"Kreml nəzarəti itirir, iqtisadiyyat laxlayır" - "Ölkə 30 il geriyə qayıdır..."

"Kreml nəzarəti itirir, iqtisadiyyat laxlayır" - "Ölkə 30 il geriyə qayıdır..."Ukrayna PUA-larının ardıcıl zərbələri nəticəsində Rusiyanın neft emalı sənayesi iflic vəziyyətinə düşüb. Ölkədə yaranan dözülməz yanacaq böhranı fonunda Rusiya Prezidenti Vladimir Putin hökumətlə növbəti təcili iclasını keçirib. Toplantıda daxili bazarda benzin qıtlığını aradan qaldırmaq üçün ölkədə şəbəkə şəklində "mini-NEZ"lərin (mini neft emalı zavodları) tikilməsi qərara alınıb. Putinin fikrincə, Ukrayna dronlarının belə kiçik obyektləri hədəf alması daha çətin olacaq.

Baş nazirin müavini Aleksandr Novak artıq dizel yanacağının ixracına qadağa qoyulduğunu və xaricdən neft məhsullarının idxalına başlanılacağını bildirsə də, daxili bazarda vəziyyət fəlakətlidir. Rusiyanın 5 regionunda avtomobillərin dövlət nömrə nişanlarına görə benzin satışı limitlənib. Yanaqdoldurma məntəqələrində uzun növbələr yaranıb, bəzi yerlərdə benzinin litri fantastik qiymətə - 380 rubla qədər yüksəlib. Böhranın əsas səbəbi Ukrayna dronlarının Rusiyanın neft emalı gücünün 85%-ni sıradan çıxarması və son olaraq iyulun 6-da ölkənin ən nəhəng zavodu olan Omsk NEZ-ni vurmasıdır.

"AzPolitika" xəbər verir ki, sahə ekspertləri və analitiklər Putinin bu qərarını Rusiyanın 30 il geriyə - xaotik 90-cı illərə qayıtması kimi qiymətləndirirlər.

Neft-qaz sahəsi üzrə analitik Boris Aronşteyn bildirir ki, "mini-NEZ" ideyası vaxtilə Çeçenistanda əhalinin xam nefti oğurlayıb kustar üsulla emal etdiyi 90-cı illərin kriminal irsidir: "Bu kiçik zavodların ikincili emal (katalitik hidrokrekkinq, izomerizasiya) texnologiyası yoxdur. Onlar keyfiyyətli Aİ-92, Aİ-95 və ya Aİ-100 markalı benzin istehsal edə bilməzlər, yalnız mazut və bitum verirlər. Onların ümumi emala töhfəsi maksimum 5-10% ola bilər, lakin emal dərinliyi çox aşağı olduğundan milyonlarla ton neft havaya sovrulacaq. Rusiya son 10 ildə emal dərinliyini 84%-ə qaldırmışdı, indi isə 30 il geriyə addımlayır. Mən təsəvvür edə bilmirəm ki, xarici markalı avtomobillər bu kustar zavodların istehsal edəcəyi 'pramoqon' (təmizlənməmiş ibtidai benzin) ilə necə işləyəcək. Bu qərar həm neft sənayesini, həm də avtomobil sənayesini məhv edəcək".

Siyasi şərhçi Ruslan Aysin isə qeyd edir ki, Putinin bu problemi açıq etiraf etməsi böhranın katastrofik miqyasından xəbər verir.

Onun sözlərinə görə, vahid yanacaq bazarının parçalanması Putinin əsas dayağı olan "Rosneft" kimi nəhəng korporasiyaların gəlirlərini vuracaq və Kremlin idarəetmə rıçaqlarını zəiflədəcək: "2000-ci illərdən bəri qurulan 'enerji superdövləti' imici rəsmi olaraq çökür. Yanacaq böhranı logistika xərclərini kəskin artıracaq, bu isə ölkədəki bütün məhsul və xidmətlərin qiymətini qaldıracaq. Hazırda yay mövsümüdür, kənd təsərrüfatında biçin vaxtıdır və yanacağa tələbat pik həddədir. Dünyanın ən böyük ölkəsi olan Rusiya logistika hesabına bir arada qalırdı, indi bu zəncir qırılır və hər region öz başının çarəsinə baxmalı olacaq".

Rusiya daxilində bu panika yaşandığı bir vaxtda, ABŞ Dövlət katibi Marko Rubio Ukraynanın Rusiyanın daxilinə endirdiyi zərbələrin real sülh danışıqlarını yaxınlaşdırdığını bəyan edib. Üstəlik, NATO-nun Ankara sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşən Donald Tramp ABŞ-ın Kiyevə "Patriot" sistemləri üçün raket istehsalı lisenziyası verməyi planlaşdırdığını təsdiqləyib. Bu isə o deməkdir ki, Ukraynanın zərbə və müdafiə imkanları daha da artacaq, Rusiyanın enerji infrastrukturuna təzyiq isə davam edəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 948   Tarix: 10 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI

Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya

00:19 92
.

"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib - Foto

"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Çinin Azərbaycandakı səfiri Lu Mey

07.11.2026 183
.

Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. BİG.AZ -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internet

00:29 81
.

Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" - Video

44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar - Şəhriyar və Cavad Quliyevlərdir. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar. xəbər veri

07.11.2026 195
.

"Haber Global": 44 gündə yazılan dastan - Video

"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ

07.11.2026 136
.

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A

07.11.2026 175
.

Simonyan: "70 il bizə türklərlə bağlı yalan aşılayıblar"

"Ermənistan uşaqlarına qisas deyil, sülhün miras qalmasını təmin etmək və müharibənin qarşısını almaq ölkə təhlükəsizliyinin ən vacib zəmanətlərindən biridir". erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Üçüncü Qlobal Erməni Sammit

07.11.2026 163
.

Almaniya Ukraynaya "Patriot" göndərməyəcək

Almaniya öz müdafiəsində kritik boşluqların yaranması riski səbəbindən artıq Ukraynaya "Patriot" zenit-raket kompleksləri tədarük etmək imkanına malik deyil. xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Boris Pistorius "Funke" media qrupuna müsahibəsində bildirib. "Xüsusil

07.11.2026 124
.

İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır

07.11.2026 186
.