"Instagram" şəkillərinizdən barmaq izi məlumatlarını necə çıxarır?
Sosial şəbəkələrdə geniş yayılan "V" işarəli selfilər düşündüyünüzdən daha təhlükəli ola bilər. Kibertəhlükəsizlik mütəxəssisləri xəbərdarlıq edirlər ki, barmaqları ön planda görünən adi bir foto belə biometrik məlumatların oğurlanmasına yol aça bilər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, araşdırmalara görə, yüksək keyfiyyətli şəkillər vasitəsilə barmaq izlərini bərpa etmək artıq real təhlükəyə çevrilib. Bu barədə ilk xəbərdarlıqlar illər əvvəl edilsə də, süni intellekt və müasir smartfon kameralarının inkişafı riski daha da artırıb.
Çində yayımlanan realiti-şou zamanı maliyyə eksperti Li Çan məşhur bir şəxsin selfisi üzərindən barmaq izlərini çıxarmağın mümkün olduğunu nümayiş etdirib. O, süni intellekt alətlərindən istifadə edərək adi fotodakı bulanıq görüntünü detallı biometrik məlumatlara çevirə bilib.
Mütəxəssislərin sözlərinə görə, foto 1,5 metr məsafədən çəkilibsə, barmaq izlərinin tam surətdə kopyalanması ehtimalı çox yüksəkdir. 3 metr məsafədən çəkilən şəkillərdə isə biometrik məlumatların təxminən yarısını bərpa etmək mümkündür.
Cin Cü bildirib ki, yüksək çözünürlüklü kameralar sayəsində sadəcə "V" işarəsi göstərilən fotolardan belə barmaq izlərini yenidən yaratmaq texniki baxımdan mümkündür.
Ekspertlər panikaya ehtiyac olmadığını desələr də, süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyini vurğulayırlar. Onların fikrincə, yaxın gələcəkdə bu cür məlumatların əldə olunması daha da asanlaşa bilər.
Şəxsi məlumatların qorunması üçün mütəxəssislər bir neçə sadə məsləhət verir:
Sosial şəbəkədə paylaşdığınız fotolarda barmaq uclarını bulanıqlaşdırın, foto redaktorları ilə dəri teksturasını yumşaldın, əllərin yaxın planda göründüyü şəkilləri açıq paylaşmamağa çalışın.
Mütəxəssislər hesab edirlər ki, rəqəmsal dövrdə hətta ən adi vərdişlər belə təhlükəsizlik baxımından risk yarada bilər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 503 Tarix: 18 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu ölkədə "Maşa və Ayı" qadağan oluna bilər
Böyük Britaniyada bir qrup deputat məşhur "Maşa və Ayı" cizgi filminin nümayişinin qadağan olunmasını tələb edib. Axşam.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Bildirilib ki, deputatlar müraciətlərində cizgi filminin Rusiya təbliğatı elementi daşıdığını iddi
04.07.2026 235 Pensiyanı birdəfəlik almaq mümkün olacaq? - VACİB DETALLAR AÇIQLANDI
Dünyanın bir sıra ölkələrində vətəndaşların yığılmış pensiya kapitalını müəyyən şərtlər daxilində vaxtından əvvəl və ya təqaüdə çıxan kimi birdəfəlik əldə etməsi təcrübəsi geniş yayılıb. Xüsusilə sosial təminat sistemləri inkişaf etmiş dövlətlərdə fərqli təbəqələrdən olan insanların bu vəsaitlərdən vaxtında
00:09 0 Türkiyədə 6 nəfər gənə yapışması nəticəsində ölüb
Türkiyənin Sivas və Tokat bölgələrində 6 sakin gənə yapışması nəticəsində ölüb. "Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Bildirilib ki, Tokatın Artova rayonunun Poyrazalan kəndində heyvandarlıqla məşğul olan 60 yaşındakı A.K. yüksək qızdırmadan şikayət edərə
04.07.2026 170 Gürcüstanda Azərbaycan vətəndaşlarının da olduğu 50 qanunsuz miqrant saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşlarının keçirdiyi xüsusi immiqrasiya nəzarəti tədbirləri nəticəsində 50 xarici ölkə vətəndaşı saxlanılıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki
04.07.2026 185 Zorla ərə vermək istədilər, sevgilisi ilə Tbilisiyə qaçdı, əmisi oğlu tərəfindən öldürüldü - 21 yaşlı Fatimənin qətlinin DETALLARI
Gürcüstanda Azərbaycan vətəndaşı, 28.10.2005-ci il təvəllüdlü Fatimə Kərimovanın qətli ilə bağlı bəzi təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə cinayət işi açılıb. Məlum olub ki, hadisə iyunun 27-də Tbilisi şəhəri, Yevqen
04.07.2026 291 Rusiya Konstantinovkanı nəzarətə götürdüyünü bildirir, Ukrayna Baş Qərargahı təkzib edir
Rusiya tərəfinin Ukraynanın Donetsk vilayətindəki Konstantinovka şəhərinin "ələ keçirilməsi" barədə bəyanatı həqiqətə uyğun deyil, şəhər Müdafiə Qüvvələrinin nəzarəti altındadır. "Report" xəbər verir ki, bu barədə "RBK-Ukrayna"ya Ukrayna Silahlı Qüvvələri Baş Qərargahını
04.07.2026 181 Qəzada ölən Amal 4 il əvvəl narkotikə görə tutulubmuş - Fotolar
Bloqer İlduzə Hacıyevanın (Arzum99) həbsindən sonra qəzada həyatını itirən Amal Məlikovla bağlı yeni məlumatlar geniş müzakirə obyektinə çevrilib. "Qafqazinfo" xəbər verir ki, ABŞ-də yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşova Amal Məlikovun əvvəllər xuliqanlıq və narkotik vasitələrin qanunsu
04.07.2026 407 Sosioloq: Uşaq və yeniyetmələrlə bağlı sosial şəbəkələrdə nəzərdə tutulan tənzimləmə məqsədəuyğundur
Azərbaycanda uşaqların və yeniyetmələrin sosial şəbəkəyə çıxışlarına məhdudiyyətlər qoyulması məqsədəuyğun addımdır. Bunu "Report"a açıqlamasında sosioloq Nail Cəlil deyib. Onun sözlərinə görə, rəqəmsal mühit, sosial şəbəkə günün reallığıdır:. "Dünyanın bir çox ölkələrində məhz sosia
04.07.2026 156 Azərbaycanda ucuz qiymətə idxal ət satılır? (VİDEO)
Bazarlarda alıcılara 11-12 manata dondurulmuş quzu əti təklif olunur. Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Televiziyasının (AzTV) videomaterialında deyilir:. Satıcılar bildirirlər ki, bu ət Monqolustandan gəlir. Alıcıların bəziləri bu əti alsalar da, digərləri yerli məhsullara üstünlük verirlər
04.07.2026 201