"Qarabağ" Leandro Andradenin Ukraynanın "Polesye" klubuna keçidini açıqlayıb
"Qarabağ" futbolçusu Leandro Andradenin transferi ilə bağlı Ukraynanın "Polesye" klubunun təklifini yarımmüdafiəçinin istəyini nəzərə alaraq müsbət cavablandırıb.
"Report" xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.
Klublar arasında aparılan danışıqların uğurla yekunlaşıb və tərəflər arasında razılıq əldə olunub.
2022-ci ilin yanvarından "Qarabağ"ın formasını geyinən kabo verdeli futbolçu komandanın heyətində 2021/2022, 2022/2023, 2023/2024 və 2024/2025 mövsümlərində Azərbaycan çempionu olub, 2021/2022 və 2023/2024 mövsümlərində ölkə kubokunu qazanıb.
"Köhlən atlar"ın 2023/2024 mövsümündə UEFA Avropa Liqasının 1/8 finalına, 2025/2026 mövsümündə UEFA Çempionlar Liqasının pley-offuna yüksəlməsində əməyi olan oyunçu 2022/2023 və 2024/2025 mövsümlərində UEFA Avropa Liqasının əsas, 2021/2022 və 2022/2023 mövsümlərimdə UEFA Konfrans Liqasının pley-off mərhələlərinin iştirakçısı olub. O, "Qarabağ"da keçirdiyi 213 matçda 60 qol vurub.
Andrade "Qarabağ"da oynadığı müddətdə qitəmiqyaslı klub turnirlərinin tarixinə düşüb. O, əsas mərhələlərin üç fərqli matçının 1-ci dəqiqəsində qol sevinci yaşayan ilk və yeganə futbolçudur.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 244 Tarix: 27 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Formula 1" pilotu koronavirusa yoluxub
"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen koronavirusa yoluxub. "Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı sürücü bu səbəbdən Niderland Qran-prisində iştirak etməyəcək. Onu Robert Kubitsa əvəzləyəcək
05.09.2021 551 Lorenzo Sotomayor karyerasını başa vurub
Azərbaycan Boks Federasiyasının (ABF) iclası keçirilib. ABF-dən "Report"a verilən məlumata görə, Tokio-2020 Yay Olimpiya Oyunlarının yekunu və növbəti Olimpiya tsiklinə hazırlıqla bağlı təşkil olunan toplantıda qurumun vitse-prezidentləri Süleyman Mikayılovla Rövşən Hüseynov, baş katib Nağ
12.09.2021 599 Ronaldu İngiltərə Premyer Liqasına ən ödənişli futbolçu kimi qayıdıb
"Mançester Yunayted"ə qayıdan Kriştianu Ronaldu İngiltərə Premyer Liqasının ən yüksək ödənişli futbolçusu olacaq. "Report"un "Daily Mail"ə istinadən məlumatına görə, 36 yaşlı hücumçu həftədə 560 00 avro əmək haqqı alacaq. Siyahıda ikinci yeri "Çelsi"nin forvard
29.08.2021 1008 Pele əməliyyat olundu
Braziliyalı əfsanəvi futbolçu Pele əməliyyat olunub. Bu barədə o, özünün "Facebook" səhifəsində yazıb. Ötən həftə müayinə üçün San-Paulu xəstəxanasına gedən "futbol kralı"nın yoğun bağırsağında şiş aşkar olunub. Şənbə günü əməliyyat olunan məşhur hazırda özünü yaxşı hiss etdiyin
06.09.2021 1378 Yerkökü yeyərkən çənəsini sındırdı - FOTO
Niderlandın "Herenven" klubunun futbolçusu Rami Kaib kuryoz hadisə yaşayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, isveçli müdafiəçi yerkökü yeyərkən çənəsini sındırıb. Bu barədə "Herenven" klubunun rəsmisi yerli mətbuata açıqlamasında deyib. Kaib bir müddət əvvəl çənəsində
13.09.2021 1755 Tokio-2020: Paralimpiadanın bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib
Tokio-2020 Yay Paralimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib. Bayrağı para-atlet Lamiyə Vəliyeva daşıyacaq. Qeyd edək ki, Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda qızıl, 100 metr məsafəyə qaçışda isə gümüş medal əldə edib. Bağlanış mərasimi Bakı vaxtı il
05.09.2021 730 Taekvondoçularımız üç gümüş medal qazandılar
Tallində yeniyetmə və 21 yaşadək idmançılar arasında təşkil olunan qitə birinciliyinin son yarış günündə yeniyetmə taekvondoçularımız aktivlərinə daha üç gümüş medal əlavə ediblər. xəbər verir ki, yeniyetmə milli komandamızın üzvləri Vasif Səlimov (45 kiloqram), İslam Əhmədzadə (53 kiloqram) və Nərgi
27.08.2021 665 Bir FOTONUN HEKAYƏSİ: Əli güclü zərbə ilə rəqibini yerə sərir, qışqırır və əfsanəyə çevrilir
Şəkildə nə görürsünüz? Ağır çəkidə boks çempionu Məhəmməd Əli məğlub etdiyi rəqibi Sonni Listonun başı üzərində dayanıb. Nə baş verir? Əli 1964 -cü ildə Listondan titulu alıb və 1965-ci ildə revanş döyüşündə rəqibini ilk raundda nokaut edib. Liston rinqdə üzü üstə yıxılıb və qəzəblənmiş Məhəmməd Əl
27.08.2021 1378 Azərbaycanlı idmançı Paralimpiya rekordu qırıb, qızıl medal qazandı
Atletikanın nüvə itəlmə növü üzrə idmançımız Elvin Astanov (F53 kateqoriyası) Tokio Paralimpiya Oyunlarında Azərbaycana səkkizinci qızıl medalı qazandırıb. O, 8.77 metr nəticə göstərərək Paralimpiya rekordunu yeniləyib və yarışların qızıl medalını qazanıb. Qeyd edək ki, bu nəticə ilə Azərbaycan meda
29.08.2021 1349