Rza ölkə xaricindən təklifləri olduğunu gizlətmədi: "Neftçi"nin qapıçısı nə düşünür?

Rza ölkə xaricindən təklifləri olduğunu gizlətmədi: "Neftçi"nin qapıçısı nə düşünür?"Milliyə dəvət almaq hər zaman qürurverici hissdir və mən də çox xoşbəxtəm ki, milli komandanın futbolçusuyam. Əlbəttə, milli forma altında çıxış etmək, istər rəsmi oyun, istər yoldaşlıq görüşü olsun, hər zaman dəyərlidir".

Bu sözləri "Neftçi"nin və millimizin futbolçusu Rza Cəfərov İdmanxeber.az saytına müsahibəsi zamanı bildirib. İdmançı ötən mövsüm barədə danışıb və karyerası ilə bağlı sualları cavablandırıb.

- Mövsümü necə dəyərləndirirsən? Sənin üçün necə keçdi?

- Mövsüm mənim üçün qarışıq keçdi. Açığı, daha çox oynamaq və komandama daha çox fayda vermək istəyirdim. İstədiyim qədər şans qazanmadım, bəzi oyunlarda isə daha yaxşı çıxış edə bilərdim. Amma bütün bunlara baxmayaraq, bu mövsüm mənə həm psixoloji, həm də peşəkar baxımdan çox şey öyrətdi. Futbolda belə dövrlər olur və əsas məsələ işləməyə davam etməkdir.

- Ötən mövsüm "Neftçi"də sənə heç şans verilmədi. Mövsümün əvvəlində Samir Abasov Kenan Piriçə güvəndi, səni qapıda görmədik. Buna görə Abasovu tənqid edənlər də oldu. Sən necə düşünürsən, rəqabətdə Piriçə uduzduğunu qəbul edirsən?

- Futbolda rəqabət normaldır. Qərarı həmişə baş məşqçi verir. Samir müəllim həmin dönəmdə Kenan Piriçə daha çox güvənirdi və mən buna hörmətlə yanaşıram. Mən heç vaxt "niyə o oynayır, mən yox?" düşüncəsində olmamışam. Sadəcə məşqlərdə özümü göstərməyə çalışmışam. Kenan da keyfiyyətli qapıçıdır. Ola bilər ki, həmin dönəmdə məşqçi onun oyun üslubunun komandaya daha uyğun olduğunu düşünürdü. Mən isə hər zaman hazır olmağa çalışmışam.

- Əslində "Qəbələ"yə daha çox oynamaq üçün yollanmışdın. Amma orada da sabit çıxış edə bilmədin. Bunun səbəbi nə idi?

- "Qəbələ"də əsas məqsədim daha çox oyun praktikası qazanmaq idi. Başlanğıc yaxşı olsa da, sonradan müəyyən çətinliklər yarandı. Bəzən futbolçunun ritm tapması üçün ardıcıl oyunlar vacib olur. Müxtəlif səbəblərdən tam stabil çıxış edə bilmədim. Amma bunu bəhanə kimi görmürəm. Öz üzərimdə daha çox işləməli olduğumu bilirəm və bu müddətdən də nəticə çıxarmışam.

- "Neftçi"yə qayıdırsan. Komandada Piriç və Emil Balayev var. Onlarla rəqabət aparacaqsan, yoxsa yenidən icarəyə yollanma ehtimalın var?

- Klubla müqaviləm davam edir. İlk hədəfim "Neftçi" ilə yaxşı bir təlim-məşq toplanışı keçməkdir, daha sonrasını zaman göstərəcək. Təbii ki, rəqabətdən çəkinmirəm. "Neftçi" kimi komandada oynayırsansa, hər mövqedə ciddi rəqabət olur. Əsas məqsədim oynamaq və özümü göstərməkdir.

- Sən gənc yaşında "Neftçi"nin kapitanı və əsas qapıçısı idin. Açıq danışsaq, yenidən komandanın əsas qapıçısı ola biləcəyin hazırda nə dərəcədə realdır?

- Futbolda hər şey hər zaman mümkündür. Sadəcə səbirli olub çox çalışmaq lazımdır. İlk növbədə, bayaq qeyd etdiyim kimi, zədəsiz və yaxşı bir təlim-məşq toplanışı keçmək lazımdır. Daha sonrasına isə inanıram ki, qoyduğum hədəflərə maksimum çata bilərəm.

- Ötən mövsüm adın bir neçə klubla hallanırdı. Rumıniyadan "Dinamo", İrandan "Traktor" və Finlandiyadan HİK komandaları səni istəyirdi. Bildiyim qədəri ilə "Neftçi" səni buraxmadı. Bəs sən nə düşünürdün? Ölkə xaricinə getmək istəyirdin?

- Xaricdən təkliflərim həqiqətən var idi və bu, mənə daha da artıq motivasiya verirdi. Çünki hədəflərimdən biri də ölkəmizi təmsil etmək, həm də fərdi karyeram baxımından böyük addım atmaqdı. Həmin ərəfədə klubumla müqaviləm var idi və buna görə də transfer baş tutmadı. Hazırkı halda hədəfim "Neftçi"də möhkəmlənməkdir və daha sonra şans yarandığı təqdirdə ölkə xaricinə çıxmaq istəyirəm.

- Əgər yayda yenə təklif olsa, hansı qərarı verəcəksən?

- Açığı, indi də müəyyən variantlar var. Ancaq hazırkı hədəfim "Neftçi"də möhkəmlənməkdir və daha sonra şans yarandığı təqdirdə ölkə xaricinə çıxmaq istəyirəm.

- Milliyə dəvət alsan da, Ayxan Abbasov sənə şans vermədi. Bu sənə necə təsir etdi? Baş məşqçinin bununla bağlı səninlə söhbəti oldu?

- Milliyə dəvət almaq hər zaman qürurverici hissdir və mən də çox xoşbəxtəm ki, milli komandanın futbolçusuyam. Əlbəttə, milli forma altında çıxış etmək, istər rəsmi oyun, istər yoldaşlıq görüşü olsun, hər zaman dəyərlidir. Bu toplanışda şans qazana bilmədim və bu, normal haldır. Məşqçilər heyətinin öz baxışı və öz düşüncələri var. Mən də buna hörmətlə yanaşıram. Çalışacağam ki, gələcək toplanışlarda şans qazanım. Bunun üçün isə əlbəttə, səbirli olub çox çalışmaq lazımdır.


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 466   Tarix: 14 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Fənərbağça" Kresponu transfer etdi

İstanbul nəhəngi "Fənərbağça" daha bir futbolçunun transferini rəsmiləşdirib. "Fənər" Portuqaliyanın "Eştoril" klubunda çıxış edən Migel Kresponu heyətinə cəlb edib. 1996-cı il təvəllüdlü futbolçu bu gün İstanbulda tibbi müayinədən keçəcək.( )

05.09.2021 709
.

Mahir Emreli Polşanın qəhrəmanına çevrildi - VİDEO

Mahir Emreli "Legiya"nı Avropa Liqasının qrup mərhələsinə çıxaran qollara imza atıb. xəbər verir ki, Emreli "Slaviya" (Praqa) ilə qarşılaşmanın 59-cu və 70-ci dəqiqələrdə fərqlənməklə komandasına qələbə qazandırıb - 2:1. Mahir Emreli iki oyunda üst-üstə 3 qol, avrokuboklarda isə ümumilikd

27.08.2021 1005
.

Pele əməliyyat olundu

Braziliyalı əfsanəvi futbolçu Pele əməliyyat olunub. Bu barədə o, özünün "Facebook" səhifəsində yazıb. Ötən həftə müayinə üçün San-Paulu xəstəxanasına gedən "futbol kralı"nın yoğun bağırsağında şiş aşkar olunub. Şənbə günü əməliyyat olunan məşhur hazırda özünü yaxşı hiss etdiyin

06.09.2021 1378
.

Həbib Nurməhəmmədov yeznəsinin niyə azərbaycanlı rəqib seçdiyini açıqladı - FOTO/VİDEO

"Çoxlarına maraqlıdır ki, niyə Əbdülmanafın xatirəsinə həsr olunan belə turniri biz AMC FNG (Fight Nights Global) ilə birgə keçiririk?. "Divardan divara" turnirini keçirmək atamın ideyası olub. Bütün turniri belə keçirmək alınmaz, amma bir neçə döyüş olacaq. Atamın düşüncələrin

23.08.2021 2064
.

Güləşçilərimiz Avropa çempionatında 2 qızıl, 1 gümüş və bürünc medal qazanıb

Bu gün Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclərin Avropa çempionatı keçirilib. Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, qitə birinciliyində baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 güləşçimiz mübariz

12.09.2021 746
.

Ronaldu İngiltərə Premyer Liqasına ən ödənişli futbolçu kimi qayıdıb

"Mançester Yunayted"ə qayıdan Kriştianu Ronaldu İngiltərə Premyer Liqasının ən yüksək ödənişli futbolçusu olacaq. "Report"un "Daily Mail"ə istinadən məlumatına görə, 36 yaşlı hücumçu həftədə 560 00 avro əmək haqqı alacaq. Siyahıda ikinci yeri "Çelsi"nin forvard

29.08.2021 1008
.

Azərbaycanın daha bir paracüdoçusu qızıl medal qazandı

Azərbaycanın qadın paracüdoçusu Sevda Vəliyeva Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb. xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada Pərvinə Səməndərova ilə üz-üzə gəlib. Rəqini 1:0 hesabı ilə məğlub edən Vəliyeva paralimpiya çempion

28.08.2021 647
.

"Barselona"nın futbolçusu "Beşiktaş"da oynayacaq

Türkiyənin "Beşiktaş" klubu İspaniya "Barselona"sının futbolçusunu heyətinə qatıb. "Qara qartallar" katalon klubunun bosiyalı üzvü Miralem Pyaniçi icarəyə götürüb. "Barsa"da illik 8 milyon avro məvacib alan Pyaniçə İstanbul təmsilçisinin heyətində 3 milyon avr

02.09.2021 898
.

Bir FOTONUN HEKAYƏSİ: Əli güclü zərbə ilə rəqibini yerə sərir, qışqırır və əfsanəyə çevrilir

Şəkildə nə görürsünüz? Ağır çəkidə boks çempionu Məhəmməd Əli məğlub etdiyi rəqibi Sonni Listonun başı üzərində dayanıb. Nə baş verir? Əli 1964 -cü ildə Listondan titulu alıb və 1965-ci ildə revanş döyüşündə rəqibini ilk raundda nokaut edib. Liston rinqdə üzü üstə yıxılıb və qəzəblənmiş Məhəmməd Əl

27.08.2021 1378
.