"Instagram" "Instants"ı işə saldı - bu funksiya nədir və istifadəçilər niyə artıq şikayət edirlər?

"Instagram" "Instants"ı işə saldı - bu funksiya nədir və istifadəçilər niyə artıq şikayət edirlər?Bu yenilik Snapchat və BeReal üslubunda "burada və indi" çəkilmiş sürətli fotolar üçün nəzərdə tutulub.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, "Instagram" qlobal şəkildə Instants funksiyasının istifadəyə verildiyini elan edib. Bu funksiya redaktə olunmadan paylaşılmış və baxıldıqdan sonra yoxa çıxan fotoları əhatə edir. Yenilik Snapchat və BeReal formatında "ani çəkilişlər" üçün nəzərdə tutulub.

Instants funksiyası "Instagram"ın şəxsi mesajlar bölməsində yerləşir. Belə fotolar profilə yerləşdirilmir - onları yalnız yaxın dostlar və "direct"dəki izləyicilər görə bilir. Eyni zamanda şəkilləri redaktə etmək mümkün deyil, yalnız göndərməzdən əvvəl qısa qeyd əlavə etməyə icazə verilir.

Funksiyanın əsas xüsusiyyəti "birdəfəlik" formatdır. Şəkil baxıldıqdan dərhal sonra silinir və maksimum 24 saat əlçatan olur. "Instagram" həmçinin bildirib ki, alıcılar bu fotoların skrinşotunu və ya ekran yazısını edə bilməyəcəklər. Instants paylaşan istifadəçilərdə isə həmin fotolar bir il müddətində "Arxiv"də saxlanılacaq.

Canlı ünsiyyət ideyasına baxmayaraq, yenilik artıq tənqid dalğasına səbəb olub. "The Independent" yazır ki, istifadəçilər təsadüfən göndərilən selfilərdən və anlaşılmaz interfeysdən şikayət edirlər. Çünki Instants düyməsi Direct bölməsinə inteqrasiya olunub və görünüşcə adi kamera düyməsinə bənzəyir, buna görə də vərdişlə səhvən basmaq asandır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 570   Tarix: 18 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

M7 ekspres marşrutu açılır - "20 Yanvar"dan "Həzi Aslanov"a qədər gedəcək

Yeni ekspres marşrut xətti fəaliyyətə başlayır. "Qafqazinfo" xəbər verir ki, bu barədə Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, metronun "20 Yanvar" stansiyasından "Qara Qarayev", "Neftçilər", "Xalqlar Dostluğu", "Əhmədli"

04.09.2026 211
.

Donor tapa bilmədi - 9 ay donuz böyrəyi ilə yaşadı

Amerikalı Tim Endryuz doqquz ay ərzində donuz böyrəyi ilə yaşayan ilk insan olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, hipertoniya və diabetdən əziyyət çəkən 66 yaşlı Tim Endryuzun nadir qan qrupu ona dono

04.09.2026 225
.

Çin ilk dəfə "Pallas-1" kosmik raketini sınaqdan keçirdi

Çin ilk dəfə "Pallas-1" kosmik raketini uğurla sınaqdan keçirib. xəbər verir ki, bu barədə "Sinxua" Xəbər Agentliyi məlumat yayıb. Buraxılış Bakı vaxtı ilə saat 05:00-da Çinin şimal-qərbində yerləşən Dongfeng kommersiya buraxılış məntəqəsindən həyata keçirilib. Bəyanatda qeyd olunu

04.09.2026 169
.

"Yaxın Şərqdə köhnə status-kvoya qayıtmaq mümkün deyil"

Yaxın Şərqdə dərinləşən böhran və Hörmüz boğazı ətrafında gərginləşən hərbi-siyasi vəziyyət qlobal təhlükəsizlik sistemini yeni sınaq qarşısında qoyub. Regionda hərbi balansı dəyişən bu qarşıdurma, eyni zamanda Cənubi Qafqazın və Azərbaycanın təhlükəsizliyi baxımından xüsusi diqqət tələb edir. Mövcu

04.09.2026 176
.

Paşinyanın ermənicə mesajı: dil dəyişdi, bəs Ermənistanın kursu hara dəyişir? - KÖŞƏ YAZISI

Bəzən beynəlxalq siyasətdə bir dövlət başçısının seçdiyi dil onun söylədiyi cümlələrdən daha çox şey deyir. Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının "ŞƏT+" formatında keçirilən sammitdə Nikol Paşinyanın rus dilində deyil, erməni dilində çıxış etməsi də belə jestlərdəndir. Əlbəttə, Ermənista

04.09.2026 232
.

HƏMAS-ın əks-kəşfiyyat rəhbəri belə ələ keçirildi

İsrail qüvvələri Qəzzada keçirilən reydlər zamanı HƏMAS-ın daxili təhlükəsizlik xidmətinin (əks-kəşfiyyat) rəhbəri Muain Əl-Arabidi ələ keçiriblər. xəbər verir ki, bu barədə İsrail müdafiə naziri İsrail Katz məlumat verib. Məlumata görə, Arabid Qəzzanın Əl-Katib rayonunda ÇAXAL və ŞABAK-ın xüsusi təyinatl

04.09.2026 152
.

Tehranın cavab zərbələri Yaxın Şərqdə yeni təhlükəsizlik ittifaqı yarada bilər

"İran və ABŞ arasında hərbi toqquşmalar yenidən başlayıb. Belə ki, əvvəlcə ABŞ İran ərazisində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hədəflərinə zərbələr endirib. İran ordusu isə cavab olaraq ABŞ-ın İordaniyadakı hərbi obyektini hədəfə alıb. Vaşinqton buna cavab olaraq Hörmüz boğazı yaxınlığındak

04.09.2026 211
.

Türkiyə Ayın araşdırılması proqramına qoşuldu

Türkiyə ABŞ-ın Artemis Ay proqramına qoşulan 71-ci ölkə olub. xəbər verir ki, bu barədə "SpaceNews" məlumat yayıb. Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, Ankara Artemis Sazişlərində nəzərdə tutulan öhdəliklərə uyğun olaraq kosmosun dinc məqsədlərlə araşdırılması və istifadəs

04.09.2026 165
.

Rus ordusu Donetskdə iki kəndi işğal etdi

Rusiya ordusu Donetsk vilayətində daha iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdiyini açıqlayıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Nikanorovka və Qruzskoye yaşayış məntəqələri Rusiya qüvvələrinin nəzarətinə keçib

04.09.2026 147
.