

İstehlakçı üçün əsas məsələ ödəməni rahat şəkildə həyata keçirməkdir. O, sadəcə kart vasitəsilə ödəniş etmək istəyir. Lakin nəticədə fərqində olmadan vergi və maliyyə qanunvericiliyinin pozulmasına səbəb olan prosesin iştirakçısına çevrilir. İstehlakçılar belə halların tərəfi olmamalıdır. Kartdan-karta ödənişlərin geniş yayılması dövlətin vergi və maliyyə siyasətinə zidd vəziyyət yaradır və bu hal yolverilməz hesab olunur", - deyə E.Hüseynov qeyd edib.

Qeyd edək ki, pərakəndə ticarət və ictimai iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal vasitəsilə deyil, "kartdan-karta" köçürmə yolu ilə həyata keçirilməsi həm qanunvericiliyin tələblərinin, həm də istehlakçı hüquqlarının pozulması hesab olunur.

Belə hallarda istehlakçılara POS-terminal çıxarışı və nəzarət-kassa aparatı çeki təqdim edilmir ki, bu da alıcının hüquqlarını müdafiə etməsi, eləcə də xərclədiyi məbləğin bir hissəsini "cashback" şəklində geri alması imkanlarını məhdudlaşdırır. Bununla yanaşı, əlavə dəyər vergisi (ƏDV) ödəyicilərindən mal, iş və ya xidmət alan istehlakçılar "ƏDV geri al" mexanizmindən istifadə hüququndan da məhrum olurlar.

Dövlət Vergi Xidmətinin məlumatına görə, bu cür hallar vergidən yayınma məqsədi daşıyır. Qurum vətəndaşları pərakəndə ticarət və ictimai iaşə obyektlərində nağdsız ödənişləri "kartdan-karta" köçürmə yolu ilə deyil, yalnız POS-terminal vasitəsilə həyata keçirməyə çağırır.

Sahibkarlara isə Vergi Məcəlləsində nəzərdə tutulan maliyyə sanksiyalarına məruz qalmamaq üçün ödənişləri POS-terminal vasitəsilə qəbul etmələri tövsiyə olunur.

Məlumat üçün bildirək ki, Vergi Məcəlləsinə əsasən, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 857   Tarix: 17 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şagirdlər evdən gətirilən şirniyyatı yedilər - 14 nəfər zəhərləndi - Yenilənib

Bu gün Sumqayıtda kütləvi zəhərlənmə olub. "Qafqazinfo" xəbər verir ki, şəhərdəki orta məktəblərdən birinin çoxlu sayda şagirdi xəstəxanaya yerləşdirilib. Onların zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə çatdırıldıqları bildirilir. *. Sumqayıt Tibb Mərkəzindən sorğumuza cavab olaraq bildirili

11:31 292
.

Endrik "Real Madrid"i bu kluba dəyişə bilər

İtaliya təmsilçisi "Roma" İspaniyanın "Real Madrid" komandasının braziliyalı futbolçusu Endriki yenidən heyətinə qatmaq istəyir. Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 20 yaşlı hücumçunun icarəsi ilə bağlı danışıqları qış transfer pəncərəsində yenidən başlatmağ

20:15 1
.

Uşaqlar məktəbin qarşısında paylanılan konfetdən zəhərlənib? - Açıqlama

Sosial şəbəkələrdə məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması və bundan sonra onların zəhərlənməsi barədə səs yazısı yayılıb. DİN Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, yayılan səs yazısı ilə bağlı aparılan araşdırma nəticəsində səsləndirilən iddialar təsdiqin

14:14 284
.

Güclü külək əsir - Bəzi yerlərə yağış yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Oktyabrın 2-si saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Sarıbaş (Qax), Şəki, Ağstafa, Xızı, Xaçmaz

17:03 100
.

"Müharibədə də, müharibədən sonra da heç kim bizə kömək etmirdi"

"Səkkiz milyon əhalimiz var idi, onlardan 1 milyonu qaçqın-köçkün, evsiz-eşiksiz, çadırlarda". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, bu bir humanitar fəlakə

16:41 111
.

"Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın" - Prezident

"Bəli, bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Bu, indiki dünyada böyük sərvət sayıla bilər. Çünki bu gün dünya xəritəsinə baxsaq görərik ki, Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var. Bu, bizim reallıqlarımızdır

17:29 90
.

"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir

17:09 94
.

"Bizə heç kimin köməyi də, himayadarlığı da lazım deyil" - Yenilənib

"Bizim ideoloji məkanımız yad ünsürlərdən, yad təsirlərdən azad olmalıdır. Bu, eyni zamanda, bizim xarici siyasət strategiyamızdır". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı söyləyib. "Bi

11:56 152
.

Rusiya Ukraynada rekord itkilər verir: Ordu geri çəkilir?

Rusiya ordusu 2026-cı ilin sentyabrında ən ağır itkilərindən birini verib. Ukrayna hərbçilərinin məlumatına görə, ay ərzində 46 230 rusiyalı hərbçi öldürülüb və ya yaralanıb. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, bu göstərici iyundan etibarən Rusiyanın aylıq itkilərinin təxminən 40 min nəfə

13:58 171
.