Sürücülük vəsiqəsi almaq istəyənlərə ŞAD XƏBƏR: BUNDAN SONRA...

Sürücülük vəsiqəsi almaq istəyənlərə ŞAD XƏBƏR: BUNDAN SONRA...Azərbaycanda sürücülük vəsiqəsi almaq istəyən vətəndaşların uzun müddətdir qarşılaşdığı və ciddi narazılıqlara səbəb olan problemlərdən biri öz həllini tapıb. Belə ki, sürücülük vəsiqəsi imtahanlarında iştirak etmək üçün tələb olunan tibbi arayışın qüvvədə olma müddətinin cəmi 30 gün müəyyən edilməsi vətəndaşlar üçün böyük çətinlik yaradırdı. İmtahandan kəsilən və ya növbəti mərhələyə qatılmaq istəyən şəxslər hər dəfə yenidən rentgen, laborator analizlər və bütün tibbi prosedurlardan keçmək məcburiyyətində qalırdılar.

AZXEBER.COM xəbər verir ki, qeyd edək ki, bu aktual problem Musavat.com-un da diqqət mərkəzində olub və saytımızda məsələ ilə bağlı silsilə materiallar yayımlanıb. Problemin ictimailəşdirilməsi və vətəndaşların haqlı təkliflərinin gündəmə gətirilməsi istiqamətində hazırladığımız xüsusi reportajları aşağıdakı linklərdən oxuya bilərsiniz:
​
Məsələnin aktuallığını nəzərə alaraq, Musavat.com-un sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) rəsmi açıqlama verilib.

​TƏBİB-dən bildirilib ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 4 avqust 2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Təlimatın 5.6.5-ci yarımbəndinə əsasən, sürücülük vəsiqəsi almaq istəyən şəxs nəqliyyat vasitəsinin idarə edilməsinə yararlılığı barədə tibbi arayışı təqdim etməlidir.

​Rəsmi cavabda daha sonra qeyd olunur:

​"Qanunvericilikdə sürücülüyə yararlı olmaq barədə tibbi arayışın etibarlılıq müddəti birbaşa tənzimlənmədiyindən yol hərəkəti iştirakçılarının və cəmiyyətin yol-nəqliyyat hadisələrindən və onların nəticələrindən müdafiə olunması və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin tibbi arayışın etibarlılıq müddəti 30 (otuz) gün olaraq müəyyən edilib.

​Tibbi arayışın qüvvədə olma müddətinin qısa olması səbəbindən vətəndaşların bir çox hallarda təkrar tibbi müayinələrdən, o cümlədən rentgen və laborator analizlərdən keçməyə məcbur qalmasını diqqətə alaraq, sürücülüyə yararlı olmaq barədə tibbi arayışın etibarlılıq müddəti ilə bağlı məsələyə yenidən baxılmış və həmin müddət artırılaraq 60 (altmış) gün müəyyən edilib".

​Beləliklə, aparılan müzakirələr və ictimai qınaq öz bəhrəsini verib - vətəndaşları vaxt və maliyyə itkisinə salan 30 günlük məhdudiyyət artıq 2 aya (60 günə) qaldırılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 975   Tarix: 12 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A

07.11.2026 175
.

Azərbaycan 9 ayda 47 milyon dollarlıq alma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 58 min 3,2 ton alma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə almanın dəyəri 47 milyon 351,1 min ABŞ dolları təşkil edib. Bunlar, ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 13 min 374 ton (18,

07.11.2026 171
.

"Haber Global": 44 gündə yazılan dastan - Video

"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ

07.11.2026 136
.

Şəkidə VAZ-2107 ilə vurulan piyada öldü

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə bu gün saat 11 radələrində şəhər ərazisində qeydə alınıb. Belə ki, Arif Səlimov VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında olan 58 yaşlı İlqar Musayevi vurub. İ.Musayev aldığı xəsarətlərdən xəstəxanad

07.11.2026 172
.

Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı

Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin

00:17 98
.

Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,

07.11.2026 183
.

"Real Madrid" Yaponiya millisinin qapıçısını izləyir

"Real Madrid" klubu İngiltərənin "Aston Villa" komandasında çıxış edən yaponiyalı qapıçı Zion Suzukiyə maraq göstərir. "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi 24 yaşlı qolkiperin çıxışını yaxından izləyir və onu qapıçı mövqeyinin uzunmüddətli perspektiv

07.11.2026 174
.

HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video

Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i

07.11.2026 194
.

İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır

07.11.2026 186
.