ABŞ hökuməti İran millisindən matçdan dərhal sonra ölkədən çıxmağı tələb etdi
ABŞ hökuməti İran milli futbol komandasının oyunçularından DÇ-2026-da qrup mərhələsinin son turunda Misir yığması ilə matç başa çatan kimi ölkəni dərhal tərk etməyi tələb edib.
Oxu.Az xəbər verir ki, bunu iyunun 27-də İran millisinin baş məşqçisi Əmir Qalenoi "RIA Novosti" agentliyinin sualını cavablandırarkən bildirib.
Mütəxəssis mətbuat konfransında ev sahibi tərəfin sərt şərtlərindən danışıb. Onun sözlərinə görə, komanda bu cür məhdudiyyətlərlə artıq üçüncü dəfədir üzləşir.
"Matçdan sonra bədənin bərpaya ehtiyacı olur. Oyundan dərhal sonra üç saatlıq uçuş etmək məcburiyyəti bərpa prosesini gecikdirir", - deyə o bildirib.
Qalenoi qeyd edib ki, bu cür tələblər idmançılar üçün əlavə stres yaradır. Baş məşqçi ABŞ hökumətinin davranışını dəhşətli adlandıraraq vurğulayıb ki, futbolçulara hazırkı hərbi əməliyyatlar da təsir göstərir.
"Ümid edirəm ki, dünya bunu görəcək. Bu yanaşmalar bizə zərər vurur. Amma biz yaxşı nəticə göstəririk və komandamızla fəxr edirik", - deyə Qalenoi əlavə edib.
Baş məşqçi xarici təzyiqlərə və ev sahibi ölkənin sərt qaydalarına baxmayaraq, futbolçularının nümayiş etdirdiyi oyundan razı qaldığını bildirib.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 494 Tarix: 28 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Fənərbağça" Kresponu transfer etdi
İstanbul nəhəngi "Fənərbağça" daha bir futbolçunun transferini rəsmiləşdirib. "Fənər" Portuqaliyanın "Eştoril" klubunda çıxış edən Migel Kresponu heyətinə cəlb edib. 1996-cı il təvəllüdlü futbolçu bu gün İstanbulda tibbi müayinədən keçəcək.( )
05.09.2021 709 Mahir Emreli Polşanın qəhrəmanına çevrildi - VİDEO
Mahir Emreli "Legiya"nı Avropa Liqasının qrup mərhələsinə çıxaran qollara imza atıb. xəbər verir ki, Emreli "Slaviya" (Praqa) ilə qarşılaşmanın 59-cu və 70-ci dəqiqələrdə fərqlənməklə komandasına qələbə qazandırıb - 2:1. Mahir Emreli iki oyunda üst-üstə 3 qol, avrokuboklarda isə ümumilikd
27.08.2021 1005 Pele əməliyyat olundu
Braziliyalı əfsanəvi futbolçu Pele əməliyyat olunub. Bu barədə o, özünün "Facebook" səhifəsində yazıb. Ötən həftə müayinə üçün San-Paulu xəstəxanasına gedən "futbol kralı"nın yoğun bağırsağında şiş aşkar olunub. Şənbə günü əməliyyat olunan məşhur hazırda özünü yaxşı hiss etdiyin
06.09.2021 1378 Həbib Nurməhəmmədov yeznəsinin niyə azərbaycanlı rəqib seçdiyini açıqladı - FOTO/VİDEO
"Çoxlarına maraqlıdır ki, niyə Əbdülmanafın xatirəsinə həsr olunan belə turniri biz AMC FNG (Fight Nights Global) ilə birgə keçiririk?. "Divardan divara" turnirini keçirmək atamın ideyası olub. Bütün turniri belə keçirmək alınmaz, amma bir neçə döyüş olacaq. Atamın düşüncələrin
23.08.2021 2064 Güləşçilərimiz Avropa çempionatında 2 qızıl, 1 gümüş və bürünc medal qazanıb
Bu gün Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclərin Avropa çempionatı keçirilib. Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, qitə birinciliyində baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 güləşçimiz mübariz
12.09.2021 746 Ronaldu İngiltərə Premyer Liqasına ən ödənişli futbolçu kimi qayıdıb
"Mançester Yunayted"ə qayıdan Kriştianu Ronaldu İngiltərə Premyer Liqasının ən yüksək ödənişli futbolçusu olacaq. "Report"un "Daily Mail"ə istinadən məlumatına görə, 36 yaşlı hücumçu həftədə 560 00 avro əmək haqqı alacaq. Siyahıda ikinci yeri "Çelsi"nin forvard
29.08.2021 1008 Azərbaycanın daha bir paracüdoçusu qızıl medal qazandı
Azərbaycanın qadın paracüdoçusu Sevda Vəliyeva Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb. xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada Pərvinə Səməndərova ilə üz-üzə gəlib. Rəqini 1:0 hesabı ilə məğlub edən Vəliyeva paralimpiya çempion
28.08.2021 647 "Barselona"nın futbolçusu "Beşiktaş"da oynayacaq
Türkiyənin "Beşiktaş" klubu İspaniya "Barselona"sının futbolçusunu heyətinə qatıb. "Qara qartallar" katalon klubunun bosiyalı üzvü Miralem Pyaniçi icarəyə götürüb. "Barsa"da illik 8 milyon avro məvacib alan Pyaniçə İstanbul təmsilçisinin heyətində 3 milyon avr
02.09.2021 898 Bir FOTONUN HEKAYƏSİ: Əli güclü zərbə ilə rəqibini yerə sərir, qışqırır və əfsanəyə çevrilir
Şəkildə nə görürsünüz? Ağır çəkidə boks çempionu Məhəmməd Əli məğlub etdiyi rəqibi Sonni Listonun başı üzərində dayanıb. Nə baş verir? Əli 1964 -cü ildə Listondan titulu alıb və 1965-ci ildə revanş döyüşündə rəqibini ilk raundda nokaut edib. Liston rinqdə üzü üstə yıxılıb və qəzəblənmiş Məhəmməd Əl
27.08.2021 1378