Ətin qiyməti BAHALAŞDI? Quzu ətində SON QİYMƏTLƏR AÇIQLANDI
Bazarlarda satışa çıxarılan quzu ətinin qiyməti heyvanın çəkisi və növündən asılı olaraq dəyişir.
Milli.Az xəbər verir ki, satıcıların sözlərinə görə, 17-20 kiloqramlıq quzuların əti əsasən 20-21 manata təklif olunur. Çəkisi 10-12 kiloqram olan əmlik quzuların əti isə daha baha satılır və qiyməti 23-25 manata qədər yüksəlir.
Qəssablar bildirirlər ki, əmlik quzular bazarda az tapıldığı üçün onlar adətən əvvəlcədən verilən sifariş əsasında gətirilərək kəsilir. Onların sözlərinə görə, bu növ ət daha yumşaq quruluşa və özünəməxsus dada malik olduğundan alıcılar tərəfindən daha çox üstünlük verilir.
Qiymətlərdəki fərq istehlakçıların alış vərdişlərinə də təsir göstərib. Alıcılar deyirlər ki, əvvəlki illərlə müqayisədə indi eyni məbləğə daha az quzu əti almaq mümkündür. Xüsusilə əmlik quzu əti artıq hər kəs üçün əlçatan məhsul hesab edilmir.
Mütəxəssislər qeyd edirlər ki, son aylarda ölkəyə ət idxalının artması bazarda məhsul qıtlığının qarşısını alıb. Əks halda, yerli istehsaldan daha çox asılı olan quzu ətinin qiymətlərinin daha da yüksəlməsi ehtimalı yüksək olardı.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 647 Tarix: 19 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYaşlı nəsildə illərdir təxirə salınan ailə konfliktlərinin nəticəsi: "Boşanıram, əl çəkin!"
Son beş ildə 60 yaş və daha yuxarı yaşda olan şəxslər arasında boşanmaların sayı nəzərəçarpacaq dərəcədə artıb. Mütəxəssislər bildirirlər ki, bu qərar bəzən yaşlılıqda yaranan problemdən deyil, 30-40 il əvvəl başlayıb illərlə təxirə salınan ailədaxili konfliktlərdən qaynaqlanır. mövzu ilə bağlı "Kaspi"
20:30 108 Şəhidin qəzada yaralanan qardaşı vəfat etdi
Vətən müharibəsi şəhidi, XTQ mənsubu Qəhrəman Nəsirovun qardaşı vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki, Q.Nəsirovun qardaşı, Rəsul Nəsirov Bakıda hərbi hospitalda dünyasını dəyişib. Qeyd edək ki, Rəsul da qardaşı kimi hərbçi olub. O, 2 il əvvə
11:28 235 Bu gündən metronun "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti dayandırılıb
"Bakı Metropoliteni" QSC tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində bu gündən etibarən "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılıb. BİG.AZ xəbər verir ki, AZCON Holding şirkətlərindən olan "Bakı Metropoliteni"
10:18 235 Uşaqlıq dostu idilər - İllər sonra bacı olduqlarını öyrəndilər
Hindistanda uşaq evlərində böyüdükdən sonra Niderlandda fərqli ailələr tərəfindən övladlığa götürülən iki qadın illər sonra bioloji bacı olduqlarını öyrəniblər. "Qafqazinfo" xəbər verir ki, 43 yaşlı Mina Geltink və 44 yaşlı Minal Tayssen Niderlandın fərqli şəhərlərində, bir-birindən təxminə
14.08.2026 342 Azərbaycan ABŞ-nin fiskal şəffaflıq tələblərinə cavab verir
Azərbaycan artıq ABŞ Dövlət Departamentinin fiskal şəffaflıq tələblərinə cavab verir. xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, bu, ABŞ Dövlət Departamentinin 2026-cı il Fiskal Şəffaflıq Hesabatında qeyd olunub: "Fiskal şəffaflıq etimadı artırır, hesabatlılığ
20:15 118 Süni intellekt rəqabəti: ABŞ dövlətləri Çinlə texnoloji tərəfdaşlıqdan çəkindirir
ABŞ 35 ölkəyə Birləşmiş Ştatların və Çinin texnoloji təşəbbüsləri arasında seçim etməyin vacibliyi barədə xəbərdarlıq göndərməyə hazırlaşır. Pekinin rəqabətli təşəbbüsündə iştirak edən ölkələr Vaşinqtonun liderlik etdiyi koalisiyadan çıxarılacaq. xəbər verir ki, bu barədə "Reuters" məluma
17:30 136 Tiktoker "Qara qartal" bu videosuna görə SAXLANILDI
Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir tiktoker saxlanılıb. -ın xəbərinə görə, 27 yaşlı Cavid Abbasov (şərti adla) öz fotosunun üzərinə qeyri-etik və nalayiq ifadələr yazaraq video düzəldib. Həmin videonu tiktok sosial şəbəkəsində idarəçisi olduğu "Qara qartal" səhifəsind
14.08.2026 350 Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb
Bu ilin yanvar-iyul aylarında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmi-bərələri ilə ümumilikdə 623 min 682 ton TIR və avtotexnika daşınıb. "Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58 min 458 ton və ya 10 % çoxdur
19:50 121 Husilər Yəməndəki Moha limanına hücum edib, ən azı bir nəfər həlak olub
Husilər Qırmızı dəniz sahilində yerləşən və Yəmən hökumətinin nəzarətində olan Moha limanına hücum ediblər. "Report" xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti Yəmən Silahlı Qüvvələrinin bəyanatına istinadən məlumat yayıb. Hücum nəticəsində təhlükəsizlik xidmətinin ə
16:20 132